Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Aİİ-də mühazirə oxuyub

10 Oktyabr 2018, 18:16 (GMT +4)

Bakı, 10 oktyabr, SalamNews. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda növbəti seminarını keçirib.

SalamNews xəbər verir ki, tədbirdə institutun müəllim-tələbə heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seminarı Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov aparıb. İnstitutda maarifləndirmə işinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini bildirən İ.Əlimuradov mövzunun əhəmiyyətinə toxunub. İ.Əlimuradov tələbələrin dünyagörüşünün zənginləşməsi, elmi axtarışlara sövq edilməsi üçün Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi seminarların faydasını xüsusi vurğulayıb.

Sonra Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda məruzəsini təqdim edib. Məruzədə din, hüquq, əxlaq anlayışları ayrı-ayrılıqda izah edilərək, bu üç mühüm sahənin qaynağı və məqsədi şərh olunub. M.Yaqub qeyd edib ki, dinin qaynağı Tanrı, hüququn əsası dövlət, əxlaqın əsası isə insanın özü və vicdanıdır.

Bildirilib ki, dinin qayəsi insanları Tanrıya yaxınlaşdırmaq, hüququn məqsədi ictimai asayişi təmin etmək, əxlaqın hədəfi isə insanın davranışlarını tənzimləməkdir.

Məruzəçi vurğulayıb ki, dini əməllərə Tanrı, hüquqi qanunlara dövlət nəzarəti olsa da, əxlaqi qanunlara yalnız vicdan nəzarət edir. Daha mühüm bir əlamət isə əxlaqi işin qarşılıq gözləmədən yerinə yetirilməsidir.
Bu üç məhfumun konkret vahid bir sahədə cəm olduğunu söyləyən natiq müasir fəlsəfədə əxlaq və ədalət mövzusuna da toxunub, amerikalı filosof Maykl Sandelin bu barədə mülahizələrinə və tənqidlərinə istinad edib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Noyabr 2019, 19:15 (GMT +4)
"Dövlət şirkətlərində korporativ idarəetmə: Beynəlxalq təcrübə" mövzusunda seminar keçirilib

22 Noyabr 2019, 18:47 (GMT +4)
Anar Hüseynov: Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir

22 Noyabr 2019, 18:01 (GMT +4)
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

22 Noyabr 2019, 17:48 (GMT +4)
Putin: Dünya ciddi təhdidlərlə üzləşir

22 Noyabr 2019, 17:42 (GMT +4)
Təhsil Nazirliyi: Yeni proqram kifayət qədər geniş və əhatəlidir

22 Noyabr 2019, 17:40 (GMT +4)
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub

22 Noyabr 2019, 17:31 (GMT +4)
Ayətullah Sistani İraqda siyasi böhranın bitməsinin əsas yolunu açıqlayıb

22 Noyabr 2019, 17:30 (GMT +4)
Ermənistan parlamentinin sabiq deputatı Rusiyada saxlanılıb 

22 Noyabr 2019, 17:16 (GMT +4)
Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

22 Noyabr 2019, 17:00 (GMT +4)
Çovdarda 100 min ağac tingi yetişdiriləcək

22 Noyabr 2019, 16:54 (GMT +4)
ABŞ dövlət katibi iranlılardan etiraz videolarının ona göndərilməsini istəyib

22 Noyabr 2019, 16:43 (GMT +4)
Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq

22 Noyabr 2019, 16:38 (GMT +4)
Ağdamda Ekologiya Həftəsi baş tutub

22 Noyabr 2019, 16:23 (GMT +4)
Paraqvayda hərbi helikopter qəzaya uğrayıb

22 Noyabr 2019, 16:11 (GMT +4)
Kolumbiyada iğtişaşlar zamanı 100-dən çox insan saxlanılıb

22 Noyabr 2019, 16:05 (GMT +4)
AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

22 Noyabr 2019, 16:01 (GMT +4)
Karate üzrə Azərbaycan çempionatına start verilib

22 Noyabr 2019, 15:51 (GMT +4)
Bakı-Gəncə sürətli qatarının hərəkət cədvəli dəyişir

22 Noyabr 2019, 15:35 (GMT +4)
Netanyahunun rəqibi baş nazirə qarşı ittihamların qaldırılmasına münasibət bildirib

22 Noyabr 2019, 15:32 (GMT +4)
“AtaBank” “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edilib

22 Noyabr 2019, 15:31 (GMT +4)
Azərbaycanlı is adami: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir

22 Noyabr 2019, 15:20 (GMT +4)
Rusiya XİN İŞİD liderinin ləğv edilməsinə şübhə ilə yanaşır

22 Noyabr 2019, 15:10 (GMT +4)
“Azərenerji” payız-qış mövsümünə keçib

22 Noyabr 2019, 15:01 (GMT +4)
"Aztelekom" Abşeronda 50 ONU tipli ATS quraşdırıb

22 Noyabr 2019, 14:45 (GMT +4)
Azərbaycanda ixtiraların dövlət reyestrinə daxil edilməsi proseduru müəyyənləşib

22 Noyabr 2019, 14:34 (GMT +4)
Tanınmış siyasətçi İsrail və BƏƏ-nin İraqda təhlükəli planı haqda açıqlama verib

22 Noyabr 2019, 14:32 (GMT +4)
Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22 Noyabr 2019, 14:18 (GMT +4)
Vilayət Eyvazov bolqarıstanlı həmkarı ilə görüşüb

22 Noyabr 2019, 14:13 (GMT +4)
Rusiya FTX hökuməti devirməyə hazırlaşan ekstremistləri saxlayıb

22 Noyabr 2019, 14:06 (GMT +4)
AQTA paytaxtda daha bir şirniyyat sexinin fəaliyyətini məhdudlaşdırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66