Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Caspian European Club İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə biznes-forum keçirib

29 Avqust 2018, 17:38 (GMT +4)

Bakı, 29 avqust, SalamNewsCaspian European Club-un İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyevin iştirakı ilə bu gün (29 avqust) təşkil etdiyi biznes-forum çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihənin Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında uğurla davam etdiyini bildirmişdir. Cənab Prezidentin sərəncamına əsasən həyata keçirilən bu layihə çərçivəsində pilot ərazilərdə görülən tədbirlərdən danışan sədr, sözügedən ərazilərdə Agentliyin tabeçiliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin strukturlarının yeniləndiyini, diaqnostik laboratoriyalarının yenidən qurulduğunu, İlkin Səhiyyə Xidmətinin təşkil edildiyini, ailə sağlamlıq mərkəzlərinin yaradıldığını xüsusilə vurğulayıb. Pilot tibb müəssisələrinin idarəedilməsi üçün xəstəxanalarda elektron sistemin geniş tətbiqinə başlanıldığını qeyd edən Z.Əliyev Agentlik tərəfindən yeni elektron xidmətin istifadəyə verildiyini də söyləyib.

Görülən bu kimi tədbirlərlə bağlı pilot ərazilərdə bir neçə istiqamətdə məmnunluq sorğularının keçirildiyini qeyd edən sədr ilkin nəticələrə əsasən əhalinin İTS-nin tətbiqindən məmnunluğunun yüksək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Biznes-forum çərçivəsində Caspian European Club-un şirkətləri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı suallar səsləndirib, həmçinin bizneslə İcbari tibbi Sığorta üzrə Dövlət agentliyi arasında aktiv dialoqun davamı üçün təkliflər irəli sürüblər. Telman Əliyev İcbari Tibbi sığorta üzrə Dövlət agentliyinin direktoru vəzifəsinə təyin olunanadək Zaur Əliyevin Caspian European Club-un idarə heyətinin üzvü olduğunu, müxtəlif layihələrin müzakirəsində və həyata keçirilməsində fəal iştirak etdiyini qeyd edib.

Biznes-forumda çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Zaur Əliyevə minnətdarlığını bildirib.
Telman Əliyev bütün iştirakçıları Azərbaycan Respublikasının Hökumətinin və Caspian European Club-un dəstəyilə sentyabrın 20-də keçiriləcək 7-ci Beynəlxalq Caspian Energy Forum Baku-2018-də iştirak etməyə dəvət edib.

O qeyd edib ki, 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyilə Xəzər-Qara dəniz regionunun neft və qeyri-neft sektorunun inkişafına təkan verən “Əsrin müqaviləsi” imzalanıb. “Xəzərin enerji resursları hesabına Avropanın enerji təhlükəsizliyinin təminatının əsası da məhz o zaman qoyulub. Bununla əlaqədar olaraq, hər il eyni vaxtda Caspian Forum Bakida təşkil edəcəyik. “Caspian Energy Forum Baku - 2018”in təşkili Caspian European Club-un yuxarı rəhbərliyinin yaratdığı yeni şərait sayəsində mümkün olub”, - deyə Telman Əliyev vurğulayıb.
Biznes-forum zamanı Zaur Əliyevə Caspian European Club-un fəxri üzvü sertifikatı təqdim olunub. Tədbirdə şirkət rəhbərləri, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəa iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.
Yarandığı ilk gündən Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Caspian European Club biznes-tur təşkil edib

"Caspian European Club" Baş Nazir və hökumət üzvlərinə müraciət edib

“Caspian European Club”un üzvləri üçün növbəti biznes-tur təşkil olunub

“Caspian European Club”un sığorta üzrə komitəsi xüsusi hesabat hazırlayıb

Caspian European Club-un sığorta üzrə Komitəsinin təcili iclası keçiriləcək

KOBİA və “Caspian European Club” birgə biznes-forum keçirib

KOBİA və Caspian European Club biznes-forum keçirəcək

NRYTN və Caspian European Club biznes-forum keçirəcək

Caspian European Club  Dövlət Miqrasiya Xidməti ilə birgə biznes-forum keçirib

Caspian European Club AMEA ilə birgə biznes-forum keçirib

Miqrasiya Xidməti və “Caspian European Club” birgə biznes forum keçirəcək

Caspian European Club tələbələr üçün növbəti motivasiya treninqi təşkil olunacaq

AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

Caspian European Club tələbələr üçün motivasiya treninqi təşkil edəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Caspian European Club”la əməkdaşlığı genişləndirir

Zaur Əliyev Caspian European Club-un biznes-forumunda iştirak edəcək

Energetika Nazirliyi və Caspian European Club əməkdaşlığı genişləndirir

“Caspian European Club”a sədr müavini təyin edilib

Dövlət Gömrük Komitəsi və Caspian European Club əməkdaşlığı genişləndirir

BNA ilə Caspian European Club arasında razılıq əldə olunub

14 Noyabr 2019, 18:30 (GMT +4)
Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb (FOTO)

14 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Fələstin Dövlətinin başçısını təbrik edib

14 Noyabr 2019, 17:51 (GMT +4)
İcra başçısı Vuqar Zeynalovun vətəndaşlarla görüşü davam edir (FOTO)

14 Noyabr 2019, 17:47 (GMT +4)
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

14 Noyabr 2019, 17:44 (GMT +4)
Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq əlaqələrini davam etdirmək istəyir - Ərdoğan

14 Noyabr 2019, 17:30 (GMT +4)
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub

14 Noyabr 2019, 17:27 (GMT +4)
Sabah Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

14 Noyabr 2019, 17:26 (GMT +4)
Vladimir Putin Allahşükür Paşazadəni təbrik edib

14 Noyabr 2019, 17:17 (GMT +4)
Son gündə 100-ə yaxın suriyalı qaçqın İordaniyadan ölkələrinə dönüblər (VİDEO)

14 Noyabr 2019, 17:15 (GMT +4)
Türkiyə Prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədrini ad günü münasibətilə təbrik edib

14 Noyabr 2019, 17:08 (GMT +4)
Astarada icazəsiz ov edən şəxslər saxlanılıb

14 Noyabr 2019, 17:02 (GMT +4)
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

14 Noyabr 2019, 16:57 (GMT +4)
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

14 Noyabr 2019, 16:47 (GMT +4)
“Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

14 Noyabr 2019, 16:42 (GMT +4)
Məktəblilər arasında vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib

14 Noyabr 2019, 16:40 (GMT +4)
ABŞ-da azərbaycanlıların olduğu avtomobil qəzaya uğrayıb, ölən var

14 Noyabr 2019, 16:15 (GMT +4)
İraq polisi 1 648 etirazçını sərbəst buraxıb

14 Noyabr 2019, 16:12 (GMT +4)
Türkiyə amerikan əsilli İŞİD terrorçusunu ABŞ-a deportasiya edir

14 Noyabr 2019, 16:05 (GMT +4)
Gömrük Hospitalının cərrah-transplantoloqu böyrək fəaliyyətinin qorumasının yollarını açıqlayıb

14 Noyabr 2019, 15:53 (GMT +4)
"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

14 Noyabr 2019, 15:45 (GMT +4)
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

14 Noyabr 2019, 15:34 (GMT +4)
Morales ölkəsindəki çevrilişdə ABŞ-ı ittiham edib

14 Noyabr 2019, 15:21 (GMT +4)
İlk dəfə olaraq Rusiya Suriyanın şimal-şərqində havadan müdafiə sistemləri yerləşdirib

14 Noyabr 2019, 15:05 (GMT +4)
Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

14 Noyabr 2019, 15:04 (GMT +4)
Polşada müsəlmanlara qarşı hazırlanan terror hücumlarının qarşısı alınıb

14 Noyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanın bu universitetində dəyəri 5 min manatdan baha olan əl işi sərgilənir (FOTO)

14 Noyabr 2019, 14:50 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

14 Noyabr 2019, 14:37 (GMT +4)
İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

14 Noyabr 2019, 14:31 (GMT +4)
Peyğəmbərin mövluduna görə İranda 3552 məhbus əfv edilib

14 Noyabr 2019, 14:30 (GMT +4)
“ASAN xidmət”ə 34 milyonuncu müraciət qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66