Mobil versiya RU AZ
_




DÜNYA » ELM VƏ TEXNOLOGİYA

NASA: Yer kürəsində “Kiçik buz dövrü” təkrarlana bilər

09 Oktyabr 2018, 16:16 (GMT +4)

Bakı, 9 oktyabr, SalamNews. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) iqlimə dair aparılan yeni araşdırmalarla bağlı hesabat yayıb. Hesabatda Yer kürəsinin gələcək taleyi ilə əlaqədar həyəcan doğuran məqamlar öz əksini tapıb.

SalamNews xəbər verir ki, tədqiqatın nəticələrinə görə, XVIII əsrdə baş vermiş “Kiçik buz dövrü” yenidən yaşana bilər. NASA mütəxəssisləri bu qənaətə Günəş ləkələri və Yer kürəsinin ən üst təbəqəsi olan termosferdə apardıqları araşdırmaların nəticələrinə əsasən gəliblər. Belə ki, termosfer qatının soyuyaraq daraldığı, günəş ləkələrinin isə ən aşağı hərəkətlilikdə olduğu müəyyənləşib. Müxtəlif dövrlərdə azalıb çoxalan bu ləkələr iqlimə təsir edir. Termosfer qatı hərəkətlilik çox olanda isinir, azalanda isə soyuyur. NASA alimləri belə bir fakta üç əsr əvvəl rast gəlindiyini və o dövrün tarixə “Kiçik buz dövrü” kimi keçdiyini deyiblər. Əgər vəziyyət belə davam edərsə, bir neçə ay ərzində rekord soyuqlar müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov AZƏRTAC-a bildirib ki, indidən qış fəslinin necə keçəcəyi haqqında fikir bildirmək mümkün deyil: “Hər il qışın şaxtalı keçəcəyi ilə bağlı məlumatlar yayılır. Fəslin necə keçəcəyi ilə əlaqədar müəyyən ehtimallar ola bilər, lakin noyabrın sonunadək dəqiq açıqlama vermək düzgün deyil. Belə ki, dünyanın dörd böyük iqlim mərkəzi aparılan araşdırmaların nəticəsini birgə müzakirə edib yekun məlumatı məhz noyabrın sonlarında açıqlayacaq. “Kiçik buz dövrü” ilə bağlı informasiya isə absurddur. Azərbaycanda da kəskin soyuqların olacağı gözlənilmir”.

Ekoloq Məhərrəm Mehdiyev isə NASA alimləri ilə digər mütəxəssislərin bu barədə müxtəlif fikirlər yürütdüyünü deyib: “Bu il yanvar-fevral aylarında havaların elə də soyuq keçmədiyini nəzərə alaraq qarşıdan gələn qışın nisbətən sərt olacağı ehtimal edilə bilər. Lakin üç ay ərzində şaxtalı günlərin olacağı ilə bağlı proqnozlar inandırıcı deyil. NASA alimlərindən fərqli olaraq Rusiya, Türkiyə mütəxəssisləri qış fəslinin mülayim keçəcəyini deyiblər. Rusiya iqlimşünasları dekabr-fevral aylarında orta aylıq hərarətin -4° ilə -8° arasında dəyişəcəyini proqnozlaşdırırlar. Azərbaycana gəlincə isə, bəzi bölgələrdə ola bilər bir neçə gün temperatur -10°-nu ötsün, lakin bu il havanın çox sərt keçəcəyi gözlənilmir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UFAZ tələbələri NASA Space Apps Azerbaijan 2019 hakatonunun qalibi olub

Gəmilərin hədəfə alınması fonunda İranın daha bir neft gəmisi nasazlıqla üzləşib

İranın neft tankeri texniki nasazlığa görə Səudiyyə limanına yan alıb

NASA kosmosdan Urmiya gölünün fotosunu çəkib - Göl cana gəlir (FOTO)

NASA iri asteroidin dünyaya yaxınlaşdığı barədə xəbərdarlıq verib

NASA yeni ekzoplanet kəşf edib

Bakıda metroda qatarda növbəti dəfə nasazlıq yaranıb

Bakı metrosunda qatarda nasazlıq yaranıb

Gəncədə Alüminium Kompleksinin fəaliyyətində baş vermiş nasazlıq aradan qaldırılıb

Bakı metrosunda texniki nasazlıq yaranıb

NASA yeni planet kəşf edib

Avropa İttifaqı separatizm meyllərinə ciddi yanaşacaq - politoloq

NASA 5 yaşlı müsəlman uşağın çəkdiyi raket "çertyoj"una cavab göndərib

Bütün dünya üzrə "Skype" proqramının fəaliyyətində nasazlıq baş verib

Yer bu ilin noyabrında qaranlığa qərq olacaq, Günəş isə göy rəngə boyanacaq - NASA

Bütün dünya üzrə "Skype" istifadəçiləri xidmətin fəaliyyətində nasazlıqla qarşılaşıblar

Rusiyada Kunaşak gölünün üzəri tonlarla ölü balıqla örtülüb (VİDEO)

NASA: Yerə təhlükəli asteroid yaxınlaşır (VİDEO)

ABŞ xalqı kimi seçsə, hörmətlə yanaşarıq - Türkiyə XİN

NASA azərbaycanlı gəncin təcrübə keçməyəcəyini təsdiqləyib

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

20 Noyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

20 Noyabr 2019, 14:45 (GMT +4)
İnsanlara ideal və ya ən azı minimum parametrləri açıq şəkildə göstərmək lazımdır (MƏQALƏ)

20 Noyabr 2019, 14:40 (GMT +4)
AzMİU beynəlxalq əlaqələrini genişləndirir

20 Noyabr 2019, 14:39 (GMT +4)
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

20 Noyabr 2019, 14:37 (GMT +4)
AzTU ilə Brandenburq Texniki universiteti arasında razılıq əldə edilib

20 Noyabr 2019, 14:30 (GMT +4)
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilib

20 Noyabr 2019, 14:13 (GMT +4)
Azərbaycanda “Xocalı” futbol klubu yaradılıb

20 Noyabr 2019, 14:06 (GMT +4)
Fələstinin İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün addımlar atılır

20 Noyabr 2019, 13:53 (GMT +4)
Masallıya yeni icra başçısı təyin olunub

20 Noyabr 2019, 13:53 (GMT +4)
Ukrayna Krım limanlarındakı əmlaklar üçün Rusiyadan təzminat tələb edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66