Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib

12 Oktyabr 2018, 17:39 (GMT +4)

Bakı, 12 oktyabr, SalamNews. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib.

Seminarı Aİİ-nin prorektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov idarə edib. A.Şirinov Aİİ-də mütəmadi olaraq müxtəlif mövzularda keçirilən seminarların maarifləndirmə məqsədi daşıdığını və bu tədbirlərin cəmiyyətdə maraqla qarşılandığını bildirib. Dövlət-din münasibətlərinin bütün cəmiyyətlərdə, həm şərqdə, həm də qərbdə hər zaman aktual olduğunu bildirən A.Şirinov Azərbaycanda bu münasibətlərin daha spesifik olduğunu vurğulayaraq, mövzunun xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.

Sonra İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycanda ən qədim dövlərdən başlayaraq dövlət-din münasibətlərinin tarixindən bəhs olunan məruzədə Azərbaycanın dini mənzərəsi əks olunub, xalqımızın əsrlər boyu digər din və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyi, onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığı vurğulanıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətlərini xarakterizə edən C.Məmmədov bu dövrdə milli dirçəliş, demokratikləşmə, maarifçilik və xeyriyyəçilik hərəkatlarında din xadimlərinin fəal iştirak etdiyini söyləyib. Məruzədə Şeyxülislam Pişnamazzadə və Ağa Əlizadə haqqında məlumat verilib və həmin dövrdə din xadimlərinin razılığı ilə 1917- ci ilin aprelində Qafqaz Müsəlmanlarının Qurultayının keçirildiyi, 1918-ci il 1 sentyabr tarixli qərar ilə hər iki məzhəb idarəsinin “Məşixət” adlanan vahid bir idarədə birləşdirilməsindən danışılıb.

Sovet İttifaqı dövründə Azərbaycanda dini ibadət ocaqlarının dağıdıldığını, dini ibadətlərin yasaq olunduğunu bildirən ilahiyyatçı Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra, ölkədə din sahəsinə xüsusi qayğı göstərildiyini, ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığının təmin olunduğunu, bu sahə ilə bağlı qanunvericilik aktlarının beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığını qeyd edib. Vurğulanıb ki, Ümummilli liderin hakimiyyəti dövründə ibadət ocaqlarına, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırılıb, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyulub. Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, ölkə Konstitusiyasında bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğunu qeyd edən alim qanunvericiliyə əsasən ölkədə hər hansı bir dinin digər dindən üstün olmadığını bildirib.

Məruzədə Ümummilli liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması, milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasındakı xüsusi xidmətləri vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə aparılan uğurlu dövlət-din siyasəti sayəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Məhz bu baxımdan, ölkədəki dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənib, müxtəliflik harmoniyası qorunub saxlanılıb və daha da möhkəmləndirilib.

Seminar məruzə ətrafında müzakirələrlə öz işini başa çatdırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aİİ tələbələrinin iştirak etdikləri Bursa “Yay məktəbi” başa çatıb

Aİİ tələbələrinin Türkiyədə təşkil olunan “Yay məktəbi” davam edir (FOTO)

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başlayıb

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Aİİ tələbələrinin Bursada “Yay məktəbi” davam edir (FOTO)

Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

Aİİ-nin “Din araşdırmaları” jurnalı dərc olunub

Aİİ-də “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

Aİİ-nin 30 tələbəsinə Mənəvi Dəyərlərin Təbliği Fondunun təqaüdü verilib

Aİİ-də “Nəsimi İli” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır

Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib 

Aİİ-də Fələstinin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Aİİ-də mühazirə oxuyub

Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Aİİ-nin kafedra müdiri beynəlxalq simpoziumda iştirak edib

Aİİ Rusiya universitetləri ilə əlaqələr qurmağı planlaşdırır

Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Aİİ-də “Multikulturalizmin Azərbaycan modeli”mövzusunda seminar keçirilib

Aİİ-də “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar təşkil olunub

12 Noyabr 2019, 18:10 (GMT +4)
ETSN: Şikayət yerində araşdırılıb

12 Noyabr 2019, 18:00 (GMT +4)
AtaBank-ın ənənəvi əmanət kampaniyası başlayır

12 Noyabr 2019, 17:50 (GMT +4)
"Financial Times"a ilk dəfə qadın rəhbərlik edəcək

12 Noyabr 2019, 17:44 (GMT +4)
Dövlət Komitəsi dam örtüyü çökən yataqxanada araşdırma aparıb

12 Noyabr 2019, 17:32 (GMT +4)
Lavrov Boliviya ilə bağlı Rusiyaya qarşı ittihamların olmamasına təəccüblənib

12 Noyabr 2019, 17:32 (GMT +4)
Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12 Noyabr 2019, 17:25 (GMT +4)
Fələstinli hərəkatlar İsrailə xəbərdarlıq ediblər: Bu terror Təl-Əvivə baha başa gələcək

12 Noyabr 2019, 17:20 (GMT +4)
Gömrük Akademiyasında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib

12 Noyabr 2019, 17:15 (GMT +4)
Vyanada Azərbaycan turizminin təqdimatı keçirilib

12 Noyabr 2019, 17:06 (GMT +4)
Misirin baş müftisi Azərbaycana gəlir

12 Noyabr 2019, 17:04 (GMT +4)
Moldova hökuməti istefaya göndərilib

12 Noyabr 2019, 16:58 (GMT +4)
Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək

12 Noyabr 2019, 16:53 (GMT +4)
İraq hökuməti ABŞ-ın müdaxiləsini rədd etdiyini bildirib

12 Noyabr 2019, 16:46 (GMT +4)
Bakı- Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda yük və sərnişin daşıması asanlaşıb

12 Noyabr 2019, 16:20 (GMT +4)
Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib

12 Noyabr 2019, 16:19 (GMT +4)
“AAM- 2019 Bakı Natiqlik müsabiqəsi” keçirilib

12 Noyabr 2019, 16:17 (GMT +4)
Kreml Qəzza və İsraildəki gərginlikdən narahatdır

12 Noyabr 2019, 16:10 (GMT +4)
Nazir Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12 Noyabr 2019, 16:03 (GMT +4)
Yevlaxda ana ölümü ilə bağlı rəsmi məlumat yayılıb

12 Noyabr 2019, 15:56 (GMT +4)
Təhsil naziri Ceyhun Bayramov Fransada səfərdədir

12 Noyabr 2019, 15:55 (GMT +4)
Kreml Putin və Ərdoğan arasında görüşün baştutma səbəblərindən danışıb 

12 Noyabr 2019, 15:45 (GMT +4)
İranlı general ölkənin ballistik raketlər proqramının yaradıcısının adını açıqlayıb (FOTO)

12 Noyabr 2019, 15:42 (GMT +4)
Azərbaycanın "Tokio 2020" paralimpiya oyunlarına 7-ci lisenziyanı qazanıb

12 Noyabr 2019, 15:30 (GMT +4)
“CinemaPlus”da “Bayraq Günü” qeyd olunub

12 Noyabr 2019, 15:20 (GMT +4)
Fransada zəlzələ nəticəsində onlarla evi dağılıb

12 Noyabr 2019, 15:18 (GMT +4)
Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək

12 Noyabr 2019, 15:10 (GMT +4)
“Dünyaya üç baxış” adlı rəsm sərgisi keçirilib (FOTOLAR)

12 Noyabr 2019, 14:58 (GMT +4)
Anar Məcidzadənin “Vətən sevgisi” adlı kitabı nəşr olunub

12 Noyabr 2019, 14:56 (GMT +4)
Ərdoğan ABŞ səfərindən sonra Putinlə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb

12 Noyabr 2019, 14:49 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66