Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azərbaycan İlahiyyat İnstitutunun açılışı olub

17 Sentyabr 2018, 12:30 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNewsSentyabrın 17-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılış mərasimi keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Türkiyə Diyanət Vəqfi 29 Mayıs Universiteti İdarə Heyətinin sədri Tayyar Altıkulac, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.

Tədbirdə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Aİİ-nin yaradılmasının dövlətimizin başçısının dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biri olduğunu söyləyən rektor bu müdrik qərara və din sahəsinə göstərdiyi yüksək diqqətə görə bütün ilahiyyatçılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. C.Məmmədov deyib: “Sovet dövrünün qadağa və məhdudiyyətləri ilə üzləşən, ancaq ruhdan düşməyən, gələcəyə ümidlə baxan ruhanilərimizin ən böyük arzularından biri Azərbaycanda ali dini təhsil müəssisəsinin yaradılması olub. Belə ki, Aİİ-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində dini sahədə qəbul edilmiş ən ciddi qərarlardan biridir. Biz bu məsuliyyətin yükünü anlayır, dövlətimizin göstərdiyi etimadı, xalqımızın bizə bəslədiyi inam və ümidi doğrultmaq üçün səylə çalışırıq. 2018-2019-cu tədris ilində dövlət sifarişi əsasında qəbul üzrə Aİİ-nin islamşünaslıq ixtisasına 35, dinşünaslığa isə 25 plan yeri təsdiq edilib. Bu ayrılmış plan yerləri 100 faiz dolub. İnstitutun dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil standartları Təhsil Nazirliyinə təqdim edilib və nazirliyin müvafiq şöbəsindən müsbət rəy alınıb. Hazırda institutda bir fakültə, üç kafedra mövcuddur. İnstitutda tədris Azərbaycan dilində həyata keçirilir. Gələcəkdə rus, ingilis və ərəb dilli bölmələrin açılması və dünyanın müxtəlif ölkələrindən tələbələrin institutda təhsilə cəlb olunması nəzərdə tutulur”.

Sonra Etibar Nəcəfov, Mübariz Qurbanlı, Tayyar Altıkulac, Siyavuş Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah və başqaları çıxış edərək Aİİ-nin yaranması münasibətilə xalqımızı və institut heyətini təbrik ediblər. Natiqlər yeni təhsil müəssisəsinin quruculuğu sahəsində görülən işləri təqdir edərək Aİİ rəhbərliyinin və formalaşdırılan kollektivin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə əminliyini bildiriblər.

Tədbirdə iştirak edən dini icmaların rəhbərlərinin adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 Dekabr 2019, 13:30 (GMT +4)
MN: Dekabr ayının sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək

16 Dekabr 2019, 13:17 (GMT +4)
Braziliya İsraildəki səfirliyi Qüdsə köçürəcək

16 Dekabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək (FOTOLAR)

16 Dekabr 2019, 12:50 (GMT +4)
Tramp "Fox News"un impiçment barədə sorğusunun nəticələrini qeyri-dəqiq adlandırıb

16 Dekabr 2019, 12:40 (GMT +4)
AQTA apteklərdə “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını aşkarlayıb

16 Dekabr 2019, 12:28 (GMT +4)
ABŞ Bağdaddakı səfirliyinə böyük hərbi qüvvə göndərib

16 Dekabr 2019, 12:16 (GMT +4)
Azərbaycan "Cyber ​​Shield-2019" təlimlərində təmsil olunacaq

16 Dekabr 2019, 12:00 (GMT +4)
Suriyanın gələcək üfüqündə ABŞ qüvvələrinə yer yoxdur - Bəşər Əsəd (VİDEO)

16 Dekabr 2019, 11:58 (GMT +4)
"Azərbaycan" adlı "RoPax" tipli gəmi-bərə istifadəyə veriləcək

16 Dekabr 2019, 11:48 (GMT +4)
ƏƏSMN: Bu il 107,7 min vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib

16 Dekabr 2019, 11:47 (GMT +4)
Vladimir Zelenski bu gün Azərbaycana rəsmi səfərə gələcək

16 Dekabr 2019, 11:30 (GMT +4)
Neft yenidən ucuzlaşıb

16 Dekabr 2019, 11:27 (GMT +4)
Livanda bu gün yeni baş nazirin adının açıqlanacağı gözlənilir

16 Dekabr 2019, 11:22 (GMT +4)
Türkiyə tarixindən utanmır - Ərdoğan

16 Dekabr 2019, 10:52 (GMT +4)
İran körfəz ərəb dövlətlərini yeni anlaşma imzalamağa çağırıb

16 Dekabr 2019, 10:47 (GMT +4)
Sabahdan Cocuq Mərcanlı istiqamətində ilk dəfə olaraq marşrut xətti açılır

16 Dekabr 2019, 10:38 (GMT +4)
ABŞ iki Çin diplomatını casusluq cəhdinə görə ölkədən qovub 

16 Dekabr 2019, 10:21 (GMT +4)
Sudan Yəmənin qərbindəki hərbi qüvvələrini çıxarmağa başlayıb

16 Dekabr 2019, 10:17 (GMT +4)
Pentaqon Türkiyənin "İncirlik" bazasını bağlamaq təhdidlərinə cavab verib

16 Dekabr 2019, 10:06 (GMT +4)
DİM başqasının yerinə imtahan verənlərin 2 ilədək həbs edilməsini təklif edir

16 Dekabr 2019, 09:42 (GMT +4)
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq

16 Dekabr 2019, 09:41 (GMT +4)
Türkiyə aviabazalarının bağlanması Ankaranın səlahiyyətindədir - Ərdoğan

16 Dekabr 2019, 09:38 (GMT +4)
İraqın sabiq baş naziri ABŞ-ın ölkə siyasətçilərinə sanksiya tətbiqini tənqid edib

16 Dekabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

16 Dekabr 2019, 09:11 (GMT +4)
Türkiyə parlamenti Liviya ilə müdafiə razılaşmasını müzakirə edəcək

16 Dekabr 2019, 09:00 (GMT +4)
Azərbaycanın 3 karateçisi İtaliyada medal qazanıb

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66