Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib

17 İyul 2018, 11:13 (GMT +4)

Bakı, 17 iyul, SalamNews. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

SalamNews  xəbər verir ki, Mingəçevirdə baş vermiş enerji qəzasının və Gəncə terrorunun mediada işıqlandırılması vəziyyətinə həsr olunmuş toplantıda Şuranın İdarə Heyətinin üzvləri, ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin, o cümlədən internet informasiya resurslarının rəhbərləri iştirak ediblər.

İclası açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Mingəçevirdəki qəza və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror ilə başlamış iğtişaş ölkənin gündəmində olan başlıca mövzulardandır. Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, media ümumən hər iki hadisəyə obyektiv prizmadan yanaşdı və ictimai rəyi düzgün istiqamətə yönləndirməklə peşəkarlıq nümayiş etdirdi. Lakin məsələyə fərqli aspektdən yanaşmış internet informasiya resursları və sosial şəbəkə profilləri də oldu. Onlar özlərinə sərfəli fikir və düşüncələri, bir növ, fakt kimi təqdim edərək cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutdular. Eyni zamanda, biz aşkar təfriqəçilik meyillərinin, insanları hakimiyyətə qarşı qaldırmaq cəhdlərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi olduq. Bütün bunlara Azərbaycan ictimaiyyəti olduqca sərt reaksiya verdi. Bu reaksiyanın formalaşmasında media ictimaiyyətinin rolu böyükdür. Azərbaycanda qərarlaşmış asayişi, sabitlik mühitini pozmaq istəyən antimilli qüvvələrə qarşı ictimai səfərbərliyin təmin edilməsi son dərəcə vacibdir. Ölkəmizin adı ilə bağlı olan və dünyanın enerji xəritəsini dəyişən nəhəng layihələr, Milli Ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad xaricdəki bəzi anti-Azərbaycan qüvvələri hərəkətə keçirib. Azərbaycan gücləndikcə ona qarşı təhdidlər, o cümlədən informasiya müstəvisindəki təxribatlar artır. Təəssüf ki, bu prosesdə xaricdə yaşayan azərbaycanlılar da alətə çevrilirlər. Zaman-zaman biz bu kimi halların şahidi olmuşuq. Hər hansı hadisənin timsalında ölkə rəhbərliyi, ayrı-ayrı məmurlar təhqir olunur, ünvanlarına aşağılayıcı ifadələr səslənir. Məqsəd ölkədə xaos, etimadsızlıq, inamsızlıq mühiti yaratmaqla mövcud konstitusion quruluşu devirməkdir. Media ictimaiyyəti olaraq biz bu kimi təhlükəli təmayüllərə münasibətdə ayıq olmalı, qətiyyətli mövqe nümayiş etdirməliyik.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, ölkəmizdəki sabitliyi pozmağa cəhd edən qüvvələr ən müxtəlif vasitələrdən istifadə edirlər. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində onlar daha da fəallaşıblar. Mövcud xüsusda sosial şəbəkələrdə yayılmış fikirlərə toxunan deputat vurğulayıb ki, bu məkandakı paylaşımların məlumat kimi cəmiyyətə çatdırılması praktikasına ehtiyatla yanaşılmalıdır. Ciddi media vasitələri ehtiyatı əldən vermirlər. Ümumilikdə, ölkə mediası son hadisələrin doğurduğu sınaqdan üzüağ çıxmağı bacardı.

Azərbaycana müxtəlif ölkələrdən dini təsirlərin həyata keçirildiyini və bu istiqamətdə çoxsaylı informasiya resurslarının fəaliyyət göstərdiyini vurğulayan MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, cəmiyyətin informasiya təminatı prosesində jurnalistlərlə yanaşı, müvafiq dövlət qurumları da iştirak edirlər. İkincilərin iş operativliyinin güclənməsinə ehtiyac duyulur.

Şuranın İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Gəncə terroru və Mingəçevirdə baş vermiş qəza ilə bağlı rəsmi informasiya verilməyənədək yayılmış yanlış məlumat axınına qoşulanlar oldu. Bu cür məqamlara diqqət yetirilməli və belə halların gələcəkdə baş verməməsi üçün sistemli iş aparılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli diqqəti ekstremal vəziyyətlərdə əlaqədar dövlət qurumlarının ilk mənbə rolunda çıxış etməsinin vacibliyinə yönəldib. Bu baxımdan məsuliyyət hissinin artırılmasının zəruriliyini əsaslandırıb.

Gəncə hadisələri və Mingəçevirdə baş vermiş qəza zamanı medianın və dövlət qurumlarının ümumən operativ fəaliyyət göstərdiklərini önə çəkən MŞ İdarə Heyətinin üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı çıxışında dövlət qurumları ilə kütləvi informasiya vasitələrinin əməkdaşlığının gücləndirilməsi məsələlərinə toxunub. O bildirib ki, müvafiq dövlət qurumlarının təmsilçiləri ilə media rəhbərləri arasında qeyri-rəsmi görüşlərin təşkilinə ehtiyac var. Bu yolla ikincilər hər hansı hadisənin gerçək motivləri ilə əlaqədar məlumatlandırıla bilərlər. Belə praktika ona görə lazımdır ki, media yalnız informasiya verməklə kifayətlənməsin, konkret hadisə və prosesin təhlili imkanını qazansın, cəmiyyət düzgün yönləndirilsin.

“Strateq.az” saytının rəhbəri Elxan Şükürlü çıxışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin baş verməsindən sonrakı bir neçə saatadək məsələ ilə əlaqədar rəsmi informasiya boşluğunun yarandığını deyib. O, hadisə ətrafındakı yanlış fikirlərin dövriyyəyə məhz bu zaman kəsiyində daxil olduğunu xatırladıb. Belə halların yaşanmaması üçün informasiya təminatındakı bütün tərəflərin daha diqqətli olmasının mühüm önəm daşıdığını bildirib.

Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, istər Gəncə hadisələri, istərsə də Mingəçevirdəki qəza ilə bağlı yanlış fikirləri tirajlayan saytların bir çoxu xaricdən idarə olunduğundan onlara qarşı mübarizədə diplomatik metod və vasitələrdən də geniş istifadə olunmalıdır. Zəruri hallarda prosesə xaricdəki nümayəndəliklər də cəlb edilməlidir.

MŞ İdarə Heyətinin üzvü, “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı media orqanları ilə dövlət qurumlarının əməkdaşlığının daha da gücləndirilməsinin zəruriliyinə diqqət yetirərək vurğulayıb ki, vacib hadisə və proseslər zamanı informasiya boşluğu yaranırsa, ayrı-ayrı sosial şəbəkə profillərinin fəaliyyəti güclənir və cəmiyyət yanlış istiqamətə yönləndirilir.

Şuranın İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə təklif edib ki, dövlət qurumları hər hansı hadisə ilə əlaqədar dəqiqləşdirmələr apardıqları müddətdə yaranmış informasiya boşluğunun qarşısının alınması üçün KİV-lərlə fəal təmaslara malik hazırlıqlı ekspert qrupu fəaliyyət göstərməlidir. Bu yolla cəmiyyətin yanlış səmtə yönləndirilməsinin qarşısı alına bilər.

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət fövqəladə hallar zamanı operativ qərargahın yaradılmasının və bu işə media orqanlarının da cəlb edilməsinin mühüm əhəmiyyət daşıdığını əsaslandırıb.

Media orqanlarının son hadisələr zamanı ümumən kifayət qədər peşəkar mövqe ortaya qoyduqlarını vurğulayan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli diqqəti “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanundan irəli gələn tələblərə çəkib və bildirib ki, ölkə qanunvericiliyində dövlət əleyhinə çağırışlar edən elektron media vasitələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı konkret müddəalara istinad edilməsi də mütləqdir.

Şuranın İdarə Heyətinin üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu təxribat hallarına qarşı media müstəvisindəki mübarizənin vacibliyini əsaslandırıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov bildirib ki, ekstremal vəziyyətlər zamanı cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınması üçün medianın hadisələrin episentrində olması mütləqdir və bu istiqamətdə zəruri addımlar atılmalıdır.

Çıxış edənlərdən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Olaylar” İnformasiya Agentliyinin və “Olaylar” qəzetinin rəhbəri Yunus Oğuz, “Yenicaq.az” saytının baş redaktoru Aqil Ələsgər, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas və başqaları cəmiyyətin informasiya təminatında dövlət qurumları ilə media orqanlarının əməkdaşlığının gücləndirilməsinin vacibliyini önə çəkərək mövcud istiqamətdə yeni baxışların tətbiq olunmasına ehtiyacın duyulduğunu vurğulayıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mətbuat Şurası və DİN jurnalistlər üçün xüsusi gödəkçələr hazırlayıb

Mətbuat Şurası 2 yeni mükafat təsis edir

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurasının İdarə Heyətinin üzvü ATƏT-in tədbirində iştirak edib

Mətbuat Şurasının sədri AVH təmsilçilərini qəbul edib

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət edib

Bu gün Mətbuat Şurasının Sədri Əflatun Amaşovun doğum günüdür

Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim edib

Mətbuat Şurası onlayn konfrans keçirib (FOTOLAR)

Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaradıb

Mətbuat Şurası KİV-ə tövsiyələr verib

Mətbuat Şurası KİV-ləri rəsmi mənbəyi olmayan bilgilərin təqdimatından uzaq durmağa çağırır

Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub

Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Mətbuat Şurasında olub

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Mətbuat Şurasının sədri Fuad Abbasovla görüşüb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

21 Oktyabr 2020, 20:39 (GMT +4)
Prezident: Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:33 (GMT +4)
Ali Baş Komandan: Cəbrayılın daha 5 kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:29 (GMT +4)
Prezident: Füzulinin daha üç kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 19:30 (GMT +4)
MN: Düşmənin 6 PUA-sı məhv edilib

21 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycan kərə yağı idxalını 29% artırıb

21 Oktyabr 2020, 17:50 (GMT +4)
Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

21 Oktyabr 2020, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21 Oktyabr 2020, 16:07 (GMT +4)
Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

21 Oktyabr 2020, 15:54 (GMT +4)
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlanıb

21 Oktyabr 2020, 15:45 (GMT +4)
“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

21 Oktyabr 2020, 15:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 31 mini ötüb

21 Oktyabr 2020, 15:30 (GMT +4)
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

21 Oktyabr 2020, 15:10 (GMT +4)
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub

21 Oktyabr 2020, 14:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

21 Oktyabr 2020, 14:51 (GMT +4)
Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti texnikalar (VIDEO)

21 Oktyabr 2020, 14:46 (GMT +4)
Türkiyə Suriyanın şimalında doqquz PKK üzvünün zərərsizləşdirildiyini bildirib

21 Oktyabr 2020, 14:35 (GMT +4)
TBMM sədri: Qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracağıq

21 Oktyabr 2020, 14:28 (GMT +4)
Azərbaycan ət idxalını 10%-dən çox azaldıb

21 Oktyabr 2020, 14:11 (GMT +4)
Kanadada koronavirusa yoluxanların sayı 203 mini keçib

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Liviyada münaqişə tərəfləri quru və hava yollarının açılmasında razılığa gəliblər

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66