Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Sumqayıtda

06 Avqust 2018, 11:34 (GMT +4)
Bakı, 6 avqust, SalamNews. Mədəniyyət Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihəsi - “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı sona yaxınlaşmaqdadır. “100 illik tariximiz” devizi altında təşkil olunan festivala növbə ilə nazirliyin regional idarələri ev sahibliyi edir. Eyni zamanda, festivalın tədbirlərində nazirliyin 15 regional idarəsinin hər biri öz guşə-çadırı ilə təmsil olunur. Layihənin əsas məqsədi xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.

Nazirlikdən SalamNews-a bildiriblər ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı avqustun 4-də Sumqayıt şəhəri (Sumqayıt Regional Mədəniyyət İdarəsi) oldu. Şəhər sakinlərinin və qonaqların böyük coşqu ilə qarşıladığı festival maraqlı anlarla yadda qaldı. Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində keçirilən tədbirdə yerli sakinlər, mədəniyyət işçiləri, respublikamızın bölgələrindən gələn qonaqlar əsl mədəniyyət bayramının şahidi oldular.

Bulvar ərazisində Mədəniyyət Nazirliyinin regional idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirildi.

Qonaqlar əvvəlcə 15 regional mədəniyyət idarəsinin təşkil etdiyi sərgi ilə tanış oldular. Bölgələrimizin mədəni zənginliyi, incəsənət nümunələri festivala gələnlər tərəfindən böyük maraqla qarşılandı.

Regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qaldı. Folklor qruplarının, bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər şəhər sakinlərində və qonaqlarda xoş ovqat yaratdı.

 

Mərasimdə iştirak edənlər bölgələrin mədəni irsinin təbliği baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdilər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov bildirdi ki, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ölkəmizin bütün regionlarını əhatə edən bir mədəniyyət hadisəsinə çevrilib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş bu festival artıq bir aydan çoxdur ki, davam edir. Festival bu gün də Sumqayıt şəhərinin qonağıdır. Burada ölkəmizin 15 regional mədəniyyət idarəsinə daxil olan rayonlar öz mədəni potensialını nümayiş etdirir. Bu, olduqca vacib mədəniyyət hadisəsidir”.

İdarə rəisi festivalın təşkil olunmasından danışaraq vurğuladı ki, bu layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə yanaşı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə də təkan verəcək.

Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Validə Nabatova təşkil olunan sərgidə bölgənin fəal iştirak etdiyini bildirdi: “Mədəniyyət Nazirliyi bölgələrdə mədəniyyətin inkişafı üçün müxtəlif layihələr, tədbirlər keçirir. “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının da bu baxımdan önəmi böyükdür. Bir aydan çoxdur ki, festival keçirilir və biz də bu tədbirin fəal iştirakçısıyıq. Burada regionumuzu əhatə edən rayonlarda hazırlanan müxtəlif sənət nümunələri, sənətkarların əl işləri nümayiş olunur. Tədbirə gələn yerli sakinlər, şəhərin qonaqları da sənətkarlıq nümunələri, əl işləri ilə maraqlanırlar. Nümayiş olunan əl işlərindən alanlar da olur”.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ülviyyə İsayeva nümayiş etdirdikləri sənətkarlıq nümunələri haqqında məlumat verdi: “Bu festivalda bizim region da geniş şəkildə təmsil olunur. Burada müxtəlif əl işləri, sənətkarlıq nümunələri, təsviri sənət əsərləri sərgilənir. Festivala maraq böyükdür. İnanırıq ki, belə tədbirlər gələcəkdə də davamlı olacaq”.

Festivala qatılan Sumqayıt şəhər sakinləri də tədbiri maraqla izləyirdilər. Şəhər sakini Akif Hüseynəliyev deyir ki, festivalda ölkəmizin bütün rayonlarının iştirakı, onların nümayiş etdirdikləri sənətkarlıq nümunələri, eyni zamanda, musiqi qruplarının çıxışı onda xoş təəssürat oyadıb. Belə festivalların davamlı olaraq keçirilməsini arzulayan şəhər sakini tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, iyunun 25-də Masallı şəhərində (Masallı Regional Mədəniyyət İdarəsi) başlanan festival yekunlaşmaq üzrədir. Festival Lənkəran, Salyan, Sabirabad, Füzuli rayonunun Horadiz şəhəri, Ağdamın Quzanlı qəsəbəsi, Göyçay, Mingəçevir, Göygöl, Naftalan, Oğuz, İsmayıllı və Qusarda da keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

31 May 2020, 19:52 (GMT +4)
ABŞ-ın İndianapolis şəhərində etirazlar və toqquşmalarda 4 nəfər güllə yarasından ölüb

31 May 2020, 19:42 (GMT +4)
Corc Floydun qətli ilə bağlı Londonda etiraz aksiyası keçirilib

31 May 2020, 19:40 (GMT +4)
ABŞ-ın Almaniyadakı səfirliyinin qarşısında aksiya keçirilib

31 May 2020, 17:43 (GMT +4)
ABŞ-ın daha 15 şəhərində komendant saatı tətbiq edilib (VİDEO)

31 May 2020, 17:26 (GMT +4)
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

31 May 2020, 17:25 (GMT +4)
Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik edib

31 May 2020, 17:17 (GMT +4)
Azərbaycanda gələn aya gözlənilən hava proqnozu açıqlanıb

31 May 2020, 17:12 (GMT +4)
Qüdsdə əl-Əqsa və Mədinədə Peyğəmbər məscidi iki aydan sonra yenidən açılıb (VİDEO)

31 May 2020, 17:11 (GMT +4)
Operativ Qərargah: İndiyədək 5494 nəfər koronavirusa yoluxub

31 May 2020, 17:08 (GMT +4)
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66