Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda maşınları cərimə meydançasına DYP yox, BNA aparacaq

07 İyul 2018, 10:16 (GMT +4)

Bakı, 7 iyul, SalamNews.  Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

SalamNews-un məlumatına görə, fərmanda qeyd edilir ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində:

parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etsin;

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etsin;

dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması (bundan sonra - təxliyə) xidmətini təşkil etsin və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət etsin;

nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

yeni yeraltı və yerüstü avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.

Bu Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası, həmçinin nəqliyyat axınının tənzimlənməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Füzuli və Mirzağa Əliyev küçələri arasında və Neftçilər prospektində - Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları bir ay müddətində Bakı Nəqliyyat Agentliyinin balansına verilsin.

Fərmanda qeyd olunur ki, BNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BNA ilk dərs günündə yollardakı sıxlıqla bağlı əhaliyə müraciət edib

BNA küləkli hava şəraitinə görə sürücü və sərnişinlərə müraciət edib

BNA Heydər Əliyev prospektində təhlükəsizliyin artırılması üçün təkliflər hazırlayıb

BNA ilin əvvəlindən 100 dayanacaq quraşdırıb

BNA Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasiminə bileti olanlara müraciət edib

BNA hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib

BNA sürücülərə müraciət edib

BNA:Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

BNA daha iki dairədə nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlayıb

BNA əhali arasında sosioloji sorğu keçirəcək

Milli Paralimpiya Komitəsi ilə BNA arasında memorandum imzalanıb  

BNA: Bakıda 34 işıqfor vahid mərkəzdən idarə olunur

BNA mövcud nişanlarda dəyişiklik edəcək

BNA 18 metrlik avtobusu sürəcək sürücülər axtarır

BNA: Bakıda nəqliyyatın hərəkəti normal təmin edilir

BNA: Məsuliyyətdən yayınan sürücülərlə bağlı tədbir görüləcək (FOTOLAR)

BNA maarifləndirmə işini davam etdirir

BNA sərnişinlərə müraciət edib

BNA nəqliyyatın sıxlığının azaldılması üçün daha bir yenilik edib

Fiziklər və liriklər Rusiyanın Dubna elmi şəhərciyində bir araya gəliblər (FOTO)

17 Sentyabr 2019, 14:26 (GMT +4)
Bakı Marionet teatrı Beynəlxalq Festivalda səhnə alacaq

17 Sentyabr 2019, 14:02 (GMT +4)
Çempionlar Liqasında qrup mərhələsi start götürür

17 Sentyabr 2019, 13:50 (GMT +4)
Əfqanıstanda seçki kompaniyası toplantısı zamanı partlayış törədilib - Azı 25 ölü var

17 Sentyabr 2019, 13:49 (GMT +4)
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

17 Sentyabr 2019, 13:38 (GMT +4)
Yeddi ay ərzində Azərbaycanda 80 minə yaxın körpə doğulub

17 Sentyabr 2019, 13:20 (GMT +4)
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib

17 Sentyabr 2019, 13:13 (GMT +4)
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?

17 Sentyabr 2019, 13:04 (GMT +4)
"Bakı Metropoliteni" əhaliyə müraciət edib

17 Sentyabr 2019, 12:59 (GMT +4)
Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

17 Sentyabr 2019, 12:51 (GMT +4)
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib (FOTO)

17 Sentyabr 2019, 12:40 (GMT +4)
Səfər Mehdiyev “Caspian Energy Forum Baku – 2019” forumunda iştirak edəcək

17 Sentyabr 2019, 12:35 (GMT +4)
Heç bir müstəvidə ABŞ-la danışıq olmayacaq - Ayətullah Xamenei

17 Sentyabr 2019, 12:24 (GMT +4)
Yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək verilir

17 Sentyabr 2019, 12:18 (GMT +4)
Umico ilə alış-veriş edərək Azercell nömrənizin balansını artırın

17 Sentyabr 2019, 12:10 (GMT +4)
Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verib

17 Sentyabr 2019, 12:05 (GMT +4)
Azərbaycan və Latviya arasında beynəlxalq avtomobil daşımaları ilə bağlı Protokol imzalanıb

17 Sentyabr 2019, 12:05 (GMT +4)
İsraildə Netanyahu və sağçılar üçün taleyüklü parlament seçkiləri başlayıb

17 Sentyabr 2019, 11:50 (GMT +4)
Ağstafa rayonu ərazisindən 3 ədəd top mərmisi tapılıb

17 Sentyabr 2019, 11:43 (GMT +4)
Yol hərəkəti qaydalarını pozan avtobus sürücüsü işdən çıxarılıb

17 Sentyabr 2019, 11:24 (GMT +4)
ATƏT təmas xəttində monitorinq keçirəcək

17 Sentyabr 2019, 11:17 (GMT +4)
Tramp husilərin hücumuna münasibət bildirib: Biz Səudiyyəni qorumaq vədini verməmişik

17 Sentyabr 2019, 11:10 (GMT +4)
Bakı məktəblərində I sinfə şagird qəbulunun vaxtı uzadılıb

17 Sentyabr 2019, 10:55 (GMT +4)
Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb

17 Sentyabr 2019, 10:54 (GMT +4)
İŞİD lideri əl-Bağdadı yeni hücumlarla bağlı tərəfdarlarına çağırış edib

17 Sentyabr 2019, 10:29 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

17 Sentyabr 2019, 10:26 (GMT +4)
Ərdoğan husilərin Səudiyyəyə hücumuna münasibət bildirib: Əvvəl kim başlayıb?!

17 Sentyabr 2019, 10:13 (GMT +4)
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

17 Sentyabr 2019, 09:53 (GMT +4)
Nazirlik: Bu ilin sonuna qədər 10-dək müavinət və təqaüdün təyinatı elektronlaşdırılacaq

17 Sentyabr 2019, 09:40 (GMT +4)
Yunanıstanda meşə yanğınları tüğyan edir

17 Sentyabr 2019, 09:38 (GMT +4)
Prezident İlham Əliyev bədii gimnastika üzrə dünya çempionatının açılışında iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66