Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərbaycan Hava Yolları” mükafata layiq görülüb

17 İyul 2018, 17:53 (GMT +4)

Bakı, 17 iyul, SalamNews. Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti “Skytrax” Azərbaycanın milli aviadaşıyıcısının “4 Ulduzlu aviaşirkət” reytinqini növbəti dəfə təsdiq edib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, bu, “Azərbaycan Hava Yolları”nın (AZAL) xidmət keyfiyyətinə görə qlobal aviasiya bazarının tanınmış liderləri ilə bir sırada qiymətləndirilməsinin göstəricisidir.

Bundan əlavə, AZAL aviaşirkəti “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi olub. Azərbaycanın milli aviadaşıyıcısı “Skytrax” tərəfindən ilk dəfə belə yüksək ada layiq görülüb.

Ən yaxşı aviaşirkətlərin mükafatlandırılması mərasimi 2018-ci ilin iyulun 17-də Londonda “World Airline Awards” rəsmi tədbirində keçirilib.

“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov deyib: “Skytrax kimi nüfuzlu təşkilat tərəfindən növbəti dəfə belə yüksək mükafata layiq görülmək bizim üçün qürurvericidir və böyük şərəfdir. Azərbaycanın milli aviadaşıyıcısının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi ölkə Prezidenti İlham Əliyevin mülki aviasiya sahəsinə göstərdiyi böyük diqqətin və qayğının göstəricisidir. Biz aviaşirkətin xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində çalışmağa davam edəcəyik”.

Mükafatlara dair şərh verən “Skytrax” təşkilatının baş direktoru Edvard Pleysted qeyd edib: “Azərbaycan Hava Yolları”nın “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi olması son dərəcə möhtəşəmdir. Aviaşirkət məhsulun keyfiyyəti və xidmət sahəsində təkmilləşərək nüfuzunu getdikcə artırır və müştərilərini Bakıdakı beşulduzlu hava limanında xidmət göstərərək sevindirməyə davam edir”.

“4 Ulduz” reytinqinə layiq görülməzdən əvvəl müstəqil beynəlxalq auditorlar tərəfindən aviaşirkət göstərilən xidmətlərin keyfiyyətini və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən artıq meyar üzrə qiymətləndirilib. Sərnişinlər üçün mühüm olan aviaşirkət məhsulunun komponentləri - ümumilikdə aviaşirkətin saytı, saytda yerləşdirilən məlumatın məzmunu, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər qiymətləndirilib.

Eyni zamanda, təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi, təyyarədə sərnişinlər üçün əyləncə sistemi, heyət üzvlərinin xidməti geyim formaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə nəzərdən keçirilib. Rüsumsuz ticarət (duty-free) xidməti, bort jurnalının məlumat tərkibi, sərnişinlər üçün təyyarədə qidanın keyfiyyəti, oturacaqların rahatlığı və sair xidmətlərin qiymətləndirilməsi də diqqətdən kənarda qalmayıb.

Qeyd etmək lazımdır ki, cari ilin may ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportu maksimal “5 ulduz” statusuna layiq görülüb və bununla da “Skytrax World Airport Awards” versiyası üzrə dünyada ən yaxşı 9 aviaşirkətin siyahısına düşüb və postsovet ölkələrinin aviaşirkətləri arasında birinci yeri tutub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 30% azalıb

Azərbaycan prezidenti və Ermənistan baş naziri gərginliyin azaldılması imkanlarını müzakirə edib

AZAL mobil əlavəsini hazırlayıb

Ayətullah Xamenei İranda neftdən asılılığın azaldılmasını tələb edib

Fransa İrana nüvə sazişindəki öhdəliklərini yenidən azaltmaqla bağlı xəbərdarlıq edib

ABŞ İraqdakı diplomatik nümayəndəliklərində işçilərin azaldılması göstərişini verib

İraq prezidenti İranla ABŞ arasında gərginliyi azaltmaq üçün yeni təşəbbüslə çıxış edib

Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

AZAL Tbilisi-Bakı reysinin hərəkət cədvəlinə dəyişiklik edib

Lavrov: Vaşinqton İrana qarşı sanksiyaları ilə dollara olan inamı azaltdı

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

Bakıda mağazalardan oğurluq edən şəxs saxlanılıb

Xəzərdə suyun səviyyəsinin 1 metrdən çox azalması müşahidə olunub

ARDNF valyuta satışını 12% azaldıb

Azərbaycanda nağd pul kütləsi azalıb

Hərbi qulluqçuların yaşadıqları binalara görə ödəməli olduqları vergi azaldılır

Azərbaycanda noutbukların bazar payı azalıb

Məleykə Abbaszadə: "Bu il yüksək bal toplayanların sayı azalıb"

AZAL-ın təyyarəsi tüstü detektorunun işə düşməsi ilə əlaqədar məcburi eniş edib

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Şoyqu: Suriyada terrorçuların olduğu 12 həbsxana mühafizəsiz  qalıb

21 Oktyabr 2019, 11:49 (GMT +4)
“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib

21 Oktyabr 2019, 11:39 (GMT +4)
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

21 Oktyabr 2019, 11:24 (GMT +4)
Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

21 Oktyabr 2019, 11:23 (GMT +4)
Suriya münaqişəsi yalnız siyasi yolla həll edilə bilər - Çavuşoğlu

21 Oktyabr 2019, 11:19 (GMT +4)
Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək

21 Oktyabr 2019, 11:15 (GMT +4)
“Beşiktaş” klubuna yeni prezident seçilib

21 Oktyabr 2019, 10:58 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

21 Oktyabr 2019, 10:53 (GMT +4)
Türkiyə 1500 km ərazini terrorçulardan azad edib - Ərdoğan

21 Oktyabr 2019, 10:51 (GMT +4)
Nensi Pelosi Əfqanıstana qəfil səfərə yollanıb

21 Oktyabr 2019, 10:37 (GMT +4)
Alpaqut üzrə IV Azərbaycan kubokunun qalibləri müəyyənləşib

21 Oktyabr 2019, 10:27 (GMT +4)
Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

21 Oktyabr 2019, 10:18 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrində bir qram kimyəvi silah yoxdur - Hulusi Akar

21 Oktyabr 2019, 10:09 (GMT +4)
ABŞ hərbi qüvvələrini Suriyadan çıxarmaq prosesini sürətləndirib (VİDEO)

21 Oktyabr 2019, 09:58 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Oktyabr 2019, 09:44 (GMT +4)
Pentaqon rəhbəri ABŞ-ın Suriyada İŞİD-ə qarşı əməliyyatlarını istisna etmir

21 Oktyabr 2019, 09:41 (GMT +4)
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

21 Oktyabr 2019, 09:29 (GMT +4)
Yaşıl dəhliz buraxılış sistemindən istifadə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib

21 Oktyabr 2019, 09:27 (GMT +4)
Livanda aksiyalar 6-cı günə daxil olub - Hökumət islahat paketini açıqlamaq istəyir

21 Oktyabr 2019, 09:25 (GMT +4)
Marine Le Pen Türkiyəni NATO-dan çıxarmağı təklif edib

21 Oktyabr 2019, 09:11 (GMT +4)
Tbilisidə Ərbəin günü ilə bağlı dinlərarası beynəlxalq konfrans keçirilib (FOTO)

21 Oktyabr 2019, 09:01 (GMT +4)
UEFA “Qarabağ”ı cərimələyib

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:45 (GMT +4)
Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

20 Oktyabr 2019, 10:35 (GMT +4)
Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:08 (GMT +4)
"Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib

20 Oktyabr 2019, 10:01 (GMT +4)
Azərbaycanda Energetiklər Günü qeyd olunur

20 Oktyabr 2019, 09:30 (GMT +4)
Hakan Mengüçün Bakıda seminarı və imza günü keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 09:05 (GMT +4)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66