Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Vəkillər Kollegiyası üzvlərinin sayı 1500-ü ötüb

19 İyul 2018, 18:02 (GMT +4)

Bakı, 19 iyul, SalamNewsİyulun 19-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

SalamNews-un məlumatına görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatın rolunun ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti vardır. Anar Bağırov tədbir iştirakçılarına Vəkillər Kollegiyasının cari fəaliyyəti barədə məlumat verib, xüsusilə vəkilliyə qəbul üzrə keçirilmiş ixtisas imtahanları və bu imtahanlar nəticəsində Vəkillər Kollegiyası üzvlərinin sayının 1500-ü ötdüyünü bildirib.

Tədbirdə vəkillərin peşə bayramı gününün təsis olunması ilə bağlı məsələ Vəkillər Kollegiyası Rəyasət Heyətinin müzakirəsinə çıxarılıb. Rəyasət Heyətinin sədri bu məsələnin vəkillik təsisatı üçün böyük əhəmiyyət daşıdığını, bu səbəbdən digər peşə sahibləri kimi vəkillərin peşə bayramı gününün təsis olunmasının zəruri olduğunu, bununla əlaqədar Rəyasət Heyəti tərəfindən müvafiq komissiya yaradıldığını və bu komissiya çoxsaylı arxiv sənədləri üzərində apardığı araşdırma və təhlil nəticəsində 30 iyul 1919-cu il tarixinin Azərbaycan Xalq Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılma tarixi olmasını əsas götürərək həmin tarixin Azərbaycan Respublikası vəkilliyinin peşə bayramı günü kimi qeyd edilməsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təklif edib.

Sonra vəkillərin peşə bayramı gününün hər il 30 iyul tarixində qeyd edilməsi ilə bağlı təklif Rəyasət Heyəti üzvlərinin müzakirəsinə təqdim edilib və qərar yekdilliklə qəbul olunub.

Daha sonra peşəyə buraxılan 266 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada and içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib. Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 1500-ü ötüb.

Sonra tədbirdə Azərbaycan Respublikası Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək son aylar ərzində vəkillik sahəsində gözəçarpan islahatların aparıldığını, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının xüsusi əhəmiyyəti olduğunu, o cümlədən gələcəkdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Milli Məclis tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı tədbirlərin nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev çıxış edib və vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına ölkə rəhbərliyi tərəfindən dəstək verildiyini, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının bunun bariz nümunəsi olduğunu, həyata keçirilən tədbirlər nəticəsində ictimai həyatda, o cümlədən məhkəmə-hüquq sistemi, dövlət quruculuğu sahəsində vəkillərin rolunun və fəaliyyətinin genişləndiyini qeyd edib.

Tədbirdə KPMG şirkətinin direktoru Fərid İsayev “Hüquq sahəsində qlobal trendlər” mövzusunda çıxış edib, o, süni intellekt və hüquq təmayüllü startaplar, hüquqi mübahisələrin artım dinamikası, eləcə də əqli mülkiyyət və fərdi məlumatlar barədə tədbir iştirakçılarına məlumat verib.

Bundan başqa, hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov “Cinayət mühakimə icraatında vəkil araşdırması” mövzusunda çıxış edərək müəllifi olduğu eyni adlı monoqrafiyanın işıq üzü görməsində göstərilən dəstəyə və vəsaitin Vəkillər Kollegiyası üzvlərinin istifadəsi üçün tövsiyə olunması ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə öz dərin minnətdarlığını bildirib.

Tədbirdə, həmçinin Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov tərəfindən Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yaradılmış “elektron vəkil kabineti” barədə təqdim edilib, ondan istifadə qaydaları, üstünlükləri və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

28 Mart 2020, 15:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

28 Mart 2020, 15:36 (GMT +4)
Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

28 Mart 2020, 15:29 (GMT +4)
ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

28 Mart 2020, 15:16 (GMT +4)
SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

28 Mart 2020, 15:02 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

28 Mart 2020, 14:58 (GMT +4)
Sabah Bakıda 17 dərəcə isti gözlənilir

28 Mart 2020, 14:45 (GMT +4)
Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

28 Mart 2020, 14:38 (GMT +4)
AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

28 Mart 2020, 14:32 (GMT +4)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək

28 Mart 2020, 14:27 (GMT +4)
Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

28 Mart 2020, 14:26 (GMT +4)
İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

28 Mart 2020, 14:21 (GMT +4)
BP: D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb

28 Mart 2020, 14:15 (GMT +4)
AZAL Polşanın “LOT” aviaşirkətinin Azərbaycana çarter reysi ilə bağlı məlumatlara aydınlıq gətirib

28 Mart 2020, 14:09 (GMT +4)
Qubada ağac kəsilməsi ilə bağlı rəsmi açıqlama verilib

28 Mart 2020, 13:55 (GMT +4)
Rusiyada koronavirus şübhəsi ilə 166 min nəfər nəzarət altında saxlanılır

28 Mart 2020, 13:40 (GMT +4)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb

28 Mart 2020, 13:33 (GMT +4)
İran koronavirusla mübarizə məqsədilə ölkə büdcəsinin 20 faizi miqdarında pul ayırıb

28 Mart 2020, 13:20 (GMT +4)
ABŞ-da koronavirusa yoluxmuşların sayı 100 mini keçib

28 Mart 2020, 13:13 (GMT +4)
Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif edib

28 Mart 2020, 13:02 (GMT +4)
"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66