Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DGKA-nın tələbəsi: Gömrük orqanlarında xidmət etmək şərəfdir (MÜSAHİBƏ)

02 Oktyabr 2018, 12:05 (GMT +4)

Bakı, 2 oktyabr, SalamNews.Əliyeva Vəfa Nazim qızı 2001-ci ildə Beyləqan rayonunun Yuxarı Aran kəndində anadan olub. Öncə Yuxarı Aran kənd məktəbində təhsil alan Vəfa Əliyeva sonradan Beyləqan şəhər akademik Mehdi Mehdizadə adına 3 saylı orta məktəbdə oxuyub. O, bu il ali məktəblərə qəbul imtahanlarında 633 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasına (DGKA) “İqtisadiyyat” ixtisası üzrə qəbul olub. Qrup lideri olan Vəfa Əliyeva ilə söhbətləşdik.

Vəfa, siz ixtisasınız üzrə qrupda ən yüksək bal toplamısınız. Özünüzü qrupun lideri hesab edirsinizmi? Tələbə yoldaşlarınız da sizi belə qəbul edirlər?

Sözün düzü, digər tələbə dostlarım da savad və bilikləri ilə heç də geri qalmırlar. Bizim qrupda cəmi 22 tələbə var, 6 qız, 16 nəfəri isə oğlandır. Qrup yoldaşlarımınhər biri çox savadlı, biliklidirlər. Sadəcə olaraq, ən yüksək bal topladığıma görə, tələbə yoldaşlarım mənim sinif nümayəndəsi seçilməyimə yekdilliklə razılıq verdilər.

Orta məktəb illərində hansı fənnə daha çox marağınız vardı? Hansısa uğurlarınız olubmu?

Orta məktəbdə “Coğrafitya” fənnini daha çox sevirdim. Bu fənn üzrə rayonumuzda olimpiadalarda da iştirak etmişəm. Bilik yarişlarında müxtəlif sertifikatlar almışam. Ümumi fənnlər üzrə məktəbimizdə mütəmadi keçirilən “Bilik kuboku”nda həmişə iştirak etmişəm.

Niyə məhz Dövlət Gömrük Komitəsinin Akademiyasını seçmisiniz?

Mən hələ uşaqlıqdan həmişə rütbə daşıyan peşə sahiblərinə böyük maraq göstərirdim. Gömrük işi məni hər zaman cəlb edirdi. Ali məktəblərə qəbul imtahanlarında II qrupu da məhz buna görə seçdim. Gömrük orqanlarında xidmət etmək şərəfdir.

Çox zaman bu peşəni daha çox kişilərə aid olaniş kimi qəbul edirlər. Siz necə düşünürsünüz?

Mən peşəni kişi və ya qadın işinə bölmürəm. Əgər öz işində bacarıqlı olursansa, yaxşı mütəxəssis kimi yetişərək tapşırılan işi  layiqincə yerinə yetirirsənsə, bunun heç bir fərqi yoxdur. Dünyada, o cümlədən bizim ölkəmizdə kifayət ədər uğurlu və öz sahəsi üzrə irəli gedən qadınlar vardır. 

Gələcəkdə özünüzü gömrük işçisi kimi necə təsəvvür edirsiniz?

Məncə, işimin öhdəsindən layiqincə gələrəm. Öz üzərimdə daim çalışıb gələcəkdə də biliklərimi artıracam. Yaxşı mütəxəssis olmağa çalışacam.

Orta məktəbi təzə bitirmisiniz. Uşaqlıqdan hansısa maraq dairəniz olubmu?

Musiqi dinləməyi çox sevirəm. Bədii əsərlər, xüsusən nəsr əsərlərini oxumağı sevirəm. Klassik ədəbiyyat və detektiv janrına üstünlük verirəm.

Gömrük işində həm də nizam-intizamvə fiziki hazırlıq vacib şərtlərdir? Bunlar sizi qorxutmur ki?

Bu ixtisası seçərkən bu məsələləri nəzərə almışam. Nizam-intizama hər zaman riayət edirəm. Fiziki hazırlığa gəlincə, uşaqlıqdan evdə atam hər zaman səhərlər idman etməyi öyrədib. Orta məktəbdə idman dərslərində qaçış üzrə həmişə birinci olmuşam.

Sizə təhsilinizdə uğurlar arzulayırıq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

Dövlət Gömrük Komitəsi həbs olunan şöbə rəisi ilə bağlı məlumat yayıb

Dövlət Gömrük Komitəsinə yeni vəzifə həvalə edilib

Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində çalışacaq

Prezident Dövlət Gömrük Komitəsinə 4 milyon manat ayırıb

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı aztəminatlı ailələrə yardım ediblər

Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin Akademiyasını 8 yaşını qeyd edir

Dövlət Gömrük Komitəsinin sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsi jurnalistlər üçün növbəti təlim təşkil edib (FOTOLAR)

Dövlət Gömrük Komitəsi Çin şirkəti ilə əməkdaşlığa başlayır

Dövlət Gömrük Komitəsinin sədri Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncədə vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyasının tətbiqinə başlayıb

Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında saziş imzalanıb

Dövlət Gömrük Komitəsi sədrinin vətəndaş qəbulu təxirə salınıb

Dövlət Gömrük Komitəsi açıqlama yayıb

Dövlət Gömrük Komitəsində gömrük təmsilçiləri ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası İNCU ilə əməkdaşlıq edir

Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçəcək

15 İyul 2020, 15:53 (GMT +4)
YAP bəyanat yayıb

15 İyul 2020, 15:46 (GMT +4)
Liviyada qarşıdurma tərəfləri arasında məhbus və əsirlərin mübadiləsi baş tutub

15 İyul 2020, 15:45 (GMT +4)
Türkiyədə COVID-19-dan 196 mindən çox xəstə sağalıb

15 İyul 2020, 15:25 (GMT +4)
ABŞ xarici tələbələrin vizaları ilə bağlı qərarı ləğv edib

15 İyul 2020, 15:17 (GMT +4)
MN: Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib (VİDEO)

15 İyul 2020, 14:49 (GMT +4)
Qüdsdə İsrail baş nazirinə qarşı aksiyada azı 50 etirazçı saxlanılıb (VİDEO)

15 İyul 2020, 14:42 (GMT +4)
Vüsal Qasımlı: Ermənistanın maliyyə təhlükəsizliyi təhdidlə üzləşib

15 İyul 2020, 14:41 (GMT +4)
NATO: Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələri narahatlıqla izləyirik

15 İyul 2020, 14:20 (GMT +4)
Türk Şurası Ermənistanın Azərbaycana qarşı təxribatını qınayıb

15 İyul 2020, 14:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 199 nəfərin ölümü qeydə alınıb

15 İyul 2020, 14:01 (GMT +4)
Azərbaycanda sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edilib

15 İyul 2020, 13:47 (GMT +4)
Rusiyada son sutkada 6,4 min yeni COVID-19-a yoluxma hadisəsi qeydə alınıb

15 İyul 2020, 13:45 (GMT +4)
Prezident şəhid hərbi qulluqçuların ailə üzvləri ilə telefonla danışıb (FOTOLAR)

15 İyul 2020, 13:20 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 900 mini keçib

15 İyul 2020, 13:08 (GMT +4)
Səudiyyə Yəmənin əl-Couf əyalətinə aviazərbələr endirib, azı 9 ölü var

15 İyul 2020, 13:01 (GMT +4)
Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı cinayət işi başlanıb

15 İyul 2020, 12:44 (GMT +4)
Reuters: ABŞ hüquq firması "Google"ı məhkəməyə verib

15 İyul 2020, 12:29 (GMT +4)
İran nüvə sazişinin imzalanması öldünümündə Avropa dövlətlərinə çağırış edib

15 İyul 2020, 12:24 (GMT +4)
Milli Məclis Aparatı dünən axşam baş verən hadisələrlə bağlı məlumat yayıb

15 İyul 2020, 12:21 (GMT +4)
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən 4 il ötür

15 İyul 2020, 12:11 (GMT +4)
“Bakcell” mobil tətbiqindən istifadə edən abunəçilərinə hədiyyə verir

15 İyul 2020, 11:57 (GMT +4)
İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

15 İyul 2020, 11:48 (GMT +4)
İdlibdə Türkiyə-Rusiya post patruluna hücumu «Xəttab əş-Şişani» qruplaşması öhdəsinə götürüb (FOTO)

15 İyul 2020, 11:40 (GMT +4)
Şəhid gizir Yaşar Babayev son mənzilə yola salınıb (FOTOLAR)

15 İyul 2020, 11:37 (GMT +4)
Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib

15 İyul 2020, 11:30 (GMT +4)
Qobustanda yağan leysan yağışlar bir sıra fəsadlar törədib

15 İyul 2020, 11:12 (GMT +4)
Ərdoğan və Tramp Liviyada sabitliyi təmin etmək üçün əməkdaşlıq barədə razılığa gəliblər

15 İyul 2020, 11:08 (GMT +4)
Nazirlik: Daha 44 müəllim müddətsiz işləmək imkanı qazanıb

15 İyul 2020, 10:55 (GMT +4)
Azərbaycanda indiyədək 6778 sahibkarlıq subyektində nöqsanlar aşkar edilib

15 İyul 2020, 10:42 (GMT +4)
Ərdoğan Aya Sofiyanın statusunun dəyişdirilməsini “səhvin düzəldilməsi” adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66