Mobil versiya RU AZ
_




DÜNYA » İQTİSADİYYAT

THY 2019-cu ilin iyunundan süni intellektdən istifadə edəcək

19 Sentyabr 2018, 09:34 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNews. "Türk Hava Yolları" (THY) 2019-cu ilin iyun ayından başlayaraq süni intellektdən istifadə edəcək.

SalamNews xəbər verir ki, bunu İstanbulda keçirilən "Building for the Future Corporate Club Conference 2018"də çıxış edən THY-nin Müşahidə Şurasının sədri İlker Aycı deyib.

İ.Aycının sözlərinə görə, rəhbərlik etdiyi şirkət sərnişinlər üçün bir çox yeniliklər hazırlayıb: "THY öz biznes sinif sərnişinlərinə pulsuz Wi-Fi xidməti təklif edən şirkətdir. Biz bundan sonra da bu fəaliyyətimizi davam etdirəcəyik. Hazırda sərnişinlərimizin 90%-i yerli, digər 10%-i isə beynəlxalq sərnişinlərdir. Bildiyiniz kimi, İstanbulda yeni hava limanının açılışını gözləyirik. Bu hava limanı açıldıqdan sonra sərnişimlərimiz üçün xidmət keyfiyyətini daha da artıracağıq. Artıq bir sıra mədəniyyət mərkəzləri-muzeylərlə danışmışıq, THY-nin CIP (Commercially Important Person) sərnişinləri üçün hava limanının gözləmə zalında sənət əsərləri nümayiş olunacaq. Bu tipli sərnişinlər üçün xüsusi virtual turlar təşkil ediləcək".

THY rəhbəri bildirib ki, şirkət öz təyyarə qarajını da yeniləyir: "Biz tezliklə müasir tipli təyyarələrimizin sayını 400-ə çatdırmaq niyyətindəyik. Həmçinin 2019-cu ilin iyunundan Avtraliyaya (Sidney) uçuşlara başlamağı düşünürük".

Qeyd edək ki, İstanbuldakı yeni hava limanının oktyabrın 29-da açılışı olması planlaşdırılır. Bu hava limanından ilk daxili reysin Ankaraya, xarici reysin isə Bakıya həyata keçirilməsi nəzərdə tutulub.

İstanbulun yeni hava limanının CEO-su Kadri Samsunlu isə adıçəkilən limanın açılışı ilə sərnişin dövriyyəsinin artacağını deyib: "Yeni hava limanı ilkin mərhələdə illik 90 mln. sərnişinə xidmət edəcək. İnşaat işlərinin bütün mərhələləri bitdikdən sonra isə bu rəqəm 200 mln.a yüksələcək. Hava limanına İstanbulun istənilən nöqtəsindən 25 dəqiqəyə çatmaq mümkündür. Hava limanındakı terminallar 21%, qüllə isə 20% elektrik enerjisi istehlakının azalmasına səbəb olacaq. Bu isə ildə 30 700 ton karbon dioksidin azalması deməkdir. Hansı ki, ildə bu qədər karbon dioksidi 19 500 ev təbiətə ixrac edir. Yeni hava limanı şirin su istehlakını da 40%-ə qədər azaldacaq. Bu isə illik 2 mln. kubmetr suyun axıdılmasının qarşısının alınması deməkdir. Bu, 5 500 ailənin il ərzində istehlak etdiyi suyun miqdarıdır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

THY uçuşlarının sırasına Strasburqu da əlavə edib

THY İstanbul hava limanında beş yeni biznes zal açır

PAŞA Bank THY ilə birlikdə Miles&Smiles kartını təqdim edib

THY “Boeing 737 MAX” tipli sərnişin təyyarələri ilə uçuşları dayandırıb

ATU-nun müəllimi THY-nin “Gülümsəyən həkim” Cəmiyyətinə üzv qəbul edilib

THY ilin sonunadək bütün aviareysləri İstanbulun yeni aeroportuna keçirəcək

THY Bakıdan Nikosiyaya endirimli qiymətə aviabiletlər təklif edir

THY Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır

“THY” Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşları bərpa edir

THY sərnişinlərin üstünlüklərinin son tendensiyaları üzrə keçirdiyi tədqiqatının nəticələrini təhlil edir

“THY” və “Neftçi” PFK arasında əməkdaşlığa dair müqavilə imzalanıb (FOTO, VİDEO)

Milyonlarla sərnişinin seçdiyi THY dünyanın ən təhlükəsiz aviaşirkəti sayılır (FOTO)

THY Azərbaycanda endirim kampaniyası keçirir 

THY “Troya” tematik təyyarəsini təqdim edib (VİDEO)

THY “IATA Ümundünya Təhsil Tərəfdaşlıq Konfransına” ev sahibliyi edib

Moskvaya uçan THY təyyarəsi məcburi eniş edib

"THY" təyyarəsi Vyanada məcburi eniş edib

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

25 Yanvar 2020, 14:21 (GMT +4)
“Azerenerji” prezidentinə ağır itki üz verib

25 Yanvar 2020, 14:13 (GMT +4)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66