Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Elmin İnkişafı Fondu kosmos üzrə beynəlxalq məktəb keçirir

08 Oktyabr 2018, 11:17 (GMT +4)

Bakı, 8 oktyabr, SalamNews. Bu gün Bakıda  “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” (The International Space Weather Initiative (ISWI) School on Space Weather (SW) and Global Navigation Satellite Systems (GNSS)) üzrə Beynəlxalq Məktəb öz işinə başlayıb.

SalamNews xəbər verir ki, 13 oktyabradək davam edəcək Məktəbin məqsədi kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə töhfə verməkdir.

Azərbaycandan, həmçinin Avropa, Asiya və Afrika ölkələrindən olan gənc alim və doktorantların Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi və təcrübi biliklərinin artırılması məqsədilə keçirilən məktəbin iştirakçıları elmi komitə tərəfindən ciddi müsabiqə yolu ilə seçilib. Azərbaycandan olan dinləyicilər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Milli Aviasiya Akademiyası (MAA), Azərkosmos ASC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini təmsil edirlər.

Tədbirin əsas təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, həm-təşkilatçıları Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin (UNOOSA) nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitəsi (ICG), Elm üzrə Beynəlxalq Şuranın nəzdində (İCSU) Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitə (SCOSTEP), Beynəlxalq “Kosmik Hava Təşəbbüsü” Proqramı, “Azərkosmos” ASC və Milli Aviasiya Akademiyasıdır. “Azərsun Holdinq” və Tusi-Bohm Planetarium tədbirin yerli sponsorlarındandır.
Tədbirdə NASA, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzindən, Amerika Katolik Universitetindən, Massaçutes Texnologiya İnstitutunun Haystak Rəsədxanasından (ABŞ), Avstriya, İtaliya, Fransa, Xorvatiya, Rusiya, İngiltərə, Avropa Komissiyasından, həmçinin Azərbaycanın akademik və təhsil qurumlarından (akademik R.Z.Saqdeyev, MAA, AMEA, “AzərKosmos” ASC və b.) tanınmış alim və mütəxəssislər plenar və öyrədici məruzələrlə çıxış edəcək. Mühazirəçi və dinləyicilər sırasında Azərbaycanla yanaşı, dünyanın 22 ölkəsinin nümayəndələri də iştirak edir.

Tədbir üçün Elmin İnkişafı Fondu tərəfindən xüsusi internet səhifəsi də hazırlanıb: http://www.sdf.gov.az/conferences/iswischool2018/

Bu səviyyəli sonuncu tədbir Azərbaycanda təqribən 10 il bundan qabaq keçirilib. 

Tədbir çərçivəsində “Azərkosmos” ASC, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Milli Aviasiya Akademiyasında elmi-təcrübə sessiyaları da keçiriləcək.
“Pullman Bakı” hotelində başlayan tədbiri Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq beynəlxalq məktəbin məqsəd və vəzifələrindən, beynəlxalq əməkdaşlığın perspektivlərindən danışıb, statistik məlumatları səsləndirib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, ABŞ Merilənd Universitetinin fəxri professoru, MAA və ADA universitetinin professoru, akademik Roald Saqdeyev, NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzinin aparıcı alimi, Elm üzrə Beynəlxalq Şuranın (İCSU) nəzdində Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin (SCOSTEP) prezidenti və Beynəlxalq Kosmik Hava Təşəbbüsü Proqramının icraçı direktoru Nat Qopalsvami də çıxış ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

Elmin İnkişafı Fondu 9-cu “Mobillik qrantı” müsabiqəsini elan edib

Elmin İnkişafı Fondu beynəlxalq konfrans keçirir

Elmin İnkişafı Fondu və “Springer Nature” birgə müəllif seminarı keçirib

Elmin İnkişafı Fondu beynəlxalq qrant müsabiqəsi elan edib

Elmin İnkişafı Fondu 300 min manatadək maliyyə həcmli layihələri maliyyələşdirəcək

Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək

Elmin İnkişafı Fondu muğam tədqiqatlarına dair monoqrafiyalar nəşr etdirib

Elmin İnkişafı Fondu müsabiqənin nəticələrini açıqlayıb (FOTOLAR)

Elmin İnkişafı Fondu müsabiqələrin nəticələrini açıqlayacaq

Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan edib

Elmin İnkişafı Fondunda ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Argentinanın Azərbaycandakı səfiri Elmin İnkişafı Fondunda olub

Elmin İnkişafı Fondu Belarusla elmi əlaqələri gücləndirəcək

Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında Protokol imzalanıb

“Asan imza” Elmin İnkişafı Fondunun “e-QRANT” sisteminə inteqrasiya olunub

Elmin İnkişafı Fondu seminar keçirib

Elmin İnkişafı Fondu HORİZON-2020 proqramı üzrə iclas keçirəcək

Elmin İnkişafı Fondu 2015-ci il üçün əsas müsabiqəsini elan edib

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66