Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ANAMA-nın yaradılmasının 20 illik yubileyi qeyd edilib

19 İyul 2018, 12:40 (GMT +4)

Bakı, 19 iyul, SalamNewsİyulun 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə silah-sursat maketlərinin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaranmasının 20 illik yubileyi münasibətilə dövlətimizin başçısı İlham Əliyevin təbriklərini çatdırıb.

Agentliyin uğurlu fəaliyyətindən danışan Fuad Ələsgərov bildirib ki, ANAMA 1998-ci il iyulun 18-də ümummilli lider Heydər Əliyevin Fərmanı əsasında yaradılıb. Belə ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərgin danışıqların getdiyi bir dövrdə ümummilli lider Heydər Əliyev işğaldan azad olunacaq torpaqlarımıza geri qayıdacaq məcburi köçkünlərin təhlükəsizliyini düşünür və bu istiqamətdə tədbirlər görürdü. Fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısında qoyulmuş tapşırıqları uğurla yerinə yetirib və öz sıralarına peşəkar kadrlar cəlb edib, maddi-texniki bazasını müasir standartlar səviyyəsinə yüksəldib.

Prezidentin köməkçisi vurğulayıb ki, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı müvafiq sərəncamlarına uyğun olaraq, qısa müddətdə 3,5 milyon kvadratmetrdən çox ərazi minalardan təmizlənib. ANAMA fəaliyyətə başladığı dövrdən bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub, qarşılıqlı təcrübə mübadiləsi aparıb. Agentliyin yalnız Azərbaycanda deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun əməkdaşlarının yüksək peşəkarlığının göstəricisidir.

Minalardan təmizləmə peşəsinin sahibləri əksər hallarda öz həyat və sağlamlıqlarını təhlükə altına ataraq şərəfli və humanist vəzifələrini icra edirlər. Onların fəaliyyətinə ölkə rəhbərliyi tərəfindən də xüsusi diqqət yetirilir, Agentliyin maddi-texniki təchizatı daim gücləndirilir, onun əməkdaşları dövlət mükafatları ilə təltif olunurlar.

“Azərbaycan Prezidenti İlham Əliyev ANAMA ilə səmərəli əməkdaşıq qurmuş xarici tərəfdaşların, donor ölkə və təşkilatların fəaliyyətini yüksək qiymətləndirir və əmin olduğunu bildirir ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcək”, - deyə Fuad Ələsgərov xüsusi vurğulayıb.

Agentliyin direktoru Qəzənfər Əhmədov tədbirdə çıxış edərək qurumun tarixindən danışaraq ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə ANAMA-nın yaradılmasının Azərbaycanda mina və partlamamış hərbi sursat probleminin həlli istiqamətində mühüm addım olduğunu bildirib. Diqqətə çatdırıb ki, Agentliyin təsis edilməsi piyadalar əleyhinə minaların qadağan olunması haqqında qlobal kampaniyanın - Ottava Konvensiyasının başlanması ilə üst-üstə düşüb. Bu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinə və dünyada gedən proseslərə strateji yanaşmasının bariz sübutudur.

Qeyd edilib ki, Agentliyin iş tempinin dayanıqlı olması, mina təhlükəsi ilə mübarızə proqramının inkişafı və səmərəli işləməsi üçün şəraitin yaradılması Prezident İlham Əliyevin bu sahəyə daimi diqqət və qayğısı sayəsində mümkün olub. ANAMA-nın direktoru bu qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün ANAMA bu illər ərzində beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olub. Hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə - minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın mina təhlükəsinə dair maarifləndirmə və minadan zərərçəkənlərə yardım sahələrində də təcrübəsi var və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.

Qəzənfər Əhmədov Agentliyin yaradılmasının 20 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla qurumun 20 əməkdaşının müxtəlif orden və medallarla təltif edilməsini kollektivə göstərilən yüksək diqqət və qayğı ilə yanaşı, böyük etimad olduğunu vurğulayıb. O, yüksək diqqət və qayğıya görə ANAMA-nın kollektivi adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.

Diqqətə çatdırılıb ki, Agentlik respublikanın sərhədboyu cəbhəxətti ərazilərində, eyni zamanda, keçmiş Sovet ordusuna məxsus hərbi poliqonların, anbarların ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarını yerinə yetirir. Agentliyin 20 illik fəaliyyəti dövründə 529 milyon 314 min 780 kvadratmetr ərazi təmizlənib, 796 min 972 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Agentliyin direktoru bildirib ki, BMT-nin İnkişaf Proqramı ilə fəal əməkdaşlıq edən qurum müxtəlif layihələr həyata keçirir. ANAMA-nın həyata keçirdiyi mina təhlükəsizliyinə dair maarifləndirmə proqramının müsbət nəticəsi olaraq əvvəlki illərə nisbətən əhali arasında mina və partlamamış hərbi sursatlardan yaralanma, xəsarət alma sayı sıfıra enib. Bu il ABŞ-ın Marşal İrsi İnstitutunun Agentliyə verdiyi minaaxtaran itlərdən biri dünyada minaaxtaran itlər arasında keçirilmiş tədqiqata əsasən həmin təşkilat tərəfindən birinciliyə layiq görülüb.

Qeyd edilib ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində sərhədyanı və cəbhəboyu rayonların ərazilərində ANAMA tərəfindən hərbi sursatların təmizlənməsi əməliyyatları aparılıb və 2 milyon 757 min 495 kvadratmetr ərazi yoxlanılıb, 268 müxtəlif növ mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA bir sıra beynəlxalq layihələrdə, xüsusilə Türkiyədə müxtəlif illərdə aparılan təmizləmə əməliyyatlarında da yaxından iştirak edib.

Q.Əhmədov deyib ki, Agentlik Azərbaycan Hökuməti və NATO-nun birgə layihələri çərçivəsində Ağstafa rayonunda partlamamış hərbi sursatların təmizlənməsi və zərərsizləşdirilməsi üzrə əməliyyatlar aparır. Bundan başqa, Azərbaycan Prezidentinin tapşırığına əsasən, ANAMA tərəfindən Əfqanıstan Minatəmizləmə Departamenti üçün milli potensialın yaradılması, keyfiyyət yoxlaması və mina aksiyalarında informasiya sistemləri üzrə işlər görülüb.

“Regionlarda əhalinin təhlükəsiz şəkildə yaşayışını və təsərrüfatla məşğul olmasını təmin etmək məqsədilə Agentlik tərəfindən Füzuli, Tərtər, Ağstafa, Ağdam, Ağcabədi, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Xocavənd, Tovuz rayonlarında 27 min 927 hektar ərazi yoxlanılıb və 663 min 942 ədəd partlamamış hərbi sursat və mina aşkarlanaraq zərərsizləşdirilib”, - deyə Qəzənfər Əhmədov vurğulayıb.

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai ANAMA-nın yaradılmasının 20 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, humanitar minatəmizləmə fəaliyyətlərində göstərdiyi beynəlxalq standartlara cavab verən peşəkarlığa, müfəssəl metodoloji proqramlarına görə ANAMA BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi tərəfindən "Mükəmməllik sertifikatı"na layiq görülüb. ANAMA-nın minatəmizləmə sahəsində dərin bilik və bacarığa sahib olduğunu qeyd edən Q.İshaqzai diqqətə çatdırıb ki, qurum bu istiqamətdə qazandığı uğurlu təcrübəni digər ölkələrlə bölüşməkdədir.

Tədbirdə çıxış edən İordaniya Haşimilər Krallığının şahzadəsi, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri Mirad bin Raad əl-Hüseyn deyib ki, Agentlik son 20 il ərzində böyük işlər görüb. Bu yeni nailiyyətlərin qazanılması üçün başlanğıcdır. ANAMA İordaniyanın müvafiq qurumu ilə ərazilərin hərbi sursatlardan təmizlənməsi sahəsində fəal əməkdaşlıq edir.

Sonda ANAMA-nın 20 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Yanvar 2020, 17:14 (GMT +4)
Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

17 Yanvar 2020, 17:12 (GMT +4)
AzTU-da 20 Yanvar faciəsi anılıb

17 Yanvar 2020, 17:07 (GMT +4)
“Azərişıq” yeni işə götürdüyü əməkdaşları onlayn yoxlayacaq

17 Yanvar 2020, 16:58 (GMT +4)
Parlament seçkiləri ilə əlaqədar indiyədək 1622 nəfərin namizədliyi qeydə alınıb

17 Yanvar 2020, 16:54 (GMT +4)
Mişustin və Medvedev görüş keçirib

17 Yanvar 2020, 16:52 (GMT +4)
Putin Liviya münaqişəsilə bağlı Berlində keçiriləcək toplantıya qatılacaq

17 Yanvar 2020, 16:36 (GMT +4)
Leyla Həsənova: 20 Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir

17 Yanvar 2020, 16:29 (GMT +4)
Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub

17 Yanvar 2020, 16:20 (GMT +4)
Ukrayna vurulan təyyarəyə görə İrandan sənəd üzərində etirafını istəyir

17 Yanvar 2020, 16:02 (GMT +4)
“Sağlam məktəbli” layihəsi çərçivəsində 20 000-dək məktəbli ilə görüş keçirilib

17 Yanvar 2020, 16:01 (GMT +4)
İranın əksər şəhərləri cümə namazından sonra ABŞ-ı pisləyən mitinqlərin şahidi olub

17 Yanvar 2020, 15:46 (GMT +4)
Rusiya parlamentinin deputatı Bakıya "Əmək şöhrəti şəhəri" fəxri adının verilsini təklif edib

17 Yanvar 2020, 15:40 (GMT +4)
AMEA-da Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüş keçirilib

17 Yanvar 2020, 15:26 (GMT +4)
KİV: Ramzan Kadırova yeni vəzifə təklif edilib

17 Yanvar 2020, 15:15 (GMT +4)
«Ən-Nusra» Hələbin qərbini minaatanlardan hədəfə alıb, 8 sakin həlak olub

17 Yanvar 2020, 15:01 (GMT +4)
Qoşqar Təhməzli: Sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq

17 Yanvar 2020, 14:58 (GMT +4)
Rusiya XİN Liviya mövzusunda ABŞ ilə fikir ayrılıqlarından danışıb

17 Yanvar 2020, 14:40 (GMT +4)
AQTA 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

17 Yanvar 2020, 14:26 (GMT +4)
Suriyada partlayış nəticəsində üç türk hərbçisi ölüb

17 Yanvar 2020, 14:08 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

17 Yanvar 2020, 13:48 (GMT +4)
Çinin əhalisi 1,4 milyardı ötüb

17 Yanvar 2020, 13:43 (GMT +4)
Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb

17 Yanvar 2020, 13:35 (GMT +4)
Süleymaninin dəfn mərasimi və ABŞ-a raket zərbələri günü seçilmiş İlahi günlərdir - Ayətullah Xamenei

17 Yanvar 2020, 13:25 (GMT +4)
“Azərsun Holdinq”də 20 yanvar faciəsinin qurbanları anılıb

17 Yanvar 2020, 13:18 (GMT +4)
Rusiyanın Sverdlovsk vilayətindən 38 azərbaycanlı deportasiya edilib

17 Yanvar 2020, 12:59 (GMT +4)
Gəncədə silahlı şəxsə qarşı əməliyyat keçirilib, 1 polis əməkdaşı xəsarət alıb

17 Yanvar 2020, 12:55 (GMT +4)
Yanvarın 20-də Bakının bəzi küçələrində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

17 Yanvar 2020, 12:48 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17 Yanvar 2020, 12:46 (GMT +4)
Ukraynanın Baş naziri istefa ərizəsini yazıb

17 Yanvar 2020, 12:41 (GMT +4)
2019-cu ildə AQTA beynəlxalq qurumlarla əməkdaşlığı genişləndirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66