Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Səyyad Salahlı: İşğal olunmuş ərazilərdə tarixi abidələrə qarşı vandalizmə son qoyulmasını tələb edirik

28 Avqust 2018, 13:00 (GMT +4)

Bakı, 28 avqust, SalamNews. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanın Ermənistan qoşunları tərəfindən işğal olunmuş Şuşa şəhərində yerləşən “Yuxarı Gövhər ağa” məscidinin tarixi mahiyyətinin Ermənistan hakimiyyəti tərəfindən saxtalaşdırılmasına etirazını bildirib.

SalamNews xəbər verir ki, S.Salahlı qeyd edib ki, artıq 30 ildir Azərbaycan xalqına qarşı davam edən Ermənistan təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi, dini və mədəni abidələrimiz, eləcə də müqəddəs ocaqlarımız və məbədlərimiz olub. Bu gün Ermənistan təcavüzünün qurbanı olan tarixi, dini-mədəni abidələrimizin ümumi sayını müəyyənləşdirmək və onlar barədə tam məlumatı vermək qeyri-mümkündür. Çünki XIX əsrdən etibarən Qarabağa və Qərbi Azərbaycan ərazilərinə köçürülən ermənilər təkcə azərbaycanlıların torpaqlarını ələ keçirməyib, eyni zamanda orada yaşayan soydaşlarımızı yerindən-yurdundan qovub çıxarıb, buradakı maddi-mədəniyyət nümunələrini tarix səhnəsindən məqsədli şəkildə silib yox ediblər.

Azərbaycanın tarixi mədəni irsinə qarşı təcavüz geniş vüsət almaqdadır. Səyyad Salahlı deyib ki, işğal altındakı torpaqlarımızda tərəfimizdən təsbit olunmuş tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır: “Ermənilərin tarixi-dini abidələrimizə qarşı vəhşi davranışı müxtəlif istiqamətlərdə aparılır. Bir çox qədim milli, dini ənənəni özündə ehtiva edən abidələr tamami ilə dağıdılıb. Bu abidələrin erməniləşdirilərək özününküləşdirilməsinə cəhd edilir. İşğal altındakı müsəlman dini kimliyinə aid abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılır, təhqir olunur.

Son illər məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınıb və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olub. Ermənistan təcavüzünə məruz qalmış İslam mədəniyyətinə dair tarixi-dini abidələrdən biri də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərində yerləşən “Yuxarı Gövhər ağa” məscididir. Şuşa şəhərinin işğalı zamanı həmin məscid topa tutulub və minarələri dağıdılıb. 8 may 1992-ci ildən bugünədək məscid dağıdılmış vəziyyətdədir. Ermənilər bununla kifayətlənməyərək bu məscidin farslara aidliyi barədə avantürist addım atmaqdalar. Çox təəssüf ki, bu erməni saxtakarlığına qonşu İranda da dəstək verənlər tapılır. Bu tarixi abidənin də Azərbaycan xalqına aid olmadığı iddiaları ortaya çıxır. Bundan bir neçə il əvvəl İrəvan şəhərindəki 1990-cı ildə ermənilər tərəfindən yandırılmış “Göy Məscid” İran İslam Respulikası tərəfindən təmir edildikdən sonra “Fars məscidi” olaraq qələmə verilir”. Dövlət Komitəsi sədrinin birinci müavini vurğulayıb ki, “Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabagi tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdi. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi. Həmin məscid də minarəsiz, kasıb görünüşə malik idi. Görünür ki, elə məscidin bu görünüşü Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdi. Lakin bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış “Yuхarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa edilmişdi.

Gövhər ağa XIX əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirmişdi ki, bu, indi "Aşağı Gövhər ağa məscidi" adlanır. “2001-ci ildə UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin siyahısına salınan Şuşa tarixi şəhərindəki “Yuxarı Gövhər ağa” məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhə ermənilər tərəfindən sökülüb, əvəzində, erməni dilində “Qədim tarixi abidə,Yuxarı Məscid, 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə asılıb. Əvvəlki Azərbaycan dilində üzərində yazı olan lövhədə qeyd olunmuş “Gövhər ağa” sözləri məqsədli şəkildə yeni asılmış lövhədə qeyd edilməyib” – deyən S.Salahlı bildirib ki, bununla Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazisində yerləşən tarixi-dini abidələrin mahiyyətinin dəyişdirilməsinə, saxta erməni tarixinin yaradılmasına cəhd edir. Bütün dinlərdə məbəd dağıtmağın böyük günah hesab edildiyini diqqətə çatdıran S.Salahlı qeyd edib ki, ermənilər Tanrı məbədini dağıtmaqla xristian ehkamlarını da pozmaqdan çəkinmirlər. İncildə: “Kim Allahın məbədini məhv edirsə, Allah onu məhv edəcək, çünki Allahın məbədi müqəddəsdir...” (İncil, Korinflilərə I məktub, 3/17).

Eyni zamanda Qurani-Kərimdə buyrulur: “Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!” (Qurani-Kərim, Bəqərə, 114). Komitə sədrinin birinci müavini deyib ki, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir: “Əlbəttə, biz beynəlxalq ictimaiyyətin Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bu məsələyə biganə qalmasını mümkünsüz sayırıq. Bir çoxlarına artıq bəllidir ki, işğala məruz qalan ölkə Azərbaycandır.

Münaqişə 30 ildir davam edir, ərazisinin 20 faizi işğal altındadır, bir milyondan çox Azərbaycan vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətindədir. Belə bir vəziyyətdə beynəlxalq ictimaiyyətin işğalçı Ermənistan hakimiyyətinin tarixi saxtalaşdırmaq əməllərinin qarşısının alınmasında ədalətli mövqe nümayiş etdirəcəyinə inanır, “Yuxarı Gövhər ağa” məscidinin tarixi əhəmiyyətini göstərən yazı və lövhələrin sökülərək erməni dilində yazı və lövhə ilə əvəzlənməsinin dərhal dayandırılmasını, Şuşa və Dağlıq Qarabağın digər yerlərində Azərbaycanın tarixi abidələrinə qarşı vandalizmə son qoyulmasını tələb edirik”, - deyə sonda Səyyad Salahlı bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 18 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputat Qüdrət Həsənquliyevin müraciətinə cavab verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 550-dən artıq tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin sayı limiti artırılıb

Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66