Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

LOQOS: Etdiyimiz hər bir işin arxasında insan sağlamlığı durur

08 Avqust 2018, 09:57 (GMT +4)

Bakı, 8 avqust, SalamNews, K.Orxan. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi Azərbaycan mediasında ilk dəfə olaraq jurnalistlər üçün psixoloji maarifləndirmə mövzusunda təlim təşkil etdi. Təlimin keçirilməsindən əsas məqsəd jurnalistlərin psixoloji biliklərini daha artırmaq, onlara bu sahədə yardımçı olmaq olub.

LOQOS-un təşəbbüsü, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə baş tutan təlimlər jurnalistlər arasında geniş marağa səbəb oldu. 

Əvvəla ona görə, təlimdə iştirak edən media nümayəndələri ilk dəfə idillər ki, Azərbaycanın tanınmış psixoloqları qarşısında əyləşərək bu sahənin əsas özəlliklərini öyrəndilər. Təlim zamanı jurnalislərə insan psixologiyası haqqda maraqlı faktlar, medianın bu sahəyə hansı formada yanaşmasını, məlumat hazırlayarkən diqqətin hansı məqamlara çəkilməsini, neqativ və pozitin məlumatları ictimaiyyətə çatdırılmasının düzgün yolları barədə bu sahənin mütəxəsisləri ətraflı məlumat verdilər.

Qeyd olundu ki, psixologiyanın maraqlandığı əsas obyekt insan olduğuna görə ümumi psixologiya birinci növbədə insanın şəxsiyyəti, fəaliyyəti, ünsiyyəti idrak prosesləri ilə, münasibətlər sistemi (hissləri) və iradi fəaliyyəti, iradi tənzimi ilə baglı məsələlərin araşdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də eksperimental planda öyrənir. Psixologiya cəmiyyətin tarixi və mədəniyyəti ilə sıx bağlıdır.

Təlim zamanı bir məqama xüsusi toxunuldu. Bildirildi ki, bu gün medianın işıqlandırdığı  bir çox neqativ məlumatlar, intiharlar, ailə daxili münaqişələr, qətllər, cəmiyyətdə insan psixologiyasına çox mənfi təsir edir. Mediada bu kimi məlumatların tez-tez verilməsi insanların sanki gözündə adiləşir. Getdikcə cəmiyyət bu neqativ məlumatları gündəlik həyat tərzi kimi qəbul edirlər. Bu səbəbdən jurnalistlər müxtəlif mövzularda yazılar hazırlayarkən bir sıra məqamlara xüsusi diqqət yetirməlidirlər.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi bu sahədə jurnalislərə hər tərəfli köməklik göstərməyə hazır olduğunu bəyan etdi. "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova jurnalistlərlə söhbətində mediada psixoloji maarifləndirmə işini birgə aparılmasının, mütəxəsislərlə birgə çalışmağın tərəfdarı olduğunu söylədi. 

Təlimdən gəldiyim nəticə

Əgər biz sağlam cəmiyyət qurmaq istəyiriksə ilk növbədə özümüzdən, ailədən başlamalıyıq. Əgər cəmiyyətdə sağlam fikir formalaşdırmaq istəyiriksə hazırladığımız informasiyalarda daha həssas və diqqətli olmalıyıq. Gələcəyimizi inkişaf etdirmək istəyiriksə, həyat tərzimizi düzgün qurmalıyıq. Çünki sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Yəni ailə cəmiyyətin təməl daşıdır. Onun özülü nə qədər möhkəmdirsə, cəmiyyət də bir o qədər güclü və sağlamdır. Əgər ailədə tez-tez problemlər yaşanarsa, ailə ənənələrinin zəif olmasına , həmçinin bir sıra sosial-psixoloji fəsadların yaranmasına gətirib çıxardar.

Odur ki, ailə quran şəxslər ilk növbədə öz psixoloji uyğunlaşmalarının qayğısına qalmalıdırlar. Təlim zamanı qeyd olundu ki, psixoloqlar ailəni insanın düzgün, doğru tərbiyəsi üçün ən dəyərli məktəblərdən hesab edirlər. Kiçik cəmiyyət adlanan, əslində isə cəmiyyətin önəmli sütunlarından sayılan ailəni qorumaq üçün son dərəcədə diqqətli, dözümlü, məsuliyyətli, elmli, alicənab, ağıllı və ən əsası səbirli olmağımız vacibdir. 

Müqəddəs İslam dini də bizlərə  hər zaman anlayışlı olmağa səsləyib. Din bizə buyurur ki, ailədəki mehribançılıq, şirinlik və ləzzət məhz anlaşma sayəsində yaranır. Əgər iki şəxs arasında anlaşma olarsa, burada nəzm və nizamın möhkəmliyinə şübhə ola bilməz. Ailədə xoşagəlməzliklərin yaranmaması üçün bağışlamağı bacarın. Ailənizlə bağlı mövzuları tək deyil, birlikdə müzakirə edin və qərar verərkən mütləq yoldaşınızın da qərarına önəm verin. Həzrəti Əli (ə) bağışlamaq haqqında belə buyurub: "Qüdrət sahibi olduğunuz zaman əfv edin. Çünki Allahın sizə verdiyi qüdrətin şükrü əfv etməkdir". Əfv etməyi bacarmaq insanın böyüklüyünə dəlalət edir.

Məhz "LOQOS"-un bu sahədə atdığı addımlar, gördüyü işlər yüksək qiymətləndirilməlidir. LOQOS-un rəhbəri Təranə xanım öz müsahibəsində kollektivi ilə görüdüyü  hər bir işin arxasında insan sağlamlığının durmasının əsas hədəf kimi götürüldüyünü bildirib. Onun sözlərinə görə, "LOQOS" yarandığı gündən bu vaxta qədər dövlətdən heç bir təzminat, yardım almayıb. "LOQOS" bu 5 ildə nə edibsə öz gücü ilə edib. Hazırda da respublikanın müxtəlif bölgələrində 10  filiallı ilə fəaliyyət göstərən LOQOS fəaliyyətini uğurla davam etdirir.

T.Məmmədova qeyd edib ki, “Loqos” adı altında möhkəm və sarsılmaz bir kollektiv var. İstinad nöqtələrimizin harada olmasının fərqi yoxdur. Hər yerdə ilk işimiz öncə bizə kömək üçün əl uzadanların rahatlığını təmin etməkdir. Həm paytaxtda, həm də rayonlardakı filiallarımız bir neçə mərtəbəli, təmirli, hər cür avadanlıqla təchiz olunan müasir tipli binalarda yerləşir. Foyelərdə qəbula gələnlərin rahatlığı üçün yüksək şərait var. Qəbul şöbəsində çalışan xanımlar müraciət edən hər kəsə xüsusi həssaslıqla yanaşır, sorğuları cavablandırır, onları uyğun istiqamətə yönləndirirlər. Mərkəzin bütün filiallarında müalicəvi idman və masaj otaqları var. Baxmayaraq ki, LOQOS kollekti böyük əksəriyyəti gənclərdir, amma onların hər biri öz işinin ustasıdır. Əsas məram psixoloji maarifləndirmənin əhatə dairəsini genişləndirmək, vətəndaş cəmiyyətinin inkişafına kömək göstərməkdir.

Bundan başqa növbət illərdə də digər regionlarda filialların açılması onu bir daha göstərir ki, LOQOS-un əsas hədəfi insan sağlamlığı, insana verilən böyük dəyərdir. 

Təranə xanım müsahibəsində onun 3 övladı olamsını bildirmişdi. Lakin mən deyərdirdim onun 3 yox, 4 övladı var. LOQOS onun mənəvi olaraq dördüncü kiçik övladıdır. Mənim müşahidələrim göstərdi ki, Təranə xanım öz kollektivi ilə işə o qədər ciddi yanaşmağı, hər kəsin problemini dinləməyə hazır olduğunu, sağlam cəmiyyət qurmaq üçün, insanları maarifləndirmək üçün və s gördüyü işlər LOQOS-un bundan sonra da daha da uca zirvələri fəth edəcəyini istisna etmir. Biz media nümayəndələri bu təşəbbüsü yüksək qiymətləndiririk.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gələcəyin dənizçiləri ASCO-nun loqosunu canlandırıblar

FİFA 2022-də Qətərdə keçiriləcək mundialın loqosunu təqdim edib (VİDEO)

“Elm” nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib

“Loqos” 5 yaşını qeyd edir

“Loqos”da “Xocalı Şikəstəsi” romanının təqdimatı keçirilib

“Loqos” ənənəvi layihəsinə yenidən start verir

“Loqos” regionlarla bağlı layihəsini uğurla yekunlaşdırıb

“Loqos” növbəti uğurunu təqdimat edib

SalamNews-un əməkdaşı LOQOS tərəfindən mükafatlandırılıb

“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib

LOQOS-da “Nəsillərə örnək ömür” adlı tədbir keçirilib

“Loqos” Psixoloji maarifləndirilmə sahəsində daha yeni bir fəaliyyətə imza atıb (FOTO)

“Loqos”la əməkdaşlıq etmək istəyirik - Mənəvi Dəyərlərin Təbliği Fondu

Təranə Məmmədova: “Loqos” həyatımın ayrılmaz hissəsidir (MÜSAHİBƏ)

Mənəvi Dəyərlərin Təbliği Fondunun loqosu müəyyənləşib

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi Bilik Fondunun qonağı olub

Gürcüstandan “Loqos”a dəvət edilən iştirakçılarla görüş keçirilib

PXTİB və “Loqos” Mətbuat gününü qeyd edib (FOTOLENT)

"Loqos" rəhbərliyi ilə Türkiyə Üsküdar Universitetinin rektoru arasında görüş keçirilib (FOTOLENT)

“Loqos“ Psixoloji və Nitq İnkişaf Mərkəzi Qubaya səfər edib (FOTOLENT)

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Ərdoğan

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

10 Dekabr 2019, 15:53 (GMT +4)
Parisdə yeni etiraz aksiyası dalğası gözlənilir

10 Dekabr 2019, 15:42 (GMT +4)
Keniyada milli parkdan qaçan aslan brakonyeri öldürüb

10 Dekabr 2019, 15:37 (GMT +4)
 “Qala Sığorta” növbəti dəfə iri həcmli ödəniş həyata keçirib

10 Dekabr 2019, 15:30 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın daha bir PUA-sını vurduqlarını elan ediblər

10 Dekabr 2019, 15:29 (GMT +4)
“Caspian European Club” “CEO Lunch Almaty” təşkil edib

10 Dekabr 2019, 15:26 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

10 Dekabr 2019, 15:25 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

10 Dekabr 2019, 15:20 (GMT +4)
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub 

10 Dekabr 2019, 15:16 (GMT +4)
KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

10 Dekabr 2019, 15:02 (GMT +4)
Çex Respublikasında xəstəxanaya hücum edən şəxs intihar edib 

10 Dekabr 2019, 14:47 (GMT +4)
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10 Dekabr 2019, 14:44 (GMT +4)
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66