Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Aİİ Rusiya universitetləri ilə əlaqələr qurmağı planlaşdırır

28 Sentyabr 2018, 11:35 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Perm Vilayəti Müsəlman Ruhani İdarəsinin nümayəndəsi, Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü, “İskrennost” jurnalının baş redaktoru Səfa Kərimov ilə görüş keçirilib.

Aİİ-dən SalamNews-a bildirilib ki, görüşdə bu institutun rektoru Ceyhun Məmmədov Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb. Bu siyasətin hazırda Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirən C.Məmmədov Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış mühüm addımlardan biri olduğunu deyib.

Aİİ-nin fəaliyyət istiqamətləri barədə məlumat verən rektor rəhbərlik etdiyi ali təhsil ocağında beynəlxalq əlaqələrə xüsusi önəm verildiyini, müxtəlif dünya ölkələrinin qabaqcıl ali təhsil müəssisələrinin təcrübələrindən yararlandığını vurğulayıb. Ölkələrimiz arasında yüksək dostluq və əməkdaşlıq münasibətlərindən danışan C.Məmmədov Aİİ-nin Rusiya universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Aİİ-nin Qafqazda, eləcə də dünyada qabaqcıl təhsil müəssisəsi olmağı qarşısına məqsəd qoyduğunu deyən rektor bu institutda rus, ingilis və ərəb dillərində qrupların açılmasının planlaşdırıldığını, xarici ölkə, o cümlədən Rusiya Federasiyası vətəndaşlarının burada təhsil almalarına hər cür şərait yaradılacağını qeyd edib.

Aİİ-nin yaradılmasını tarixi bir hadisə kimi dəyərləndirən S.Kərimov institutun məqsəd və hədəflərini yüksək qiymətləndirib. O, Aİİ ilə Rusiya universitetləri arasında əlaqələrin qurulmasına dəstək verməyə hazır olduğunu, tələbə, müəllim mübadiləsinin mümkünlüyünü bildirib.

Görüşdən sonra S.Kərimov institutun kitabxanası ilə tanış olub. Kitabxana fondunun zənginliyindən heyranlığını bildirən qonaq kitabxananın müxtəlif dillərdə ədəbiyyatlarla təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib

SalamNews Azərbaycan İlahiyyat İnstitutu tərəfindən təltif edilib (FOTOLAR)

Azərbaycan İlahiyyat İnstitutunda “İslam və ətraf mühit” mövzusuna dair müzakirələr aparılıb

Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir

Azərbaycan İlahiyyat İnstitutunun açılışı olub

Azərbaycan İlahiyyat İnstitutu əlaqələrini genişləndirir

Azərbaycan İlahiyyat İnstitutunun prorektorları təyin edilib

Azərbaycan İlahiyyat İnstitutunda sınaq dərslərinə başlanılıb

Azərbaycan İlahiyyat İnstitutu yeni layihəyə start verib

Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib

Azərbaycan İlahiyyat İnstitutunun loqo müsabiqəsinin qalibi müəyyənləşib

Azərbaycan İlahiyyat İnstitutu loqo müsabiqəsi elan edib

Azərbaycan İlahiyyat İnstitutu loqo müsabiqəsi elan edir

Azərbaycan İlahiyyat İnstitutunda tələbələrə bir çox dilləri öyrənmək imkanı yaradılıb

Azərbaycan İlahiyyat İnstitutu açıq qapı günləri elan edib

Azərbaycan İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb

Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin olunub

22 Oktyabr 2020, 18:50 (GMT +4)
Prezident dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edib

22 Oktyabr 2020, 18:45 (GMT +4)
Prezident: Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub

22 Oktyabr 2020, 18:35 (GMT +4)
Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib

22 Oktyabr 2020, 17:57 (GMT +4)
Cəbhədəki əsgərlər COVID-19-la bağlı əhaliyə çağırış edib

22 Oktyabr 2020, 17:56 (GMT +4)
Azərbaycan Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq

22 Oktyabr 2020, 17:52 (GMT +4)
Ləğv olunmuş 4 bankın əmanətçilərinə 545,70 milyon manat kompensasiya ödənilib

22 Oktyabr 2020, 17:46 (GMT +4)
ANAMA Kürdəmirə atılan raketlə bağlı açıqlama verib

22 Oktyabr 2020, 17:32 (GMT +4)
Baş prokuror: Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır

22 Oktyabr 2020, 17:25 (GMT +4)
Prezident internetə qoyulan məhdudiyyətdən danışıb

22 Oktyabr 2020, 17:11 (GMT +4)
Səfərbərlik Xidməti müddətli hərbi xidmətə çağırışla bağlı məlumat yayıb

22 Oktyabr 2020, 16:58 (GMT +4)
Baydeni öldürməklə hədələyən şəxs saxlanılıb

22 Oktyabr 2020, 16:37 (GMT +4)
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir

22 Oktyabr 2020, 16:26 (GMT +4)
Cari ildə 493,7 milyon manatlıq metal məmulatları istehsal edilib

22 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb

22 Oktyabr 2020, 15:54 (GMT +4)
XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır

22 Oktyabr 2020, 15:47 (GMT +4)
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir

22 Oktyabr 2020, 15:34 (GMT +4)
Prezidentdən Paşinyanla mümkün görüşü barədə açıqlama

22 Oktyabr 2020, 15:25 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

22 Oktyabr 2020, 15:11 (GMT +4)
ANAMA: Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

22 Oktyabr 2020, 15:09 (GMT +4)
İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

22 Oktyabr 2020, 14:54 (GMT +4)
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub

22 Oktyabr 2020, 14:43 (GMT +4)
Mədəniyyət və İncəsənət Universitetində “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək

22 Oktyabr 2020, 14:31 (GMT +4)
Rusiyada son sutkada 290 nəfər koronavirusdan ölüb

22 Oktyabr 2020, 14:26 (GMT +4)
Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşüb

22 Oktyabr 2020, 14:12 (GMT +4)
Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Hindistanda da anılıb

22 Oktyabr 2020, 14:08 (GMT +4)
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb (FOTO)

22 Oktyabr 2020, 13:57 (GMT +4)
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir

22 Oktyabr 2020, 13:43 (GMT +4)
Gürcüstan DİN Zuqdididə girov götürülmüş 43 nəfərin azadlığa buraxıldığını açıqlayıb

22 Oktyabr 2020, 13:28 (GMT +4)
Göygöldə evə silahlı basqın edən maskalılar saxlanılıb

22 Oktyabr 2020, 13:11 (GMT +4)
İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66