Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Zaur Əliyev Caspian European Club-un biznes-forumunda iştirak edəcək

10 Avqust 2018, 17:18 (GMT +4)

Bakı, 10 avqust, SalamNews29 avqust 2018-ci il tarixdə Caspain European Club çərçivəsində Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Sədri Zaur Əliyevin iştirakı ilə biznes-forum keçiriləcək. SalamNews xəbər verir ki, bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, Caspian European Club-un sahə klubların iclasları çərçivəsində irəli sürülmüş təkliflərin müzakirəsi nəticəsində təşəbbüs göstərilmiş bu görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişi ilə təşkil olunub.

O, biznes-forumda Klub şirkətlərinin rəhbərlərinin icbari tibbi sığorta sahəsi ilə bağlı  təşəbbüs və təkliflərinin müzakirə olunacağını əlavə edib. Telman Əliyev qeyd edib ki, forum çərçivəsində biznesmenlərə həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

“Öz növbəmdə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyi və Zaur Əliyev biznes-hakimiyyət dialoqunda fəal iştirak edir və şirkətlərin müraciət etdikləri bütün xahiş, problem və təkliflərə operativ reaksiya göstərirlər. Ümid edirəm ki, əməkdaşlıq bu formatda gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev çıxışına yekun vurub.

Biznes-forumda Caspian European Club-un saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/registration/item/340-business-forum-29-08-2018 linki üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəa iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar. Caspian European Club-un  Sdəri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 Dekabr 2020, 21:05 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

02 Dekabr 2020, 17:58 (GMT +4)
Azərbaycanda daha bir özəlləşdirmə hərracı keçirilib

02 Dekabr 2020, 17:51 (GMT +4)
Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb

02 Dekabr 2020, 17:44 (GMT +4)
AIIB-in Azərbaycan üzrə alternativ direktoru dəyişib

02 Dekabr 2020, 17:39 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtının beynəlxalq hava limanına aviazərbələr endirib

02 Dekabr 2020, 17:38 (GMT +4)
Qubada qanunsuz fəaliyyət göstərən çayxanada 28 nəfər cərimələnib

02 Dekabr 2020, 17:30 (GMT +4)
Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib

02 Dekabr 2020, 17:21 (GMT +4)
Peşə təhsilinin populyarlaşdırılması ilə bağlı layihəyə yekun vurulub

02 Dekabr 2020, 17:15 (GMT +4)
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub

02 Dekabr 2020, 17:11 (GMT +4)
Hulusi Akar: “Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı əməkdaşlığımız davam edir”

02 Dekabr 2020, 17:08 (GMT +4)
Ağdaş, Bərdə və Ağdamdan olan COVID-19 xəstələri Mingəçevirdə saxlanılıblar 

02 Dekabr 2020, 16:59 (GMT +4)
Biləsuvarda sexdən 1 790 manatlıq avadanlıq oğurlayan şəxs tutulub

02 Dekabr 2020, 16:54 (GMT +4)
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və atəşkəs bəyanatı barədə danışılıb

02 Dekabr 2020, 16:50 (GMT +4)
İranın nüvə aliminə qarşı terroru törədənlərin bir neçəsinin kimliyi müəyyənləşib

02 Dekabr 2020, 16:43 (GMT +4)
"Qızılağac" Milli Parkında qanunsuz balıq ovlayan şəxs tutulub

02 Dekabr 2020, 16:30 (GMT +4)
Goranboyda yanğın olub, ölən və yaralanan var

02 Dekabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlanıb

02 Dekabr 2020, 16:10 (GMT +4)
BMU-nun təşkilatçılığı ilə beynəlxalq proqramlaşdırma müsabiqəsi keçirilib

02 Dekabr 2020, 15:53 (GMT +4)
Hulusi Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır”

02 Dekabr 2020, 15:41 (GMT +4)
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

02 Dekabr 2020, 15:20 (GMT +4)
TƏBİB: Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər

02 Dekabr 2020, 15:14 (GMT +4)
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 15:05 (GMT +4)
Azərbaycanda pul bazası noyabrda da azalıb

02 Dekabr 2020, 14:45 (GMT +4)
Laçının Qarıqışlaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 14:38 (GMT +4)
TƏBİB evdə müalicə olunan koronaviruslu xəstələrə xəbərdarlıq edib

02 Dekabr 2020, 14:37 (GMT +4)
“Qarabağ” ordeninin statutu müəyyənləşib

02 Dekabr 2020, 14:28 (GMT +4)
MOSSAD: Türkiyə, İrandan daha təhlükəlidir

02 Dekabr 2020, 14:12 (GMT +4)
Azərbaycanda daha 3 942 nəfər COVID-19-a yoluxub, 37 nəfər vəfat edib

02 Dekabr 2020, 14:05 (GMT +4)
Hindistan Co Bayden dövründə İrandan neft idxalını bərpa etmək istədiyini bildirib

02 Dekabr 2020, 13:58 (GMT +4)
Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66