Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Yol polisi taksi fəaliyyəti ilə məşğul olanlara ciddi xəbərdarlıq edib

08 Oktyabr 2018, 15:03 (GMT +4)

Bakı, 8 oktyabr, SalamNews, K.Orxan. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsin qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı aparılan mübarizəyə dair məlumat yayıb.

İdarədən SalamNews-a bildirilib ki, son vaxtlar Bakıda nəqliyyatın hərəkətində yaranan sıxlığın əsas səbəblərindən biri də qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların qanunsuz hərəkətləridir. Artıq iş o yerə çatıb ki, vətəndaşlar da taksi sürücülərinin qanunsuz əməlləri barədə polisə şikayətlər edir. Taksi sürücüləri tərəfindən dayanma-durma qaydalarının pozulması, xüsusən avtobus dayanacaqlarının zəbt edilməsi adi hala çevrilib. Bütün bunlar vətəndaşların, sürücülərin, bütövlükdə hər bir hərəkət iştirakçısının haqlı narazılığına səbəb olur.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi vətəndaşların müraciətlərini, bu sahədə qayda-qanunun bərpasını nəzərə alaraq qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizəyə başlayıb. Mübarizə tədbirləri çərçivəsində metronun “20 Yanvar”, “İnşaatçılar” stansiyalarının, 3-cü mikrorayon dairəsinin, iri ticarət və təhsil müəssisələrinin ətrafında qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olan, digər hərəkət iştirakçılarına maneə törədən, küçədən keçən insanlara qarşı qeyri-etik ifadələr işlədən, ictimai davranış qaydalarını pozan sürücülər barəsində ciddi tədbirlər görülür. Onların sənədləri yoxlanılarkən aylardır heç bir fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Bəzilərinin idarə etdiyi avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı da üzə çıxıb. Digər müvafiq sənədlər olmadan taksi fəaliyyəti göstərən şəxslərə də rast gəlinib. Artıq son 3 gün ərzində Bakı şəhər DYPİ-nin əməkdaşları 100-dən artıq taksi sürücüsü ilə bağlı inzibati qaydada tədbirlər görüb.

Yol polisi taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, bu sahədə nizam-intizamın yaradılması olduqca vacibdir. Hər sürücülük vəsiqəsi olan şəxs taksi sürücüsü ola bilməz. Taksi sürücüsü avtomobili daim saz vəziyyətdə saxlamalıdır. Onlar müvafiq nişanlar nişanlanmış yerlərdə dayanıb taksi fəaliyyəti ilə məşğul olmalıdırlar. Qanunla nəzərdə tutulan yerlərdə maşın saxlamaq, yoldan keçənlərə qarşı qeyri-etik hərəkətlər etmək, sürücülərin, piyadaların yolunu kəsərək sıxlıq yaratmaq qanunsuzdur və yol polisi bu cür əməllərə qarşı mübarizəni bundan sonra da davam etdirəcək.

Yol polisi tərəfindən mütamadi olaraq taksi fəaliyyəti ilə məşğul olan sürücülərin hüquq və vəzifələri barədə məlumatların çatdırılmasına baxmayaraq, hələ də fərqlənmə nişanı olmadan qanunsuz fəaliyyətlə məşğul olan sürücülər müəyyən olunur. Onlarla yerlərdə profiklatiki söhbətlər aparılır, xətanın ictimai təhlükəliliyi izah olunur, ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparılır: “Hər bir hərəkət iştirakçısı, xüsusilə sürücülər yollarında qanunlara həssas yanaşmalıdır, müvafiq tələblərə ciddi şəkildə əməl etməli, dövlətin və cəmiyyətin maraqları naminə, öz hüquq və vəzifələrini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur.

Bu, ictimai etimad və hörməti doğruldur, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.
Avtomobil yollarında süni sıxlıq yaradan, dayanma-durma qaydalarının pozan, avtobus dayanacaqlarını, piyada səkilərini zəbt etməklə qanunsuz taksi xidməti göstərən şəxslərin əməlləri ictimai, həm də sosial məsuliyyət yaradır. Hər bir hərəkət iştirakçısına tövsiyyə edirik ki, yollarda digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşsınlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib

Şəkidə yol polisi koronavirusla əlaqədar tədbirləri davam etdirir

Yol polisi komendant saatı ilə bağlı vətəndaşlara müraciət edib

Dövlət Yol Polisi piyadalara müraciət edib

Yol Polisi yeni dərs ilinin başlaması ilə bağlı müraciət edib

Yol polisi dərman qutuları ilə bağlı sürücülərə müraciət edib (VİDEO)

Yol Polisi: Karantini pozan 930 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Yol polisi karantin postlarında nəzarəti gücləndirir

Yol polisi avtomobil sahiblərinə və sürücülərinə müraciət edib

Yol Polisi tibb işçilərini təbrik edib

Yol Polisi: Karantin qaydalarını pozan daha 694 sürücü saxlanılıb

Bakıda Yol Polisi tərəfindən ciddi yoxlamalar davam etdirilir (FOTOLAR)

Yol polisi məktəbliləri maarifləndirir

Yol Polisi daha bir maarifləndirici video çarx hazırlayıb (VİDEO)

Yol Polisi sürücü və piyadalara müraciət edib

Bakıda yol polisinə silahlı hücum olub

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Yol polisi Bakıda hərəkətin intensivliyini artırmaq üçün yenilik edib (VIDEO)

Bakı Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub

Yol polisi sürücülərə xəbərdarlıq edib

04 Dekabr 2020, 14:58 (GMT +4)
Azərbaycan məscidlərində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:50 (GMT +4)
AQTA 43 obyektdə pozuntu aşkarlanıb

04 Dekabr 2020, 14:37 (GMT +4)
Məşədi Dadaş məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:24 (GMT +4)
İranın Bakıdakı səfirliyi Azərbaycan xalqı və hökumətinə başsağlığı verib

04 Dekabr 2020, 14:18 (GMT +4)
DİN: 17 nəfər koronavirus xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 14:07 (GMT +4)
QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

04 Dekabr 2020, 13:57 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

04 Dekabr 2020, 13:45 (GMT +4)
Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək

04 Dekabr 2020, 13:24 (GMT +4)
Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 13:17 (GMT +4)
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, Vəhdət namazı qılınıb

04 Dekabr 2020, 13:14 (GMT +4)
Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

04 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Dekabr 2020, 12:57 (GMT +4)
Səfir: Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır

04 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyənin Bakıdakı diplomatları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb (FOTO)

04 Dekabr 2020, 12:30 (GMT +4)
Bakıda COVID-19 xəstəsinə cinayət işi açılıb

04 Dekabr 2020, 12:26 (GMT +4)
İranlı alimə qarşı terrordan sonra İsrail yerli nüvə alimlərinə xəbərdarlıq edib

04 Dekabr 2020, 12:23 (GMT +4)
Gürcüstanda son sutkada 5 mindən çox insan COVID-19-a yoluxub

04 Dekabr 2020, 12:10 (GMT +4)
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir

04 Dekabr 2020, 12:04 (GMT +4)
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

04 Dekabr 2020, 12:00 (GMT +4)
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib (VİDEO)

04 Dekabr 2020, 11:58 (GMT +4)
Bayden: Trampın andiçmə mərasimində iştirakı ölkə üçün vacib olardı

04 Dekabr 2020, 11:45 (GMT +4)
Prezident: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib”

04 Dekabr 2020, 11:37 (GMT +4)
BMT: Fransada təhlükəsizlik qanunları insan haqlarını pozur

04 Dekabr 2020, 11:30 (GMT +4)
Azərbaycan Prezidenti: Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib

04 Dekabr 2020, 11:15 (GMT +4)
Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olanlarla bağlı paylaşım edib

04 Dekabr 2020, 11:04 (GMT +4)
Budapeşt NATO-nun Ukrayna ilə dialoqunu əngəlləməyə davam edəcək

04 Dekabr 2020, 11:00 (GMT +4)
Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşıb

04 Dekabr 2020, 10:45 (GMT +4)
Vüsal Qasımlı almanlara Qarabağın inkişaf strategiyasından danışıb

04 Dekabr 2020, 10:43 (GMT +4)
Co Bayden iranlı nüvə aliminə qarşı terrora münasibət bildirib

04 Dekabr 2020, 10:30 (GMT +4)
XİN: Fransa parlamentinin bu addımı vasitəçilik mandatına zərbə vurur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66