Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

AzEdu.az-ın müsabiqəsində qalib gələn müəllimlər mükafatlandırıldılar (FOTOLAR)

15 Oktyabr 2018, 09:17 (GMT +4)

Bakı, 15 oktyabr, SalamNews. Milli Məclisin Gənclər və İdman Komitəsinin dəstəyi və AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində (BANM) “Ayın Müəllimi” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Milli Məclisin deputatları – Mahir Abbaszadə, Musa Qasımlı, Şahin İsmayılov, Sevinc Hüseynova, müsabiqə iştirakçıları və digər dəvətlilər –Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov, yazıçı Elxan Elatlı iştirak ediblər.

Qonaqları salamlayan BANM rektoru Elmar Qasımov da qalib müəllimləri təbrik edib, bütün iştirakçılara uğurlar arzulayıb.

Rektor portalın əsas missiyasının həyata keçməsi üçün atılan bu addımların təqdirəlayiq olduğunu qeyd edib.

Daha sonra AzEdu.az təhsil portalının rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı “Ayın müəllimi” layihəsinin məqsədindən danışıb.

O, təhsil portalının fəaliyyətindən bəhs edib. O, bu portalın yaradılmasında əsas məqsədin hər insanı daim izləyən təhsil, elm, maarif anlayışının bir cəmiyyət daxilində daha da inkişaf etdirilməsi, bu sahədə olan problem və perspektivlərin üzə çıxarılması olduğunu vurğulayıb.

Sonra BANM-ın rektoru Elmar Qasımovun təklifi ilə mükafatlandırmada iştirak edən ucqar kənd müəllimləri özlərini təqdim edərək, işlədikləri yer və fəaliyyətləri barəsində məlumat veriblər.

Müəllimlərin özlərini təqdim etmələri çox səmimi məqamlarla yadda qalıb.

Daha sonra Milli Məclisin deputatları, Gənclər və İdman Komitəsinin üzvü Mahir Abbaszadə və Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı da çıxış edərək belə layihələrin davamlı olmasına ehtiyac olduğunu qeyd ediblər.

Həm onların, həm də digər deputat həmkarlarının Sevinc Hüseynova, Şahin İsmayılov- çıxışları məktəb xatirələri və nostalji məqamlarla müşahidə olunub.

Daha sonra “Ayın müəllim” layihəsinin rəhbəri, AzEdu.az saytının baş redaktoru Elmin Nurizadə müsabiqənin nəticələrini açıqlayaraq, qalibləri elan edib.

Müəllimlər mükafatlandırılaraq, onlara “Ayın müəllimi” müsabiqəsindəki iştiraklarına görə təltifnamə verilib və ilk üç yerin qalibi hədiyyə ilə mükafatlandırılıblar.

Ardınca Milli Məclisin Gənclər və İdman Komitəsi adından bütün iştirakçılara hədiyyələr təqdim edilib.

Təltifetmə mərasimində “Ayın müəllimi” müsabiqəsinin qalib müəllimləri, həmçinin qonaqlar arasında olan Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov, və yazıçı, riyaziyyatçı Elxan Elatlı da çıxış ediblər.

Çıxış edənlər Azərbaycanda təhsilin inkişafına töhfə üçün keçirilən belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıblar.

Tədbiri çıxış mətni ilə bağlayan Elşad Eyvazlı sonda qalibləri təbrik edərək iştirakları üçün müəllimlərə və bütün qonaqlara, ev sahibliyinə görə isə rektor Elmar Qasımova təşəkkürünü bildirib.

Rektor Elmar Qasımov da tədbirə ev sahibliyi etdiyi üçün məmnunluğunu dilə gətirib və bir daha minnətdarlığını bildirib.

Qeyd edək ki, müsabiqə 2 mərhələdən ibarətdir. İlkin olaraq, AzEdu.az portalına göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilərək saytda paylaşılıb. Daha sonra isə həmin yazılar AzEdu.az sorğu panelində səsverməyə təqdim edilərək qaliblər müəyyən olunub. Səsvermə nəticələrinə əsasən, “MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda müəllimlər arasında keçirilən “Ayın Müəllimi” müsabiqəsində I yer 41.3% səs çoxluğu ilə Məcid Musayev, II yer 23.8 % səslə Şəhanə İsgəndərova, III yerin qalibi isə 18.2% səslə Araz Hacıyevdir.

AzEdu.az portalının sentyabr ayının qalibini müəyyən etmək üçün keçirdiyi ilk yarışma zamanı səsvermədə 46 mindən çox adam iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzEdu.az təhsil portalının 1 yaşı tamam olub

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

07 Dekabr 2019, 11:49 (GMT +4)
Ankara Fransadakı aksiyalar zamanı jurnalistlərə qarşı zorakılığı tənqid edib

07 Dekabr 2019, 11:39 (GMT +4)
TRACECA-ya sədrlik Azərbaycana keçib

07 Dekabr 2019, 11:32 (GMT +4)
Kral Salman Səudiyyə hərbçisinin Florida hücumuna görə Trampa başsağlığı verib (VİDEO)

07 Dekabr 2019, 11:22 (GMT +4)
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barel azaldacaq

07 Dekabr 2019, 11:03 (GMT +4)
Florida aviabazasında atəş açan şəxs Səudiyyə Ərəbistanı Hava Qüvvələrinin hərbçisi olub

07 Dekabr 2019, 11:01 (GMT +4)
ABŞ İraqın Haşd-Şabi qüvvələrinin bəzi rəhbərlərinə sanksiya tətbiq edib

07 Dekabr 2019, 10:53 (GMT +4)
Azərbaycan müəllimləri “STEAM” təlimində iştirak edirlər

07 Dekabr 2019, 10:50 (GMT +4)
Florida Hərbi Dəniz Qüvvələri bazası atışma ilə bağlı məlumatlarından sonra bağlanıb

07 Dekabr 2019, 10:32 (GMT +4)
Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazanıb

07 Dekabr 2019, 10:16 (GMT +4)
Bağdadda etirazçılar arasında atışma olub, azı 10 ölü var (VİDEO)

07 Dekabr 2019, 10:14 (GMT +4)
Liviya ilə memorandum Ankaranın Aralıq dənizində atdığı vacib addımdır - TBMM sədri

07 Dekabr 2019, 10:14 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

06 Dekabr 2019, 21:05 (GMT +4)
Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

06 Dekabr 2019, 18:01 (GMT +4)
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexi aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66