Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

İlk tədris ilinə başlayan Aİİ tələbələri ilə görüş keçirib

12 Sentyabr 2018, 16:13 (GMT +4)

Bakı, 12 sentyabr, SalamNews. Bu gün ilk tədris ilinə başlayan Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2018-2019-cu illər üzrə qəbul edilmiş tələbələri ilə görüş keçirib. 

SalamNews xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov valideynləri və tələbə adını qazanmış abituriyentləri təbrik edərək, onlara qədəm qoyduqları şərəfli və məsuliyyətli yolda uğurlar arzulayıb. Tələbəliyin insan həyatının ən müqəddəs və şərəfli mərhələlərindən birini təşkil etdiyini söyləyən rektor millətin gələcəyininonun təhsilə və elmə verdiyi dəyərlə ölçüldüyünü bildirib.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan C.Məmmədov bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib.

Aİİ rektoru gənc nəslin sağlam ruhda yetişməsi, yüksək dünya standartları ilə ayaqlaşan təhsillə təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi qayğı göstərdiyini vurğulayıb.

C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu istiqamətdə atılmışən vacib addımlardan biri olduğunu qeyd edib. Dərin bilikli, güclü şəxsiyyətli, zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin institutun əsas vəzifələrindən olduğunu nəzərə çatdıran C.Məmmədov bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər edəcəyini, ona göstərilən yüksək inam və etimadı doğrultmağa çalışacağını bildirib.

Ceyhun Məmmədov Aİİ-yə 2018-2019-cu tədris ilində islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə ümumilikdə 60 tələbənin qəbul olduğunu deyərək cari il üçün institutun ümumi hesabatını açıqlayıb:“Dinşünaslıq ixtisasına 25 tələbə, islamşünaslıq ixtisasına 35 tələbə qəbul olunub.Dinşünaslıq ixtisası üzrə ən yüksək nəticə göstərən tələbə463 bal toplayan Əliyev Məhəmməd Xəyaməddin oğludur.İslamşünaslıq ixtisası üzrə ən yüksək nəticə göstərən tələbə 396 bal toplayan Məmmədova Aysel Elçin qızıdır.”

C.Məmmədov tələbə və valideynlərə tədris prosesi, keçiriləcək fənlər haqqında ümumi məlumat verərək, Aİİ-də tədrisinyüksək ixtisaslı kadrlar tərəfindən təşkil olunduğunu,İslamla yanaşı, müasir sosial elmlərin metodları əsasında digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturlarını, o cümlədən fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi digər sosial, humanitar elmlərini də öyrənmək imkanına malik olacaqlarını diqqətə çatdırıb.

Rektor, tələbələrə ingilis, ərəb, rus və fars dillərini yüksək səviyyədə öyrənmək imkanının yaradılacağını qeyd edib. Eyni zamanda,beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmə imkanı olacağını vurğulayıb.

C.Məmmədov İnstitutda zəngin kitabxana fondunun olduğunu, tələbələrin bu fonddan açıq rəf sistemi ilə istifadə edə biləcəyini bildirib. Aİİ-də təqdim olunan təhsil imkanlarının ödənişsiz və dövlət sifarişi əsasında həyata keçirildiyini vurğulayan rektortələbələrintəqaüd, pulsuz yemək, geyim və yataqxana ilə təmin ediləcəyiniqeyd edib.

C.Məmmədov institutdan məzun olacaq tələbələrə karyera qurmaq imkanı yaradılacağını, o cümlədən hər iki ixtisas üzrə dövlət qulluqçusu, yaxud din xadimi, tədqiqatçı və pedaqoq sahələrində işlə təmin olunacaqlarını bildirib.

Görüşün sonunda tələbə və valideynlərin sualları cavablandırılıb, ixtisaslar üzrə yüksək bal toplayan tələbələr mükafatlandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aİİ tələbələrinin iştirak etdikləri Bursa “Yay məktəbi” başa çatıb

Aİİ tələbələrinin Türkiyədə təşkil olunan “Yay məktəbi” davam edir (FOTO)

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başlayıb

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Aİİ tələbələrinin Bursada “Yay məktəbi” davam edir (FOTO)

Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

Aİİ-nin “Din araşdırmaları” jurnalı dərc olunub

Aİİ-də “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

Aİİ-nin 30 tələbəsinə Mənəvi Dəyərlərin Təbliği Fondunun təqaüdü verilib

Aİİ-də “Nəsimi İli” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır

Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib 

Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib

Aİİ-də Fələstinin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Aİİ-də mühazirə oxuyub

Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Aİİ-nin kafedra müdiri beynəlxalq simpoziumda iştirak edib

Aİİ Rusiya universitetləri ilə əlaqələr qurmağı planlaşdırır

Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Aİİ-də “Multikulturalizmin Azərbaycan modeli”mövzusunda seminar keçirilib

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66