Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azay Quliyev Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılması təklifini irəli sürüb

04 Oktyabr 2018, 14:57 (GMT +4)

Bakı, 4 oktyabr, SalamNews.ATƏT Parlament Assambleyasının Bişkekdə keçirilən 17-ci payız sessiyası çərçivəsində “Mərkəzi Asiya və ondan kənarda təhlükəsizlik sahəsində qarşılıqlı dialoq” mövzusunda təşkil edilən konfransda qurumun vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxış edib.

SalamNews-un məlumatına görə, Azay Quliyev deyib ki, payız sessiyası region və bötövlükdə ATƏT-in əhatə etdiyi ərazi üçün mühüm olan məsələlərə həsr olunub:

“Bugünkü müzakirələr ortaq tarixə, coğrafi xüsusiyyətlərə və mədəniyyətə malik olan Mərkəzi Asiya dövlətləri arasında dialoqun gücləndirilməsi və etimadın möhkəmləndirilməsi prosesinə töhfə verməyə, eləcə də regional əməkdaşlığın tam gücü ilə inkişaf etməsinə dəstək göstərmək üçün parlamentarilərə mövcud mexanizmlərdən yararlanmağa imkan yaradır”.

Son 4 həftə ərzində Mərkəzi Asiya regionuna ikinci səfərinin olduğunu qeyd edən Azay Quliyev sentyabrın 12-də Özbəkistanın paytaxtı Daşkənddə BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin təşkil etdiyi preventiv diplomatiyada parlamentlərin rolu ilə bağlı seminarda Assambleyanın prezidenti cənab Tseretelinin adından ATƏT PA-nı təmsil etdiyini deyib. Bu tədbirdə parlamentarilərin regional əməkdaşlıq və etimadın möhkəmləndirilməsi proseslərində daha da yaxından iştirak etmələri ilə bağlı razılığa gəlinib.

Azay Quliyev bildirib ki, ATƏT Parlament Assambleyası müxtəlif fəaliyyət sahələrində dialoqun dərinləşdirilməsi üçün unikal çoxölçülü platformadır. ATƏT PA təhlükəsizlik və əməkdaşlıq sahələrini əhatə edən, üzv ölkələrdə və əhatə etdiyi dövlətlərdən kənarda regional inteqrasiya prosesinə dəstək vermək, təhlükəsizliyi və qarşılıqlı etimadı gücləndirmək üçün müxtəlif vasitələr və mexanizmlər təklif edən təşkilatdır.

ATƏT PA-nın vitse-prezidenti vurğulayıb ki, bu qurumda iştirakını tam şəkildə bərpa etmək barədə qərar qəbul edən Özbəkistan parlamentinin siyasi iradəsini yüksək qiymətləndirir. Bu addım tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün yeni imkanlar yaradır.

Azay Quliyev bugünkü konfransda etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq vasitəsilə Mərkəzi Asiya ölkələrinin sərhədlərində mövcud olan problemlər və təhdidləri aradan qaldırmaq və onlara qarşı mübarizə yolları axtarmağın vacibliyini bildirib:

“Çıxışımda sərhədlərdəki problemlərin detallarına enmək istəməsəm də, məlumdur ki,bu problemlərin arasında ən çox narahatlıq doğuranları narkotik və silah alveri, qeyri-qanuni miqrasiya, dini ekstremizm və terrorizmin yayılmasıdır. Bunlar yalnız Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün ATƏT regionunda sülh və təhlükəsizliyə birbaşa təhdiddir. Bu səbəbdən də, bütün bu məsələlərin qarşılıqlı əməkdaşlıq şəraitində və vaxtında həlli ümumi maraq obyekti olmalıdır. Hər birimizin səylərimizi birləşdirdiyi təqdirdə böyük nəticələr əldə edə bilərik”.

ATƏT PA-nın vitse-prezidenti deyib ki, uğurlu regional əməkdaşlıq üçün zəruri şərt olan siyasi iradə, qarşılıqlı etimad və anlaşma nümayiş etdirərək müxtəlif problemli məsələlərin həlli istiqamətində səylərin koordinasiyası sahəsində Mərkəzi Asiya ölkələri arasında müsbət tendensiyaların mövcudluğu təqdirəlayiq haldır.

Azay Quliyev çıxışında parlamentarilərin diqqətini Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına da çəkib: “Uğurlu nümunələrdən biri də Qazaxıstanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasıdır. Bildiyiniz kimi, Azərbaycan Respublikası və Rusiya Federasiyası da daxil olmaqla, sənədi imzalayan 5 Xəzəryanı dövlətdən 2-si (Qazaxıstan və Türkmənistan) Mərkəzi Asiya ölkəsidir. Bu saziş Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ətrafında 25 il müddətinə uzanan mübahisələrə son qoydu. Həqiqətən də, bu hadisə qarşılıqlı inam və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün yeni üfüqlar açır. Ümid edirəm ki, bütün Mərkəzi Asiya ölkələri aralarında olan anlaşılmazlıqların və mübahisələrin həllində bu nümunədən xoşməramlı mühitin yaradılması üçünistifadə edəcəklər”.

Azay Quliyev bildirib ki, Assambleya üzvləri buraya mövcud olan problemlərin effektiv həllində parlamentarilərin rolunu müzakirə etməyə, eləcə də dialoqun və əməkdaşlığın möhkəmlənməsi üçün bütün potensialdan istifadə etməyə yardım edəcək mövcud alətləri müəyyən etmək üçün toplaşıb. O, deyib ki, Mərkəzi Asiya ölkələri üçün regional parlamentlərarası dialoq və əməkdaşlıq üçün yeni bir platformanın yaradılmasına ehtiyac duyulur:

“Bu zərurəti nəzərə alaraq Mərkəzi Asiya ölkələrinin Parlament Assambleyasının yaradılması təklifini irəli sürmək istərdim. Belə bir platforma regional əməkdaşlığı əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, eləcə də istənilən potensial problemin vaxtında qarşısının alınması və ən önəmlisi də, qarşılıqlı maraq və anlaşma əsasında mövcud problemlərin həll edilməsi istiqamətlərində parlament diplomatiyası üçün birləşdirici amil olacaq. Hesab edirəm ki, prezident Tsereteli və Assambleyamızın bütün dəyərli üzvləri mənimlə razılaşacaq ki, ATƏT Parlament Assambleyası belə bir ideyanın həyata keçirilməsində dəstək verə və Parlament Assambleyasının işinə lazımi köməklik göstərə bilər”.

Azay Quliyev ATƏT Parlament Assambleyasının regionda fəaliyyətini intensivləşdirməsi və digər tərəfdaşlarla, xüsusən də BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzi ilə əməkdaşlığı genişləndirməsinin vacibliyini vurğulayıb. Vitse-prezident ATƏT PA-nın Əfqanıstanın regional proseslərdə daha yaxından iştirakına dəstək göstərmək üçün BMT ilə birlikdə Mərkəzi Asiya regionunda təhlükəsizliyin və etimadın möhkəmləndirilməsi üzrə birgə tədbirlər keçirməsinin faydalı ola biləcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 5-də Azay Quliyevin sədri olduğu ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun da iclası keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib

Azay Quliyev seçicilərlə videogörüş keçirib

Azay Quliyev: Azərbaycan ATƏT-in bütün icra strukturları ilə konstruktiv dialoq aparmağa hazırdır

Azay Quliyev seçicilərlə videogörüş keçirib

Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

Azay Quliyev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Azay Quliyev vətəndaşları fəal olmağa çağırıb

Azay Quliyev seçicilərini qəbul edib

Azay Quliyev İtaliyaya səfərə gedir

Azay Quliyev Kiyevə səfər edəcək

Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir

Azay Quliyev Sloveniyaya gedir

Azay Quliyev: “QHT-lər vəzifələrini layiqincə yerinə yetirmirlər”

Azay Quliyev: “QHT-lərə Dövlət Dəstəyi Şurası “Cumhuriyyət ili” ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb”

Azay Quliyev: QHT-lərə Dövlət Dəstəyi Şurası yeni maliyyə mənbələrinin tapılması üzərində işləyir

Azay Quliyev ATƏT-in Nazirlər Şurasının toplantısında iştirak edəcək

Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Moskvaya gedir

Azay Quliyev Vyanada “ATƏT-in demokratik seçki standartları və vəzifələri” haqqında məruzə ilə çıxış edəcək

Azay Quliyev ATƏT PA-nın sessiyasında Minsk qrupunun həmsədrlərini tənqid edib

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Ermənistanı "barbar və vəhşi" adlandırıb (VİDEO)

10 Avqust 2020, 15:00 (GMT +4)
Qayda pozuntusuna görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib

10 Avqust 2020, 14:45 (GMT +4)
Havanı çirkləndirən sexin sahibi cəzalanıb

10 Avqust 2020, 14:43 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 200-ü keçib

10 Avqust 2020, 14:32 (GMT +4)
Bərdədə daha 60 evə qaz verilib

10 Avqust 2020, 14:20 (GMT +4)
Prezident İlham Əliyev Alekdsandr Lukaşenkonu prezident seçilməsi münasibətilə təbrik edib

10 Avqust 2020, 14:09 (GMT +4)
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTOLAR)

10 Avqust 2020, 13:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

10 Avqust 2020, 13:41 (GMT +4)
Livanda daha bir nazir istefa verib

10 Avqust 2020, 13:30 (GMT +4)
Ağstafada top mərmisi aşkarlanıb

10 Avqust 2020, 13:16 (GMT +4)
Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

10 Avqust 2020, 13:00 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb

10 Avqust 2020, 12:46 (GMT +4)
İran xarici dövlətlərin Beyrut partlayışından sui-istifadəsi haqda xəbərdarlıq edib

10 Avqust 2020, 12:45 (GMT +4)
Monteneqro - Azərbaycan matçının stadionu bəlli olub

10 Avqust 2020, 12:30 (GMT +4)
Bakıda 18 km yol yenidən qurulur 

10 Avqust 2020, 12:15 (GMT +4)
Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlanıb

10 Avqust 2020, 12:04 (GMT +4)
Körfəz ərəb dövlətləri İrana qarşı silah enbarqosunun uzadılmasını istəyib

10 Avqust 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusunun generalı vəfat edib

10 Avqust 2020, 11:47 (GMT +4)
Tovuzun Ağdam kəndində səyyar ASAN tibbi müayinə təşkil olunub (FOTOLAR)

10 Avqust 2020, 11:30 (GMT +4)
Son bir həftədə COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur

10 Avqust 2020, 11:16 (GMT +4)
Gələn həftə məhərrəm ayı başlayır

10 Avqust 2020, 11:00 (GMT +4)
Bu gündən Bakıda 5 əlavə ekspres xətti üzrə avtobuslar xəttə buraxılacaq

10 Avqust 2020, 10:52 (GMT +4)
İsrail Livanın su və hava məkanını pozub

10 Avqust 2020, 10:45 (GMT +4)
BŞİH çimərliklərdə sıxlıqla əlaqədar əhaliyə müraciət edib

10 Avqust 2020, 10:31 (GMT +4)
Ağsuda zəlzələ olub

10 Avqust 2020, 10:17 (GMT +4)
Beyrutda etiraz və iğtişaşlar iki gündür davam edir, bir ölü yüzlərlə xəsarət alan var (VİDEO)

10 Avqust 2020, 10:15 (GMT +4)
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)

10 Avqust 2020, 10:00 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ötüb

10 Avqust 2020, 09:50 (GMT +4)
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bu gündən 3 ay müddətinə dayandırılıb

10 Avqust 2020, 09:45 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

10 Avqust 2020, 09:36 (GMT +4)
İran koronavirus pandemiyası fonunda məhərrəmlik əzadarlığının qaydalarını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66