Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ADRA xaricdən ölkəyə yeni reklam qurğuları gətirir

17 Oktyabr 2018, 14:02 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNews. Son dövrlər ölkəyə artan turist axınını nəzərə alsaq, Bakının, eləcə də regionların estetik baxımdan daha da gözəlləşməsi mühüm əhəmiyyət kəsb edir. Bunu, eləcə də digər amilləri nəzərə alaraq, ölkə üzrə istifadəyə yararsız reklam qurğularının yenilənməsi zərurəti yaranıb. Dövlət Reklam Agentliyi beynəlxalq təcrübəni nəzərdən keçirərək, dünyanın qabaqcıl ölkələrində istifadə olunan reklam konstruksiyalarının ölkəyə gətirilməsinə qərar verib.

Bu barədə SalamNews-a Agentlikdən məlumat verilib.

Məlumatda deyilir: "Təəssüf ki, indiyədək bu işi görməli olan reklam operatorları mövcud sahədə kifayət qədər iş görməyiblər. Nəticədə istifadədə olan bəzi reklam qurğuları yol hərəkəti iştirakçılarına maneçilik yaratmaq, təhlükəsizlik tələblərinə cavab verməməklə yanaşı, şəhərin estetik görünüşünə də xələl gətirib. Bu səbəbdən reklam sahəsinə aid beynəlxalq sərgilərdə iştirak edən ADRA əməkdaşlarının rəyi əsasında innovativ texnologiyalı daşıyıcıların Azərbaycana gətirilməsi qərara alınıb. Yeni reklam daşıyıcıları Bakının görkəmini gözəlləşdirməklə yanaşı, reklam ekosisteminin inkişafına da təkan verəcək. Görünüşcə daha cəlbedici olan yeni qurğular sifariş olunarkən paytaxtın, eləcə də bölgələrin iqlimi nəzərə alınıb. Belə ki, yeni reklam konstruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı, onların led ekranları və şüşələri də istənilən iqlim şəraitinə davamlıdır".

Hazırda Bakıda 1000-dən çox ayrıca dayaqlı reklam daşıyıcısı var və onların mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur. Bu proses davam etdiriləcək, paytaxtla yanaşı, ölkənin bütün regionları da müasir standartlara cavab verən reklam qurğuları ilə təchiz olunacaq.

Ekspertlər hesab edirlər ki, Azərbaycanın əksər ərazilərində yerləşdiriləcək yeni konstruksiyalar açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq və bu sahədə çalışan operatorlar arasında azad rəqabəti artıracaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Yanvar 2020, 17:00 (GMT +4)
Milli Məclisə seçkilərlə bağlı bir sıra proseslər bu gün başa çatıb

20 Yanvar 2020, 16:51 (GMT +4)
Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

20 Yanvar 2020, 16:42 (GMT +4)
İngiltərənin "BBC" direktoru istefa edib

20 Yanvar 2020, 16:37 (GMT +4)
Bağdadda etirazlar və toqquşmalar zamanı 14 zabit yaralanıb

20 Yanvar 2020, 16:21 (GMT +4)
Davosda Dünya İqtisadi Forumu keçiriləcək

20 Yanvar 2020, 16:20 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır (FOTOLAR)

20 Yanvar 2020, 16:02 (GMT +4)
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

20 Yanvar 2020, 15:50 (GMT +4)
İranın müqavimət göstərməsi ABŞ-ı qəzəbləndirib - Ayətullah Xamenei

20 Yanvar 2020, 15:34 (GMT +4)
Helsinkidə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

20 Yanvar 2020, 15:14 (GMT +4)
Türkiyədə azərbaycanlı jurnalist vəfat edib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Türkiyə 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib

20 Yanvar 2020, 14:53 (GMT +4)
Çikaqoda “Qan yaddaşımız-30 il” adlı anım tədbiri keçirilib

20 Yanvar 2020, 14:34 (GMT +4)
İran «Nüvə silahlarının qarşısının alınması müqaviləsindən» çıxacağı ilə bağlı xəbərdarlıq edib

20 Yanvar 2020, 14:34 (GMT +4)
Rusiyada oteldə qaynar su borusunun partlaması nəticəsində beş nəfər ölüb

20 Yanvar 2020, 14:11 (GMT +4)
İsveçrədə də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

20 Yanvar 2020, 14:07 (GMT +4)
Çində sətəlcənim yeni növündən üç nəfər ölüb

20 Yanvar 2020, 13:39 (GMT +4)
İraqın yeni baş nazirinin adı açıqlanacaq

20 Yanvar 2020, 13:31 (GMT +4)
20 Yanvar faciəsi xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb

20 Yanvar 2020, 13:28 (GMT +4)
Londonda naməlum şəxs üç nəfəri bıçaqlayaraq öldürüb

20 Yanvar 2020, 13:11 (GMT +4)
Quba sakinində qanunsuz silah aşkar edilib

20 Yanvar 2020, 12:54 (GMT +4)
ABŞ Dövlət katibi Almaniyanın XİN rəhbəri ilə Liviyadakı atəşkəsi müzakirə edib

20 Yanvar 2020, 12:51 (GMT +4)
Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi açılacaq

20 Yanvar 2020, 12:45 (GMT +4)
30 il öncə şəhidlər yüz minlərcə insanın çiynində son mənzilə yola salındı (FOTOLAR)

20 Yanvar 2020, 12:36 (GMT +4)
Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək

20 Yanvar 2020, 12:30 (GMT +4)
Məzahir Pənahov: MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisədə xeyli azdır

20 Yanvar 2020, 12:19 (GMT +4)
İordaniya və Livandan minə yaxın qaçqın 24 saat ərzində Suriyaya qayıdıb

20 Yanvar 2020, 12:01 (GMT +4)
Azərbaycan ərazisində bir dəqiqəlik sükut olub

20 Yanvar 2020, 11:55 (GMT +4)
İran Ukrayna təyyarəsi hadisəsində ölənlərdən 150-in cənazəsini ailələrinə təhvil verib

20 Yanvar 2020, 11:51 (GMT +4)
Pompeo və Çavuşoğlu Berlində danışıqlar aparıb

20 Yanvar 2020, 11:35 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Rotterdamda da anılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66