Stolüstü tennis üzrə Azərbaycan kubokuna start veriləcək20 Oktyabr 2018, 17:01 (GMT +4) Bakı, 20 oktyabr, SalamNews. Oktyabrın 22-də “Şüa” idman kompleksində stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan kuboku yarışlarına start veriləcək.
SalamNews xəbər verir ki, turnirə 2001-2003-cü, 2004-cü və daha aşağı yaşlı yüzdən çox stolüstü tennisçi qatılacaq. Şəxsi və komanda xarakteri daşıyan yarışlarda respublikanın bütün regionlarından idmançılar qüvvələrini sınayacaqlar.
Yarışlara oktyabrın 24-də yekun vurulacaq.
|