Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

AMEA Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02 Oktyabr 2018, 15:01 (GMT +4)

Bakı, 2 oktyabr, SalamNews. Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkı (“YT Park”) ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) arasında əməkdaşlıq məqsədilə Niyyət Sazişinin imzalama mərasimi olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ANAMA ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Akademik bildirib ki, bu əməkdaşlıq pilotsuz uçuş aparatları, dronlar, zirehli jiletlərin alt və üst geyim formaları, minaların zərərsizləşdirilməsi üçün xüsusi geyim və kostyumlar, müxtəlif növ hərbi sursatlar üçün fərdi modullar, çantalar və digər hərbi-mülki təyinatlı innovativ məhsulların istehsalı və satınalınmasına xidmət edəcək.

Sonra ANAMA-nın direktoru Qəzənfər Əhmədov çıxış edib. ANAMA-nın fəaliyyətindən, beynəlxalq təşkilatlarla əlaqələrindən danışan Q.Əhmədov agentliyin beynəlxalq standartlara uyğun olaraq humanitar minatəmizləmə işlərini həyata keçirdiyini deyib. Rəhbərlik etdiyi qurumun AMEA ilə sıx əməkdaşlıq etdiyini vurğulayan direktor Xəzəryanı regionda ilk dəfə olaraq ölkəmizdə müdafiə tədbirləri məqsədilə bir sıra yeniliklərə imza atıldığını qeyd edib. Bildirib ki, AMEA ilə birgə əməkdaşlığın əsas prinsipi tərəflərin elm, təlim-tədris və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin birgə həlli, yüksək peşəkarlığa malik kadrların hazırlanması, texnologiya transferi, layihə və proqramlarının həyata keçirilməsidir.

Tədbirdə çıxış edən AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev Niyyət Sazişi nəticəsində böyük uğurlar əldə ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, Sazişin əsas mahiyyəti aidiyyəti məsələlər üzrə fəaliyyətlərin planlaşdırılması və innovativ layihələrin birgə icrasıdır. F.Abdullayev bundan əvvəl də ANAMA ilə görüşlərin olduğunu xatırladıb. Mərkəz rəhbəri təklif olunan istiqamətlərdə hazırda həyata keçirilən müştərək layihələr haqqında da məlumat verib.

Sonra çıxış edən AMEA “YT Park”ın direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Şükürov Niyyət Sazişinin tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini deyib.

Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ANAMA-nın Planlaşdırma və inkişaf departamentinin rəisi Pərviz Gidayev və başqaları çıxış ediblər.

Tədbirdə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkil etdiyi yarışmada iştirakına görə AMEA-nın müxbir üzvü Əminağa Sadıqova və “Elm və Texnologiya Parkı” MMC-nin bir qrup əməkdaşına mükafat və sertifikatlar təqdim olunub.

Sonda AMEA “YT Park” ilə ANAMA arasında birgə fəaliyyətə dair Niyyət Sazişi imzalanıb. Sənəddə innovasiyaların tətbiqi sahəsində, aktual elmi istiqamətlərin müəyyənləşdirilməsi və strateji planlaşdırılmasında müvafiq əməkdaşlıq və qarşılıqlı dəstəyin verilməsi, milli müdafiə maraqları istiqamətində birgə layihələrin həyata keçirilməsi, xarici ölkələrin aidiyyəti elmi-tədqiqat institutları və elm texnologiya mərkəzləri ilə faydalı əlaqələrin yaradılması, xüsusi təlimlərin təşkili və s. məsələlər öz əksini tapır.

Sənədi “YT Park”ın direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Şükürov və ANAMA-nın direktoru Qəzənfər Əhmədov imzalayıblar.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-da gənc alim və mütəxəssislərin elmi-tədqiqat işlərinin müsabiqəsi keçirilib (FOTO)

AMEA-nın 5 institutunun direktoru vəzifələrinə təsdiqlənib

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib

AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub

AMEA-da siyasi partiyalarla bağlı yeni şöbə yaradılır

AMEA Yüksək Texnologiyalar Parkı milli kosmetik məhsulların istehsalına dəstək verəcək (FOTO)

AMEA Botanika İnstitutunun əməkdaşı “Gənclər mükafatı”na layiq görülüb

AMEA-da İnkubator və Texnologiya Transferi Mərkəzi yaradılıb

AMEA prezidentinin Nadir Şah haqda kitabı Moskvada nəşr edilib

Əli Abbasova AMEA-da yeni vəzifə verilib

AMEA-da birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub

AMEA-nın institutlarında yeni vəzifələr yaradılıb 

YUNESKO torpaqşünas alimin tədqiqatları ilə bağlı AMEA prezidentinə müraciət edib

AMEA Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

AMEA alimlərinin sudan səmərəli istifadəyə dair Dövlət Proqramının layihəsi müzakirə olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

AMEA-nın prezidenti Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın yaradılmasının 75 illiyi münasibətilə kitab və buklet hazırlanacaq

AMEA-nın şöbə müdiri vəfat edib

AMEA-da iş saatı dəyişdirilib

31 İyul 2021, 17:00 (GMT +4)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib

31 İyul 2021, 16:45 (GMT +4)
Bakıda iki avtomobil toqquşub, ölən var

31 İyul 2021, 16:40 (GMT +4)
Gürcüstanda son sutkada COVID-19-a yoluxanların sayı 3 mindən çox olub

31 İyul 2021, 16:35 (GMT +4)
“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

31 İyul 2021, 16:24 (GMT +4)
İranda Qədir-Xum bayramı münasibətilə minlərlə məhbus əfv edilib

31 İyul 2021, 16:23 (GMT +4)
Prezident Ərdoğan meşə yanğınınlarının baş verdiyi bölgələri ziyarət edəcək 

31 İyul 2021, 16:15 (GMT +4)
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

31 İyul 2021, 16:00 (GMT +4)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

31 İyul 2021, 15:50 (GMT +4)
AÇG və “Şahdəniz”dən 567 mln tondan çox neft hasil edilib

31 İyul 2021, 15:43 (GMT +4)
Bayden Kuba hökumətinə qarşı yeni sanksiyalar vəd edib

31 İyul 2021, 15:40 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

31 İyul 2021, 15:30 (GMT +4)
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

31 İyul 2021, 15:27 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 246-ya çatıb

31 İyul 2021, 15:15 (GMT +4)
Bakıda onlayn yolla "patı" satan şəxs saxlanılıb

31 İyul 2021, 15:02 (GMT +4)
Əlcəzair Səudiyyənin əl-Ərəbiyyə telekanalının nümayəndəliyinin bağlanılması barədə qərar verib

31 İyul 2021, 15:00 (GMT +4)
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib

31 İyul 2021, 14:50 (GMT +4)
Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

31 İyul 2021, 14:44 (GMT +4)
Rusiyada son sutkada 23 807 koronavirusa yoluxma aşkar edilib

31 İyul 2021, 14:40 (GMT +4)
Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

31 İyul 2021, 14:30 (GMT +4)
İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərib

31 İyul 2021, 14:24 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan yanğınların söndürülməsinə kömək üçün 102 nəfər gəlib

31 İyul 2021, 14:20 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb

31 İyul 2021, 14:11 (GMT +4)
Tokio-2020: Çin medal sıralamasına liderlik edir

31 İyul 2021, 14:10 (GMT +4)
MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

31 İyul 2021, 14:00 (GMT +4)
Yarım ildə Azərbaycanda 3,3 milyon ton neft emal edilib

31 İyul 2021, 13:52 (GMT +4)
Türkiyə Tokio-2020-də ilk qızıl medalını qazanıb

31 İyul 2021, 13:50 (GMT +4)
Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

31 İyul 2021, 13:40 (GMT +4)
Masallı polisi əməliyyat keçirib, saxlanılan var

31 İyul 2021, 13:38 (GMT +4)
Müəmmər Qəddafinin oğlu son 10 ildə ilk dəfə olaraq kamera qarşısına çıxıb (FOTO)

31 İyul 2021, 13:30 (GMT +4)
Polis akkumulyator oğrularını saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66