Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

GGİ alimləri maraqlı təkliflə çıxış ediblər

10 İyul 2018, 15:48 (GMT +4)

Bakı, 10 iyul, SalamNews. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə 2009-2012-ci illər ərzində yerinə yetirilmiş“Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair Tədbirlər Planı” çərçivəsində AMEA Geologiya və Geofizika İnstitutunun yaratdığı və AMEA müxbir üzvü Tələt Kəngərlinin rəhbərliyi altında fəaliyyət göstərən işçi qrupu ölkənin ayrı-ayrı regionlarında tədqiqatlar aparmış və nadir geoloji obyektlərin (geosaytların) təftişini həyata keçirib.

AMEA GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, aparılan tədqiqatlar nəticəsində ölkə ərazisində YUNESKO və ProGEO-nun tələblərinə uyğun gələn və səciyyəvi geosaytları özündə cəmləşdirən Culfa (İlandağ), Qırməki, Xaltan və Basqal milli geoparklarının yaradılması məqsədəuyğun sayılmış və bu barədə 2013-cü ildə nəşr edilmiş “Azərbaycan Respublikasının geoloji irsi” kitabında məlumat verilmişdir.

Bu baxımdan mühafizə edilən ərazilərin təşkilində “üçü birində” (geosaytlar, memarlıq-arxeoloji abidələr, biomüxtəliflik) modelini tətbiq etməklə Naxçıvan MR-də “İlandağ” geoparkının (geoarxoparkın) yaradılması daha məqsədəuyğun sayılır. Ərazidə 1977-ci ildə təsis edilmiş Ordubad Tarixi-Memarlıq Qoruğu və 2003-cü ildən fəaliyyətdə olan Zəngəzur Milli Parkı bu qurumun tərkibinə daxil edilə bilər. Göstərilən ərazidə geoparkın yaradılmasına üstünlük verən digər bir səbəb də ərazisinin sərhədyanı bölgədə yerləşməsidir: Arazın sağ sahilində İran İslam Respublikası ərazisində (Cənubi Azərbaycanda) hazırda Culfa geoparkının fəaliyyəti YUNESKO və ProGEO tərəfindən dəstəklənən daha yüksək sərhədyanı səviyyəli geoparkın yaradılması üçün şərtlərin mövcudluğunu aydın göstərir.

Bununla bağlı AMEA Geologiya və Geofizika İnstitutunun nümayəndələri növbəti addım kimi cari ilin fevral ayında YUNESKO-nun dəvəti ilə Geoelmlər və Geoparklar Proqramının Parısdə keçirilən 3-cü açıq sessiyasında iştirak etmiş və “İlandağ” geoparkının təşkilinin mümkünlüyü barədə məruzə ilə çıxış etmişlər. Katiblik tərəfindən AMEA-nın təşəbbüsü maraqla dinlənmiş və geopark yaradılacağı halda onun Qlobal Geoparklar Sisteminə , Ümumdünya İrsi Siyahısına salınmasını və müvafiq təşkilati məsələlərin həllinə dəstək verəcəyini bəyan etmişdir.

Bu barədə AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin köməkçisi Əli Həsənova və Naxçıvan MR Milli Məclisinin sədri Vasif Talıbova məlumat verilmişdir. Vurğulanmalıdır ki, “İlandağ” geoparkının yaradılması təbiət və humanitar irsinin mühafizəsi üzrə yerli əhalinin iştirakı ilə vahid mexanizmin yaradılmasına imkan verir. Eyni zamanda, geoturizmin inkişafı Muxtar Respublikada iqtisadi fəaliyyətin və yerli təşkilatların inkişafında sabitliyə, həmçinin maarifləndirici-tərbiyəvi fəaliyyətin təşkilinə dəyərli dəstək ola bilər.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Noyabr 2020, 19:31 (GMT +4)
Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

26 Noyabr 2020, 19:28 (GMT +4)
Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb

26 Noyabr 2020, 18:23 (GMT +4)
“Azercell” “iPhone 12 Pro Max” və “iPhone 12 Mini”nin satışlarına başlayıb

26 Noyabr 2020, 17:59 (GMT +4)
Mikayıl Cabbarov: Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq

26 Noyabr 2020, 17:50 (GMT +4)
Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

26 Noyabr 2020, 17:43 (GMT +4)
Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib

26 Noyabr 2020, 17:36 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

26 Noyabr 2020, 17:24 (GMT +4)
Polietilen torba və plastik stəkan satanlar cərimələnəcək

26 Noyabr 2020, 17:10 (GMT +4)
Türkiyədə axtarışda olan şəxs Sumqayıtda həbs edilib

26 Noyabr 2020, 16:54 (GMT +4)
İsrail Tramp gedənə qədər işğal edilən Fələsitin ərazilərilə bağlı addım atacaq

26 Noyabr 2020, 16:35 (GMT +4)
Hulusi Akar: Fransa Dağlıq Qarabağ probleminin həll edilməməsinin tərəfdarıdır

26 Noyabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

26 Noyabr 2020, 16:08 (GMT +4)
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağ məsələsini müzakirə edib

26 Noyabr 2020, 15:57 (GMT +4)
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq edib

26 Noyabr 2020, 15:44 (GMT +4)
Almaniyada ordumuzun tarixi qələbəsi münasibəti ilə aksiya keçirilib

26 Noyabr 2020, 15:32 (GMT +4)
Milli Məclisin sədri Laçınla bağlı açıqlama verib

26 Noyabr 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 900 mini ötüb

26 Noyabr 2020, 15:18 (GMT +4)
Milli Məclisin Fransaya etiraz bəyanatının tam mətni açıqlanıb

26 Noyabr 2020, 15:10 (GMT +4)
Dohada BMT-nin terrorla mübarizə ofisi açılacaq

26 Noyabr 2020, 15:04 (GMT +4)
Milli Məclis Fransaya etiraz etmək üçün işçi qrup yaradıb

26 Noyabr 2020, 14:57 (GMT +4)
Neftçala sakinindən silah götürülüb

26 Noyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan İƏT-ə üzv ölkələri Qarabağdakı layihələrdə iştiraka dəvət edib

26 Noyabr 2020, 14:35 (GMT +4)
Ermənilər Laçında da evləri yandıraraq tərk edirlər

26 Noyabr 2020, 14:23 (GMT +4)
“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

26 Noyabr 2020, 14:18 (GMT +4)
Əmlak Məsələləri Dövlət Xidməti ABŞ şirkəti ilə əməkdaşlığa başlayır

26 Noyabr 2020, 13:58 (GMT +4)
Bakıda kişi müəmmalı şəkildə qətlə yetirilib

26 Noyabr 2020, 13:43 (GMT +4)
Bakıda motosiklet, Lənkəranda avtomobil qaçırılıb

26 Noyabr 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 Noyabr 2020, 13:24 (GMT +4)
Rusiyada son sutkada 520-dən çox insan COVID-19-dan ölüb

26 Noyabr 2020, 13:14 (GMT +4)
Fransadakı soydaşlarımız ölkə senatını Azərbaycanın haqlı mövqeyinə zidd addımları rədd etməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66