Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Tarix İnstitutunda yeni kitablar çap olunub

12 İyul 2018, 12:52 (GMT +4)

Bakı, 12 iyul, SalamNews“XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusunun (rusca) II və III cildləri və “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” (türkcə) adlı kitab çap olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan SalamNews-a verilən məlumata görə, rus dilində nəşr olunan sənədlər toplusunun tərtibçisi institutun “Ümumi tarix” şöbəsinin müdiri, professor Tofiq Mustafazadə, türk dilinə tərcümə olunan kitabın müəllifi isə institutun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fazildir.

“XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusu “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunub. Layihənin rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. İnstitutun Elmi Şurasının qərarı ilə çap olunan topludakı sənədlərin transliterasiyası, “Ön söz” və şərhlər Tofiq Mustafazadəyə məxsusdur.

Üçcildlik topludakı sənədlər Rusiya Federasiyasının müxtəlif arxivlərindən (Rusiya Dövlət Hərbi-Tarix Arxivi, Rusiya Dövlət Tarix Arxivi və s.) toplanıb. Sənədlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi, tarixi coğrafiyası və etnoqrafiyası barədə qiymətli məlumatlar var. XVIII əsrdə çap olunmuş və hal-hazırda nadir tapılan bir neçə əsər də (C.Bell və İ.Qerberin əsərləri) topluya daxil edilib. Topluya daxil edilmiş sənədlər Rusiya çarı I Pyotrun və onun xələflərinin Azərbaycanla bağlı yeritdiyi siyasətin işğalçılıq mahiyyətini açmağa və Azərbaycan uğrunda gedən beynəlxalq rəqabəti təsvir etməyə imkan verir.

“TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” adlı kitabda Azərbaycanın göstərilən dövrdə yalnız Türkiyə ilə deyil, həmçinin Orta Asiya, Suriya, Misir, Rusiya, Gürcüstan, Venesiya, Almaniya, Portuqaliya və başqa ölkələrlə də münasibətləri haqqında müəyyən məlumat var. Əsər fars, türk, italyan, rus, ingilis, alman, fransız dillərində mövcud olan bir sıra ilkin mənbə və tədqiqat əsərləri əsasında yazılıb. Qeyd edək ki, Ş.Fazil İsgəndər bəy Münşi, Həsən bəy Rumlu, Jozef Tiflisi və Yan Tadeuş Kruşinskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub

Tarix İnstitutu: Dərbənddə Nizami parkı baxımsız vəziyyətdədir

Tarix İnstitutu Rusiyanın “Voprosı istorii” jurnalı ilə əməkdaşlıq edəcək

Tarix İnstitutu Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq edəcək

Baş Nazir Tarix İnstitutunun direktoruna zəng edib

Oleq Kuznetsov Tarix İnstitutunun fəxri doktoru olub

Tarix İnstitutu soyqırımlarla bağlı onlarla sənəd toplusu nəşr etdirib

Tarix İnstitutu Xocalı soyqırımı ilə bağlı konfrans keçirib

Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Tarix İnstitutunda “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” kitabı təqdim olunub

Tarix İnstitutu Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək

Tarix İnstitutunun ilk elektron oxu zalının açılışı olub

Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illik yubileyi elmi konfransla qeyd olunub

Tarix İnstitutu illik hesabatını təqdim edib

Tarix İnstitutunda Azərbaycan-Norveç əlaqələri araşdırılır

Tarix İnstitutunun saytı yeni versiyada təqdim edilib

Tarix İnstitutunda soyqırımları ilə bağlı beynəlxalq mərkəz işə başlayıb

Tarix İnstitutunda Cümhuriyyət və soyqırımı tarixi araşdırılır

Tarix İnstitutunda Zəngəzur tarixi ilə bağlı dissertasiya müdafiə olunub

13 Dekabr 2019, 14:34 (GMT +4)
Metropoliten İşçiləri Həmkarlar İttifaqının IV Məclisi keçirilib

13 Dekabr 2019, 14:30 (GMT +4)
Azərbaycan dəmiryolçuları Belarusun nəqliyyat potensialı ilə maraqlanıblar

13 Dekabr 2019, 14:25 (GMT +4)
Prezident Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib (FOTOLAR)

13 Dekabr 2019, 14:18 (GMT +4)
İngiltərə İşçi Partiyasının lideri istefa edəcəyini açıqlayıb

13 Dekabr 2019, 14:12 (GMT +4)
Məktəblərdəki nöqsanlara görə 1 nəfər işdən çıxarılıb, 7 nəfərə töhmət verilib

13 Dekabr 2019, 14:04 (GMT +4)
Zənurə Talıbova rəhbər vəzifəyə gətirilib

13 Dekabr 2019, 13:54 (GMT +4)
Yol polisi piyadavurmaların qarşısını alacaq yenilik tətbiq etməyə başlayıb

13 Dekabr 2019, 13:44 (GMT +4)
Ülvi Mehdiyev: «ASAN Railway» unikal layihədir və Azərbaycan buna imza atır

13 Dekabr 2019, 13:44 (GMT +4)
Səudiyyə Ərəbistanı gizlində İranla danışıqlar aparır - The Wall Street Journal

13 Dekabr 2019, 13:33 (GMT +4)
Dəllər-Zəyəm mənzilində baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama verilib

13 Dekabr 2019, 13:25 (GMT +4)
Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri dəyişib

13 Dekabr 2019, 13:22 (GMT +4)
"Admiral Kuznetsov" kreyserindəki yanğın söndürülüb

13 Dekabr 2019, 13:21 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13 Dekabr 2019, 13:12 (GMT +4)
Energetika naziri vətəndaşları qəbul edəcək

13 Dekabr 2019, 13:00 (GMT +4)
Masallıda ağacəkmə aksiyası keçiriləcək

13 Dekabr 2019, 12:50 (GMT +4)
ABŞ səfiri: Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik

13 Dekabr 2019, 12:41 (GMT +4)
UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələn klublar bəlli olub

13 Dekabr 2019, 12:37 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

13 Dekabr 2019, 12:35 (GMT +4)
Tramp Consonu parlament seçkilərindəki qələbə münasibətilə təbrik edib

13 Dekabr 2019, 12:26 (GMT +4)
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib

13 Dekabr 2019, 12:22 (GMT +4)
Rusiya İdlibdə yeni kimyəvi hücumun səhnələşdirilməsi haqda xəbərdarlıq edib

13 Dekabr 2019, 12:15 (GMT +4)
Conson mühafizəkarların "Brexit" üçün mandat aldığını açıqlayıb

13 Dekabr 2019, 12:14 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13 Dekabr 2019, 12:11 (GMT +4)
Moskvada Yunus Əmrənin büstü qoyulacaq

13 Dekabr 2019, 12:07 (GMT +4)
DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

13 Dekabr 2019, 11:54 (GMT +4)
Əlcəzairdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

13 Dekabr 2019, 11:53 (GMT +4)
Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri ilə görüşüb

13 Dekabr 2019, 11:41 (GMT +4)
“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb

13 Dekabr 2019, 11:24 (GMT +4)
ABŞ Baqram hücumuna görə Talibanla danışıqları müvəqqəti dayandırıb

13 Dekabr 2019, 11:15 (GMT +4)
Türkiyə XİN: ABŞ Senatının qətnaməsi tarixin siyasiləşdirilməsinin xəcalətverici nümunəsidir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66