Aİİ-də “Multikulturalizmin Azərbaycan modeli”mövzusunda seminar keçirilib17 Sentyabr 2018, 17:47 (GMT +4) Bakı, 17 sentyabr, SalamNews. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Multikultarizmin Azərbaycan modeli” mövzusunda seminar keçirilib.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycanda dövlət-din siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkədə tolerant və multikultural dəyərlərin qorunmasının dövlət-din siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan rektor Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına, məscid, kilsə və sinaqoqların inşasına, təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırdığını qeyd edib.
Rektor Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini, son illər fondun xətti ilə bir çox məscid, kilsə və sinaqoqların təmir olunduğunu vurğulayıb.Aİİ-nin yaradılmasının Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra din sahəsində qəbul edilmiş ən mühüm və vacib qərarlardan biri olduğunu vurğulayan C.Məmmədov Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən danışıb.Multikulturalizmin ölkəmizin dini siyasətində xüsusi önəm daşıdığını vurğulayan rektor Aİİ-də maarifləndirmə məqsədiləmütəmadi olaraq müxtəlif seminarlar, diskussiyalar və görüşlər təşkil edildiyini və belə tədbirlərin davamlı olacağını bildirib.
Sonra, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov “Multikultarizmin Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edib. R.İlyasov qeyd edib ki, multikulturalizm XX əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çox¬mədəniyyətli ölkələrində meydana gələrək spe¬sifik multikulturalizm modellərinin ortaya çıxmasına səbəb olub. Dünya multikulturalizm modellərinin əsasən miqrasiya və immiqrantlar sayəsində formalaşmışdığını qeyd edən məruzəçi 12-ci yüz ildən etibarən başlayan prosesin indi də davam etdiyini bildirib.
Qeyd olunub ki, Kanada, Avstraliya, ABŞ, Fransa, İngiltərə, Almaniya, İsveçrə və digər ölkələrdə bu tendensiya özünü daha bariz şəkildə göstərir.
Qeyd olunan modellərə paralel olaraq Azərbaycanın multikulturalizm modelinin tarixi daha qədimdir. Bu model özündə həm “avtaxton”, həm də “allaxton” etnosları ehtiva edir. Azərbaycanda 35-dən çox etnik qrup mövcuddur. Təsadüfi deyil ki, bu baxımdan Azərbaycan eyni zamanda “etnoqrafiya muzeyi”də adlandırılır. Multikulturalizm elmi ədəbiyyatında “multikultural vətəndaşlıq” və“konstitisuonal vətəndaşlıq” terminləri mövcuddur.
Bu birbaşa multikulturalizmin Azərbaycanda həyat tərzi və dövlət siyasəti olması kontekstndə də açıqlana bilər. Azərbaycan multikulturalizminin ədəbi-bədii və fəlsəfi-publisitik qaynaqları elmi şəkildə sübut edir ki, Azərbaycanın multikulturalizm modeli burada məskunlaşan etnosların birgəyaşama mövcudluqlarını təmin edir.
Seminar tədbir iştirakçılarının mövzu ətrafında müzakirəsi ilə davam edib.
|