Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“ADA” Universitetinin magistraturasına sənəd qəbulu başlayıb

02 Oktyabr 2018, 13:27 (GMT +4)

Bakı, 2 oktyabr, SalamNews. Bu gündən etibarən 2019-2020-ci tədris ili üçün “ADA” Universitetinin magistr proqramlarına sənəd qəbulu başlayıb. 

Dövlət İmtahan Mərkəzindən SalamNews-a verilən məlumata görə, sənəd qəbulu Azərbaycan vətəndaşları üçün 2019-cu ilin aprelin 5-i, xarici vətəndaşlar üçün isə iyulun 1-dək davam edəcək.

Təklif edilən magistr proqramları diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə edilməsi, MBA və təhsil üzrə menecment ixtisasları üzrədir.

İki illik ingilisdilli təhsil proqramlarında dərslər yerli və xarici müəllimlər tərəfindən aparılır. Bildirilib ki, axşam saatları və həftəsonu günlərində keçirilən dərslər işləyən insanlara ali təhsillərini davam etdirmək imkanı yaradır. Tələbələr həmçinin ADA-nın akademik tərəfdaşı olan dünyanın 50-dən çox universitetində mübadilə yolu ilə təhsili ala bilərlər.

Bu ildən etibarən “ADA” Universitetinin Biznesin idarəedilməsi, MBA ixtisası Niderlandın Maastrixt Menecement Məktəbi ilə birgə tədris olunacaq. İkili diplom proqramında dərslər hər iki ali təhsil ocağının müəllim heyəti tərəfindən keçiriləcək.

“ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistr pilləsi üzrə birinci mərhələ imtahanını verməli və ingilis dili bilikləri üzrə IELTS və ya TOEFL sertifikatı təqdim etməlidirlər. İlkin mərhələdən uğurla keçən bakalavrlar universitetdə keçirilən müsahibədə iştirak etməyə dəvət olunacaqlar. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr təhsil haqqında güzəştlər qazana biləcəklər. Onlar, həmçinin uzun müddətli sosial tələbə kreditlərindən də yararlana bilərlər.

Sənəd vermək istəyən şəxslər “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldura, əlavə suallarla isə admissions@ada.edu.az ünvanına müraciət edə bilərlər. Magistraturaya qəbul üzrə ilk məlumat sessiyası “ADA” Universitetində 12 oktyabrda keçiriləcək.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “ADA” Universitetinin müəllim və tələbə heyəti 43 müxtəlif ölkəni təmsil edərək burada zəngin beynəlxalq mühit yaradır və tələbələrə dünya təcrübəsindən yararlanmaq imkanı verir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 Dekabr 2019, 12:04 (GMT +4)
ABŞ-ın sərt sanksiyalarına məruz qalan İran gələn ilin büdcəsini açıqlayıb

09 Dekabr 2019, 12:00 (GMT +4)
Azərbaycan Prezidenti Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib

09 Dekabr 2019, 11:53 (GMT +4)
“Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi ilə bağlı seminar keçirilir

09 Dekabr 2019, 11:45 (GMT +4)
Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40 faizi başa çatıb - Xələf Xələfov

09 Dekabr 2019, 11:40 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

09 Dekabr 2019, 11:34 (GMT +4)
"ABAD" ətraf mühitin qorunması üçün yeni layihəyə başlayıb

09 Dekabr 2019, 11:30 (GMT +4)
Misirdə keçiriləcək Dünya Gənclər Forumunda Azərbaycandan 32 gənc iştirak edəcək

09 Dekabr 2019, 11:28 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi baş verib, itkin düşənlər var

09 Dekabr 2019, 11:21 (GMT +4)
Sudan Yəməndə qalan hərbi qüvvələrinin sayını açıqlayıb

09 Dekabr 2019, 11:06 (GMT +4)
Yol polisinin “Instagram” səhifəsi fəaliyyətə başlayıb

09 Dekabr 2019, 10:48 (GMT +4)
“Bakutel-2019” sərgisində “Ən yaxşı debüt’’ sertifikatına DOST Agentliyi layiq görüldü

09 Dekabr 2019, 10:45 (GMT +4)
Stoltenberq: NATO Rusiyanı düşmən hesab etmir

09 Dekabr 2019, 10:43 (GMT +4)
Cavad Zərif Avropanın nüvə sazişilə bağlı rəftarını tənqid edib

09 Dekabr 2019, 10:34 (GMT +4)
Bakıda mənzildə 36 yaşlı kişinin meyiti tapılıb

09 Dekabr 2019, 10:20 (GMT +4)
Pompeo və Lavrov dekabrın 10-da Vaşinqtonda görüşəcək

09 Dekabr 2019, 10:08 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

09 Dekabr 2019, 09:55 (GMT +4)
Bağdadın beynəlxalq hava limanına bir neçə raket atılıb

09 Dekabr 2019, 09:42 (GMT +4)
Rusiya ordusu ilk dəfə İŞİD-in "paytaxtına" daxil olub

09 Dekabr 2019, 09:37 (GMT +4)
Livanda yeni baş nazirin təyini və elan edilməsi növbəti dəfə təxirə düşüb

09 Dekabr 2019, 09:37 (GMT +4)
İran və Azərbaycan birgə sənaye şəhərciyi inşa edəcəklər

09 Dekabr 2019, 09:27 (GMT +4)
Lənkəranda zəlzələ olub

09 Dekabr 2019, 09:18 (GMT +4)
Tramp: Kim Çen In ABŞ ilə düşmənçiliyə görə hər şeyi itirə bilər

09 Dekabr 2019, 09:01 (GMT +4)
Sahibkarlar üçün daha bir güzəştli maliyyələşdirmə mexanizmi həyata keçiriləcək

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66