Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir

26 Sentyabr 2018, 16:00 (GMT +4)

Bakı, 26 sentyabr, SalamNewsAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətini İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalında keçirilən silsilə diskussiyalar davam edir.

SalamNews xəbər verir ki, növbəti diskussiya “Heydər Əliyev və dövlət-din münasibətləri” mövzusuna həsr olunub. Diskussiyada Aİİ-nin müəllimləri dosent Anar Qafarov, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şəms Bağırova, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, tarix elmləri doktoru, professor Musa Quluzadə və fəlsəfə elmləri doktoru Aydın Əlizadə iştirak ediblər. Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev idarə edib.

Müzakirədə dini dözümlülük ənənələrinin möhkəmlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu, dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycan modeli və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Ölkəmizdə sovet hakimiyyəti dövründə xalqımızın milli kimliyindən uzaqlaşdırıldığı, dini-ibadət ocaqlarının dağıdıldığı, dini ayinlərin icrasının qadağan olunduğu bildirilib. Lakin Azərbaycan müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətlərində ciddi dəyişikliklərin baş verdiyi qeyd olunub. Din sahəsindəki sabitliyin təmin olunması, radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində ciddi tədbirlərin həyata keçirildiyi bildirilib. Diqqətə çatdırılıb ki, müqəddəs ibadət ocaqlarının fəaliyyəti bərpa olunub, yeniləri inşa edilib. Ümummilli Liderin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, tolerantlıq ənənələrinin qorunmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri xüsusi vurğulanıb.

Tədqiqatçılar ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirildiyini, Azərbaycan təcrübəsinin dünyanın müxtəlif ölkələrində öyrənildiyini söyləyiblər. Bildirilib ki, milli mənəvi və hüquqi dəyərlərə söykənən din siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-milli dözümlülük və tolerantlıq mühiti formalaşıb. Əsrlər boyu olduğu kimi, bu gün də ölkəmizdəki müxtəlif xalqların və etnik azlıqların nümayəndələri əmin-amanlıq şəraitində yüksək hörmət və etimadla mənəvi-əxlaqi dəyərlərə söykənən bir mühitdə birgə yaşayırlar. Mütəxəssislər İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirmənin önəmindən danışaraq vurğulayıblar ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra din sahəsində qəbul edilmiş ən mühüm qərarlardan biridir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Dekabr 2019, 13:54 (GMT +4)
Əfqanıstanın iki əyalətində həyata keçirilən hücumda 11 əsgər həyatını itirib

10 Dekabr 2019, 13:54 (GMT +4)
Azərbaycanda Fəal Yaşlanma İndeksi hazırlanır

10 Dekabr 2019, 13:35 (GMT +4)
Venesuela öz rəsmilərinə qarşı yeni ABŞ sanksiyalarını qınayıb

10 Dekabr 2019, 13:34 (GMT +4)
Moskvanın keçmiş meri Yuri Lujkov vəfat edib

10 Dekabr 2019, 13:26 (GMT +4)
ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

10 Dekabr 2019, 13:06 (GMT +4)
FHN ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb

10 Dekabr 2019, 13:03 (GMT +4)
Türkiyə Rusiya və ABŞ ilə əməkdaşlığın nəticələrindən narazıdır

10 Dekabr 2019, 12:53 (GMT +4)
Rusiyalı bir qrup iş adamı Azərbaycanda işgüzar səfərdə olub

10 Dekabr 2019, 12:38 (GMT +4)
Putin WADA-nın Rusiya ilə bağlı qərarını şərh edib

10 Dekabr 2019, 12:24 (GMT +4)
İraqda İŞİD-ə qarşı zəfərin ildönümü qeyd edilir

10 Dekabr 2019, 12:24 (GMT +4)
Nur-Sultanda Suriya ilə bağlı danışıqlar başlayır

10 Dekabr 2019, 12:22 (GMT +4)
Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

10 Dekabr 2019, 12:08 (GMT +4)
Xalq artisti Yalçın Əfəndiyev vəfat edib

10 Dekabr 2019, 11:59 (GMT +4)
Qətərin əmiri körfəz ərəb dövlətlərinin zirvə toplantısına qatılmayıb

10 Dekabr 2019, 11:49 (GMT +4)
AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb

10 Dekabr 2019, 11:40 (GMT +4)
“S-400” sistemindən imtina etməyəcəyik, o səhifə bağlandı - Ərdoğan

10 Dekabr 2019, 11:38 (GMT +4)
“EuroHome”dakı yanğınla bağlı hadisə yerinə 4 həkim briqadası göndərilib

10 Dekabr 2019, 11:35 (GMT +4)
Qusarda Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi keçirilib (FOTOLAR)

10 Dekabr 2019, 11:32 (GMT +4)
Mahmud Abbas İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı xəbərdarlıq edib

10 Dekabr 2019, 11:11 (GMT +4)
Səhiyyə Nazirliyi “EuroHome”-da baş verən yanğınla bağlı əlavə məlumat yayıb

10 Dekabr 2019, 11:06 (GMT +4)
Körfəz ərəb ölkələrinin dövlət başçıları bu gün Səudiyyədə bir araya gələcəklər

10 Dekabr 2019, 11:04 (GMT +4)
Bakı bazarındakı yanğının söndürülməsi üçün FHN helikopterləri və Be-200 amfibiya təyyarələri cəlb edilib 

10 Dekabr 2019, 11:02 (GMT +4)
Çili Hava Qüvvələrinə məxsus təyyarə Antarktidaya gedən radarlardan itib

10 Dekabr 2019, 10:48 (GMT +4)
Bu il “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

10 Dekabr 2019, 10:45 (GMT +4)
Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək - Çavuşoğlu

10 Dekabr 2019, 10:16 (GMT +4)
Twitter Suriya prezidenti Bəşər Əsədin səhifəsini bağlayıb

10 Dekabr 2019, 10:12 (GMT +4)
Zelenski Krım və Donbassla mövzusunda güzəştə getməyi qeyri-mümkün adlandırıb 

10 Dekabr 2019, 09:52 (GMT +4)
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı keçiriləcək

10 Dekabr 2019, 09:52 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

10 Dekabr 2019, 09:44 (GMT +4)
Türkiyə Əfqanıstanın təhlükəsizliyinə önəmli töhfə verib- Əfqanıstan prezidenti

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66