Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Aztəminatlı ailələrdən olan uşaqların ali təhsil almasına əhəmiyyətli dəstək verilib (FOTO)

29 Avqust 2018, 10:52 (GMT +4)

Bakı, 29 avqust, SalamNewsBP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – “Gələcəyini Qur” layihəsinin 85 iştirakçısının bu il universitetlərə qəbul olmasını böyük bir tədbirlə qeyd edib.

"BP Azerbaijan"-dan SalamNews-a verilən məlumata görə, bu layihə BP və tərəfdaşlarının onların əməliyyatlarının qonşuluğunda yaşayan icmalarda davamlı inkişaf imkanları yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihənin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına şərait yaratmaqdır. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan yaxud xüsusi qayğıya ehtiyacı olan orta təhsilli gənclər daxildir.

Bu vaxtadək layihə iki mərhələdə (2017 və 2018) həyata keçirilib və Qaradağ, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarında yaşayan bir sıra icmaları əhatə edib. Layihə 2017-ci ildə Qaradağ rayonundakı icmalarla başlayıb və növbəti ildə onun əhatə zonası genişlənərək BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən əlavə dörd rayonu da əhatə edib. Bununla yanaşı layihəyə fiziki imkanları məhdud olan gənclərin də qoşulmasına imkan verən yeni elementlər əlavə olunub.

Layihənin iki mərhələsində ümumilikdə 121 nəfər iştirak edib və bunlardan da 110 nəfəri, ümumilikdə iştirakçıların 91%-i, ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək tələbə adını qazanıblar. Əvvəlki 2 mərhələnin uğurlu nəticələrinə əsaslanaraq 2019-cu ildə layihənin 3-cü mərhələsini həyata keçirmək qərara alınıb.

Layihə üzrə proqram iki komponentdən ibarətdir – məşğələlər vasitəsilə qəbul imtahanlarına hazırlığa dəstək olan akademik biliklər və müxtəlif fəaliyyətlər və tədbirlər vasitəsilə sosial inteqrasiya.

BP və tərəfdaşlarının keçirdiyi tədbirdə çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Bu gün layihəmizin uğurlu iştirakçıları üçün həyəcanlı bir gündür. Biz təhsil, bilik və inkişafa aparan uzun bir yolun başlanğıcında bu həyəcanı onlarla birgə yaşamaqdan məmnunuq və onların universitet tələbəsi olmaq məqsədlərinə doğru ilk uğurlu addım atmasına dəstək olmaqdan qürur duyuruq. Layihənin builki nəticələri həqiqətən də çox sevindiricidir, belə ki, 2 nəfər layihə iştirakçısı 650-dən yuxarı, 17 nəfər isə 500-dən yuxarı bal toplayıb. Uğurlu iştirakçılar arasında fiziki imkanları məhdud olan 2 gəncin olması isə bizim üçün xüsusilə sevindiricidir. Ümid edirik ki, onların universitet təhsili də bizim layihədəki kimi uğurlu olacaq.”

Layihənin iki mərhələsinin birlikdə ümumi dəyəri 463,752 AZN (1-ci mərhələ - 61,608 AZN və 2-ci mərhələ - 402,144 AZN) təşkil edir və hər bir mərhələnin müddəti 15 aydır.

Layihənin icraçısı “Legacy CSR Consulting and Management LLC” şirkətidir.

Ötən 25 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2018-ci ilin 1-ci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 2,3 milyon dollar xərcləyiblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bəxtiyar Aslanbəyli BP şirkətində daha da yüksək vəzifəyə təyin edilib

BŞBPİ paytaxt sakinlərinə müraciət edib

BP: D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb

BŞBPİ bir gündə 17 cinayətin üstünü açıb

BŞBPİ tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 16 cinayətin üstü açılıb

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

BŞBPİ: 34 cinayətin üstü açılıb

BŞBPİ: Axtarışda olan 21 nəfər saxlanılıb

BP beynəlxalq miqyasda tanınmış üç dərsliyin Azərbaycan dilində nəşrini təmin edib

Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

BP AzTU tələbələrinə iş təklif edəcək

Pərviz Şahbazov: BP şirkəti enerji sahəsində Azərbaycanın əsas tərəfdaşıdır

BP rəhbəri Bob Dadli istefaya gedir

BŞBPİ-nin mətbuat katibinin ölümlə hədələnməsi faktı ilə bağlı cinayət işi başlanıb 

BP birinci beynəlxalq “Hədəfdə STEM” konfransını dəstəkləyir

BP Nəsiminin 650 illik yubileyi ilə bağlı kitab təqdim edib

BP və tərəfdaşları əlilliyi və xüsusi qayğıya ehtiyacı olan insanlar üçün iki layihəyə başlayıb

BP ƏMSSTQ sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçirəcək

BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

BP ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi sənədini təqdim edib

28 May 2020, 19:27 (GMT +4)
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

28 May 2020, 16:50 (GMT +4)
Nigeriyada terror hücumu nəticəsində azı 60 nəfər həyatını itirib

28 May 2020, 16:43 (GMT +4)
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020, 16:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 63 nəfərin ölümü qeydə alınıb

28 May 2020, 16:11 (GMT +4)
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

28 May 2020, 15:54 (GMT +4)
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

28 May 2020, 15:39 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

28 May 2020, 15:31 (GMT +4)
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

28 May 2020, 15:17 (GMT +4)
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

28 May 2020, 14:58 (GMT +4)
Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

28 May 2020, 14:42 (GMT +4)
Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

28 May 2020, 14:29 (GMT +4)
Qüdsdə əl-Əqsa məscidi iki ay fasilədən sonra bu həftə açılır

28 May 2020, 14:15 (GMT +4)
Göyçayda narkotik bitkilər yetişdirən bərbər tutulub

28 May 2020, 14:01 (GMT +4)
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək

28 May 2020, 13:45 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını edib

28 May 2020, 13:40 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötüb

28 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunub

28 May 2020, 13:06 (GMT +4)
Türkiyədə sərnişin qatarlarının əyalətlərarası hərəkəti bərpa edilib

28 May 2020, 13:01 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanılıb

28 May 2020, 12:45 (GMT +4)
Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanılıb

28 May 2020, 12:23 (GMT +4)
İran Parlamentinin sabiq sədri Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin edilib

28 May 2020, 12:20 (GMT +4)
“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020, 12:00 (GMT +4)
ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edilib

28 May 2020, 11:47 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 May 2020, 11:32 (GMT +4)
ABŞ-ın Minnesota ştatında etirazlar və polislə qarşıdurmalar davam edir (VİDEO)

28 May 2020, 11:31 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28 May 2020, 11:00 (GMT +4)
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

28 May 2020, 10:58 (GMT +4)
Tramp Administrasiyası Səudiyyə ilə yeni silah müqaviləsi imzalamağı planlaşdırır

28 May 2020, 10:45 (GMT +4)
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

28 May 2020, 10:30 (GMT +4)
Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66