Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində Nəsimi şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində sərgilər açılıb

29 Sentyabr 2018, 11:12 (GMT +4)

Bakı, 29 sentyabr, SalamNews. Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində üç sərgi - “Live Life”, “Hürufilik: incəsənət və identiklik” və Brayn İnonun “77 milyon rəsm əsəri” sərgiləri açılıb.

SalamNews xəbər verir ki, sərgilərin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Festivalın açılışı münasibətilə təbriklərini çatdıran Leyla Əliyeva bu festivalın dünyada incəsənətin, mədəniyyətin inkişafına mühüm töhfə olacağına əminliyini ifadə etdi. Nəsiminin Azərbaycan poeziyasının inkişafında əhəmiyyətli rol oynadığını və poeziyanın şah əsərlərini yaratdığını deyən Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi poeziyasının bu gün də yaşadığını və aktual olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, biz bu festivalda Nəsimi poeziyasının ruhunu musiqi, rəqs, incəsənət, videoinstalyasiyalar, yoqo meditasiyası vasitəsilə kəşf edəcəyik və şüurun dərinliyinə səyahət edəcəyik.

Nəsimi festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində üç sərginin açıldığını da qeyd edən Leyla Əliyeva müəllifi olduğu “Live Life” sərgisinin London, Berlin, Moskva, Paris və Tbilisidə nümayiş etdirildiyini, bu sərginin ekoloji problemlərə diqqəti yönəltdiyini bildirdi. Qeyd etdi ki, eyni zamanda, sərgi bizim planetin gözəlliyini və bütün insanların birliyini vurğulayır.

Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondu tərəfindən təqdim olunan “Hürufilik: incəsənət və identiklik” sərgisindən də danışdı, burada bir sıra ərəb ölkələrində yaşayan müasir rəssamların işlərinin təqdim edildiyini söylədi. Brayn İnonun “77 milyon rəsm əsəri” sərgisində isə musiqinin və video-art instalyasiyanın nümayiş olunduğunu vurğuladı.

Heydər Əliyev Fondunun vitse-prezidenti festivala gələn qonaqlara minnətdarlığını bildirərək, Nəsiminin poeziyasının daimi olduğunu vurğuladı. “Bu əsərləri oxuyanda siz insanın ruhunu hiss edirsiniz. Ümidvaram ki, bu festival nəticəsində Nəsimi poeziyasının bir çox yeni oxucuları üzə çıxacaq və planetimizə daha müsbət ideyalar yayacaqlar”, - deyən Leyla Əliyeva festivalın işinə uğurlar arzuladı.

Tədbirdə çıxış edən Barcil Fondunun nümayəndəsi Çarlz Pokok, Nəsiminin qohumu Məhəmməd Nəsimi festivalın, eləcə də sərgilərin təşkilinə görə təşəkkür ediblər.

Sonra tədbir iştirakçıları sərgilərlə tanış olublar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir

“Prezident Heydər Əliyev” tankeri istismara buraxılıb

Heydər Əliyev Fondu tərəfindən Xaçmazda təmir edilmiş məktəbin açılışı olub 

Sabah Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq

Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb

Birinci vitse-prezident 12 şəhid hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 51 ili tamam olur

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondu konsert proqramı hazırlayıb

MEK-də Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb

Sərhədçilərin Heydər Əliyev zirvəsinə ənənəvi yürüşü təşkil olunub (FOTOLAR)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

“Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda elmi konfransı keçiriləcək

Elşən Abbasov: Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam etdirilir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik edib

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda onlayn gənclər konfransı keçiriləcək

Heydər Əliyev Fondunun ərzaq yardımını qohumlarına paylayan icra nümayəndələri barədə cinayət işi başlanıb

Heydər Əliyev Fondunun yardımını mənimsəyən vəzifəli şəxslər barəsində cinayət işi açılıb 

Heydər Əliyev Fondu 200 min ailəyə ərzaq sovqatı çatdıracaq

24 Oktyabr 2020, 10:40 (GMT +4)
Polşa prezidenti koronavirusa yoluxub

24 Oktyabr 2020, 10:35 (GMT +4)
MN: Düşmən Tərtər və Bərdəni atəşə tutur

24 Oktyabr 2020, 10:26 (GMT +4)
İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib

24 Oktyabr 2020, 10:26 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 42,4 milyonu ötüb

24 Oktyabr 2020, 10:24 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 42,4 milyonu keçib

24 Oktyabr 2020, 10:21 (GMT +4)
Daha bir ərəb dövləti İsraillə əlaqələri rəsmiləşdirdiyini elan edib

24 Oktyabr 2020, 10:17 (GMT +4)
ÜST: “Növbəti bir neçə ay çox çətin olacaq”

24 Oktyabr 2020, 10:15 (GMT +4)
Paytaxt küçələri yenidən dezinfeksiya edilir

24 Oktyabr 2020, 10:12 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin zərbə PUA-sı zərərsizləşdirilib

24 Oktyabr 2020, 10:08 (GMT +4)
Hikmət Hacıyev: Ermənistan tərəfindən atılan “Smerç” yaşayış evinin həyətinə düşüb

24 Oktyabr 2020, 10:00 (GMT +4)
MN: Düşmənin dayaq məntəqələri dağıdılıb, vacib yüksəkliklər azad edilib

23 Oktyabr 2020, 17:57 (GMT +4)
Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

23 Oktyabr 2020, 17:46 (GMT +4)
Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

23 Oktyabr 2020, 17:33 (GMT +4)
İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

23 Oktyabr 2020, 17:20 (GMT +4)
Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib (VİDEO)

23 Oktyabr 2020, 17:15 (GMT +4)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin bərpasına başlanılıb

23 Oktyabr 2020, 16:51 (GMT +4)
İsrail Azərbaycana humanitar yardım göndərib

23 Oktyabr 2020, 16:46 (GMT +4)
Ramin Quluzadə: “Erməni təxribatları İKT-nin inkişafına əngəl törədir”

23 Oktyabr 2020, 16:27 (GMT +4)
Səfir: “İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”

23 Oktyabr 2020, 16:15 (GMT +4)
Ərdoğan: Qarabağdakı sülh prosesində iştirak etməyə Rusiya qədər Türkiyənin də hüququ çatır

23 Oktyabr 2020, 16:11 (GMT +4)
NK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb

23 Oktyabr 2020, 15:44 (GMT +4)
Azərbaycanda son sutkada 803 nəfər COVID-19-a yoluxub

23 Oktyabr 2020, 15:30 (GMT +4)
Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlı rayonunda əbədiləşdiriləcək

23 Oktyabr 2020, 15:25 (GMT +4)
Prezidenti İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

23 Oktyabr 2020, 15:11 (GMT +4)
Politoloq: Türkiyə və Azərbaycan regionda sülhün bərqərar olunmasında əsas iştirakçılardır

23 Oktyabr 2020, 14:53 (GMT +4)
Qanada kilsənin dağılması nəticəsində 18 nəfər ölüb

23 Oktyabr 2020, 14:35 (GMT +4)
Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib (VİDEO)

23 Oktyabr 2020, 14:27 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşır

23 Oktyabr 2020, 14:10 (GMT +4)
Qubada alma yığımına start verilib

23 Oktyabr 2020, 13:57 (GMT +4)
MN: Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66