Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

20 İyul 2018, 12:50 (GMT +4)

Bakı, 20 iyul, SalamNews. İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

KİVDF-dən SalamNews-a bildiriblər ki, iclası açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, gündəliyə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi, Fondun 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi və təsdiqi, cari məsələlər daxildir.

Gündəlikdəki birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. O, ölkə başçısının 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd edib.

Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, Əvəz Rüstəmov və Rasim Həsənov dövlət başçısının son Sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini bildiriblər.

Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 26 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Fondun icraçı direktoru 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib. Yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini deyən Vüqar Səfərli ümumilikdə 112 nəfər jurnalistin mükafatlandırılacağını diqqətə çatdırıb. O bildirib ki, müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat nəzərdə tutulub.

Sonra müsabiqənin ekspertlər tərəfindən müəyyənləşdirilmiş yekun nəticələri Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edilib. Şura üzvlərindən Ramiz Əskər, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov keçirilmiş müsabiqənin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin yekun nəticələri səsə qoyularaq yekdilliklə təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Dekabr 2019, 13:54 (GMT +4)
Azərbaycanda Fəal Yaşlanma İndeksi hazırlanır

10 Dekabr 2019, 13:35 (GMT +4)
Venesuela öz rəsmilərinə qarşı yeni ABŞ sanksiyalarını qınayıb

10 Dekabr 2019, 13:34 (GMT +4)
Moskvanın keçmiş meri Yuri Lujkov vəfat edib

10 Dekabr 2019, 13:26 (GMT +4)
ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

10 Dekabr 2019, 13:06 (GMT +4)
FHN ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb

10 Dekabr 2019, 13:03 (GMT +4)
Türkiyə Rusiya və ABŞ ilə əməkdaşlığın nəticələrindən narazıdır

10 Dekabr 2019, 12:53 (GMT +4)
Rusiyalı bir qrup iş adamı Azərbaycanda işgüzar səfərdə olub

10 Dekabr 2019, 12:38 (GMT +4)
Putin WADA-nın Rusiya ilə bağlı qərarını şərh edib

10 Dekabr 2019, 12:24 (GMT +4)
İraqda İŞİD-ə qarşı zəfərin ildönümü qeyd edilir

10 Dekabr 2019, 12:24 (GMT +4)
Nur-Sultanda Suriya ilə bağlı danışıqlar başlayır

10 Dekabr 2019, 12:22 (GMT +4)
Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

10 Dekabr 2019, 12:08 (GMT +4)
Xalq artisti Yalçın Əfəndiyev vəfat edib

10 Dekabr 2019, 11:59 (GMT +4)
Qətərin əmiri körfəz ərəb dövlətlərinin zirvə toplantısına qatılmayıb

10 Dekabr 2019, 11:49 (GMT +4)
AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb

10 Dekabr 2019, 11:40 (GMT +4)
“S-400” sistemindən imtina etməyəcəyik, o səhifə bağlandı - Ərdoğan

10 Dekabr 2019, 11:38 (GMT +4)
“EuroHome”dakı yanğınla bağlı hadisə yerinə 4 həkim briqadası göndərilib

10 Dekabr 2019, 11:35 (GMT +4)
Qusarda Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi keçirilib (FOTOLAR)

10 Dekabr 2019, 11:32 (GMT +4)
Mahmud Abbas İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı xəbərdarlıq edib

10 Dekabr 2019, 11:11 (GMT +4)
Səhiyyə Nazirliyi “EuroHome”-da baş verən yanğınla bağlı əlavə məlumat yayıb

10 Dekabr 2019, 11:06 (GMT +4)
Körfəz ərəb ölkələrinin dövlət başçıları bu gün Səudiyyədə bir araya gələcəklər

10 Dekabr 2019, 11:04 (GMT +4)
Bakı bazarındakı yanğının söndürülməsi üçün FHN helikopterləri və Be-200 amfibiya təyyarələri cəlb edilib 

10 Dekabr 2019, 11:02 (GMT +4)
Çili Hava Qüvvələrinə məxsus təyyarə Antarktidaya gedən radarlardan itib

10 Dekabr 2019, 10:48 (GMT +4)
Bu il “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

10 Dekabr 2019, 10:45 (GMT +4)
Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək - Çavuşoğlu

10 Dekabr 2019, 10:16 (GMT +4)
Twitter Suriya prezidenti Bəşər Əsədin səhifəsini bağlayıb

10 Dekabr 2019, 10:12 (GMT +4)
Zelenski Krım və Donbassla mövzusunda güzəştə getməyi qeyri-mümkün adlandırıb 

10 Dekabr 2019, 09:52 (GMT +4)
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı keçiriləcək

10 Dekabr 2019, 09:52 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

10 Dekabr 2019, 09:44 (GMT +4)
Türkiyə Əfqanıstanın təhlükəsizliyinə önəmli töhfə verib- Əfqanıstan prezidenti

10 Dekabr 2019, 09:35 (GMT +4)
İraq 3 Avropa dövləti və Kanadaya etirazını bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66