Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Sahib olduğumuz ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır - Azərsun Holdinq

25 Sentyabr 2018, 17:18 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. Son bir neçə gün ərzində ölkə ictimaiyyətində geniş əks səda yaratmış, Azərsun Holdinqin istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı çaşqınlıq yaratmağa yönəlik səs yazısı yayılmaqdadır. İctimaiyyətin narahatlığına səbəb olmuş səs yazısı ilə bağlı mövqeyimizi diqqətinizə çatdırırıq.

Azərsun Holdinqin sahib olduğu ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır.

Azərsun Holdinqin İctimaiyyətlə Əlaqələr Xidmətindən SalamNews-a göndərilən açıqlamada bildirilir: “Dəyərli istehlakçılarımız, Azərsun Holdinq öz istehlakçılarına öz istehsal müəssisələrində emal və istehsal olunan məhsulları təqdim etməkdədir. Məhz bu səbəbdən də məhsullarımızın keyfiyyətinin qorunması üçün bütün istehsal prosesini, təcrübəli mütəxəssisləriz ciddi və daimi nəzarət altında saxlayırlar. Hər bir istehsal dövrünə aid məhsullarımız xüsusi dəqiqliklə daxili və xarici akkreditasiya olunmuş labaratoriyalarda müxtəlif sınaqlardan keçərək yoxlanılır. Bundan başqa bütün müəssisələrimiz, satış məntəqələrimiz və anbarlarımız ölkədə qida təhlükəsizliyi və sanitar-gigiyenik normaların icrasına nəzarət edən orqanlar tərəfindən mütəmadi şəkildə yoxlanılır və müsbət rəylər alır.

Son günlər ərzində, məhsullarımız haqqında yayılan səs yazısının məqsədi, şirkətimizin məhsulları haqqında heç bir əsası olmayan şaiyələr yaratmaqla istehlakçılarımız arasında çaşqınlıq cəhdidir. Əminliklə bildiririk ki, burada səslənən fikirlər təmamilə əsassızdır və bizə məlum olmayan, lakin ölkədə ərzaq təhlükəsi fikrini yaymaqla müəyyən hədəflər güdən insanların uydurmasıdır. Bu şəxs və ya şəxslərin tezliklə aşkar edilməsi və onların, qida və ərzaq təhlükəsizliyi kimi həssas məsələdən istifadə edərək ajiotaj yaratmaq üçün davranışlarına müvafiq hüquqi qiymət verilməsi üçün tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir.

Dəyərli ictmiaiyyət, biz bir daha vurğulamaq istərdik ki, Azərsun Holdinq olaraq biz hər bir istehlakçımızın məhsulumuz haqda istənilən sualını cavablandırmağa və aydınlatmağa hazırıq. Şirkətimizin 120 qaynar xətti bütün irad, təklifləri qəbul edir və bütün müraciətlərin sahiblərinə dolğun və ətraflı cavablar təqdim olunur.

Əmin olun ki, Azərsun Holdinq ailəsi öz süfrəsində yemədiyi məhsulu istehlakçılara təklif etməz. Keyfiyyət Azərsun Holdinqin müqəddəs dəyəridir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 Dekabr 2019, 18:03 (GMT +4)
Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

12 Dekabr 2019, 17:53 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

12 Dekabr 2019, 17:48 (GMT +4)
Fransanın XİN rəhbəri Rusiyanı NATO üçün təhdid adlandırıb

12 Dekabr 2019, 17:33 (GMT +4)
Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:12 (GMT +4)
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

12 Dekabr 2019, 14:07 (GMT +4)
DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

12 Dekabr 2019, 13:51 (GMT +4)
İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib

12 Dekabr 2019, 13:45 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

12 Dekabr 2019, 13:30 (GMT +4)
İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:10 (GMT +4)
İngiltərədə növbədənkənar parlament seçkiləri başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66