Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ADNSU tələbələri “Azərişıq”da magistr işlərini müdafiə ediblər

29 İyun 2018, 15:36 (GMT +4)

Bakı, 29 iyun, SalamNews. Təhsil Nazirliyi ilə “Azərişıq” ASC-nin müştərək layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistrları elmi işlərini müdafiə ediblər.

SalamNews xəbər verir ki, Təhsil Nazirliyinin dəstəyi ilə “Azərişıq” ölkənin elektroenergetika üzrə kadr hazırlayan ali təhsil müəssisələri ilə Müştərək Magistr Hazırlığı layihəsi həyata keçirir. Buna başlıca zəmin isə son illər paylayıcı elektrik şəbəkələrində gedən yenidənqurma işləri və yeni texnologiyaların şəbəkələrə tətbiqinin gənc kadrların istehsalatın tələb etdiyi sahələrdə hazırlığı ilə bağlıdır. Məhz həmin layihənin davamı olaraq bu gün “Azərişığ”ın Tədris Mərkəzində Təhsil Nazirliyi, “Azərişıq” və Dövlət Neft və Sənaye Universitetinin nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirilib.

Bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd elektroenergetika üzrə ali təhsil müəssisələrinin magistr pilləsində təhsil alan tələbələrin dissertasiya işlərinin hazılanmasında “Azərişıq” ASC-nin maddi-texniki bazasından, müasir laboratoriyalarından yararlanmasını təmin etmək, eyni zamanda paylayıcı şəbəkələrin elektrik enerjisinin keyfiyyət göstəricilərinin nomallaşıdırlması o cümlədən texniki və texnoloji itkilərin minimallaşdırlması, tələb olunan səmərəli elektrik təchizatı sxeminin formalaşdırılması, xüsusilə elektroenergetika sahəsində gələcək çağırışlara və real inkişafa cavab verəcək elmi potensialın istehsalata inteqrasiyasına nail olmaqdır.

Müştərək Magistr Hazırlığı layihəsinin əsas qayəsini təşkil edən detallara gəldikdə isə vurğulanıb ki, magistrlərə təqdim edilən dissertasiya mövzuları elektroenergetikanın, xüsusilə ölkənin paylayıcı elektrik şəbəkələrinin aktual problemlərini və sahənin inkişafını əhatə etməklə, “Azərişıq” tərəfindən müəyyənləşdirilir. Yəni magistrlərə universitet tərəfindən elmi rəhbərlə yanaşı, “Azərişığ”ın təcrübəli mühəndisləri ikinci dissertasiya rəhbəri(istehsalat rəhbəri) kimi təyin olunur. Paralel olaraq layihə qaydalarına uyğun olaraq istehsalat rəhbərləri magistrları lazımi materiallar, dərs vəsaitləri, proqram təminatları və s. ilə təchiz edilməklə, mənbələr göstərilməklə istiqamətləndirir. Eyni zamanda istehsalat rəhbərləri magistrların diplom işlərinin mövzusundan asılı olaraq Bakı və regional şəbəkələrin elektrik qurğuları( yarımstansiyaları, EVX-lər, Dispetçer İdarəetmə mərkəzləri və s.) ilə tanışlığını təmin edir, üstəlik ayda 3 dəfədən az olmayaraq onlarla görüş keçirilərək, yaranmış suallar cavablandırır. Bu da öz növbəsində gənc kadrların formalaşmasında əhəmiyyətl rol oynayır.

Tədbirdə qeyd olunub ki, belə bir layihə artıq 2017-2018–ci tədris ilində Təhsil Nazirliyi, “Azərişıq” və Dövlət Neft və Sənaye Universiteti tərəfindən birgə həyata keçirilib. Belə ki, ADNSU-nun “Elektroenergetika” kafedrası üzrə II kurs, 20 nəfər magistranta “Azərşıq” tərəfindən dissertasiya işlərinin mövzuları təqdim olunub. Layihə çərçivəsində “Azərişıq” tərəfindən istehsalatın gündəlik iş fəaliyyətində və perspektiv istiqamətlərində aktual olan dissertasiya mövzuları təqdim edilib və magistrantlara hər tərəfli dəstək göstərilib.

Nəticədə 10 nəfər magistrantın dissertasiya işlərinin müdafiəsi məhz bu gün Tədris Mərkəzində baş tutub.

Tədbirdə xüsusi olaraq qeyd olunub ki, universiteti bitirən həmin gənc kadrların gələcəkdə “Azərişıq”da işlə təmin olunmaları nəzərdə tutulub.

Bildirilib ki, təhsil müəssisələrində kadr hazırlığının istehsalata inteqrasiyası hesabına həyata keçirilən belə layihələr artıq ölkənin elektroenergetika sahəsində kadr çatışmamazlığının aradan qaldırılmasına qismən də olsa nail olunmağın göstəricisidir. Tədbirin sonunda bildirilib ki, belə layihə digər universitet və elm müəssisələri ilə də davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

Şimal bölgəsində güclü küləyə görə “Azərişıq”ın texnikası hazır vəziyyətə gətirilib

“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

"Azərişıq" Lənkəran aeroportuna iki xətt çəkib

"Azərişıq" ASC jurnalistlər üçün media-tur təşkil edib (FOTO)

"Azərişıq"da struktur dəyişikliyi olub

"Azərişıq” ölkənin cənubunda tikinti-bərpa işləri aparır

“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil edib

Sahibkarların “Azərişıq” ASC-yə müraciətlərinin sayı 2 dəfə artıb

“Azərişıq” ASC-nin rəhbərliyi vətəndaşları qəbul edib

“Azərişıq”: Gədəbəydə güclü leysan yağışları rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” ASC regionlarda qabaqlayıcı tədbirlər görür

Sahibkarların Azərişıq ASC-yə müraciətlərinin sayı artıb

“Azərişıq” “Yeni Yaşma” Külək Elektrik Parkına mediatur təşkil edib

“Azərişıq” ASC xüsusi briqadalar yaradıb

“Azərişıq” Astarada 10/0,4 kilovoltluq elektrik xətləri çəkəcək

“Azərişıq” ASC-nin rəhbərliyi İmişlidə vətəndaşları qəbul edib

“Azərişıq” ölkə ərazisində 1 milyondan çox sayğac quraşdırıb

“Azərişıq” son 4 ildə 400 kənddə layihələndirmə işləri aparıb

21 Avqust 2019, 17:53 (GMT +4)
Pekin ABŞ-ı Çinlə yaxşı münasibətlər qurmağa çağırır

21 Avqust 2019, 17:50 (GMT +4)
Sabah Sabunçu stansiyasının girişi istiqamətindəki keçiddən avtomobillərin hərəkəti dayandırılacaq

21 Avqust 2019, 17:49 (GMT +4)
İsrail İraqa hava zərbələri endirib - İraq rəsmisi

21 Avqust 2019, 17:44 (GMT +4)
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

21 Avqust 2019, 17:30 (GMT +4)
“Neftçi”nin rəqibi Avropa Liqasında iştiraka görə 260 min avro qazanıb

21 Avqust 2019, 17:17 (GMT +4)
DYP Sabunçuda maarifləndirici tədbirlər keçirib (FOTO)

21 Avqust 2019, 17:10 (GMT +4)
Rusiya və Ukrayna dənizçilərin və məhbusların mübadiləsinə hazırlaşır

21 Avqust 2019, 17:05 (GMT +4)
Milli valyutada olan əmanətlər 24,7 faiz artıb

21 Avqust 2019, 17:02 (GMT +4)
Yəməndə vurulan hərbi pilotsuz təyyarənin ABŞ ordusuna məxsus olduğu təsdiqlənib

21 Avqust 2019, 16:51 (GMT +4)
Füzulidə daha bir mərmi tapılıb

21 Avqust 2019, 16:34 (GMT +4)
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

21 Avqust 2019, 16:26 (GMT +4)
Zaxarova Rusiyanın G8-ə qayıdış ehtimalını şərh edib

21 Avqust 2019, 16:24 (GMT +4)
Poroşenko Ukraynanı tərk edib

21 Avqust 2019, 16:15 (GMT +4)
Fələstin hərəkatları əl-Əqsa məscidinin yandırılması ildönümündə müsəlmanlara çağırış ediblər

21 Avqust 2019, 16:03 (GMT +4)
ETSN: Sürücülərə maarifləndirici məlumatlar verilir

21 Avqust 2019, 15:57 (GMT +4)
Maduro Putinə ismarıc göndərib

21 Avqust 2019, 15:45 (GMT +4)
Azərbaycan gömrükçüləri şokoladın içində narkotik aşkarlayıblar (FOTO)

21 Avqust 2019, 15:32 (GMT +4)
KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

21 Avqust 2019, 15:30 (GMT +4)
"Roskomnadzor" Rusiyanın himnini təhqir edən iki saytı blok edib

21 Avqust 2019, 15:22 (GMT +4)
Ayətullah Xamenei Hindistanın Kəşmirlə bağlı siyasətinə münasibət bildirib

21 Avqust 2019, 15:01 (GMT +4)
Dəmiryolçular üçün sağlam və təhlükəsiz iş mühiti mövzusunda treninqlərə start verilib

21 Avqust 2019, 14:59 (GMT +4)
Maduro Venesuelanın ABŞ-la danışıqlar apardığını təsdiqləyib

21 Avqust 2019, 14:46 (GMT +4)
Şoyqu Rusiyanın qərb sərhəddinin gücləndirildiyini açıqlayıb

21 Avqust 2019, 14:38 (GMT +4)
Ərəb ölkələri milyardlarla dollarlıq qərb silahı ilə təhlükəsizliyi təmin edə bilməyəcək - Cavad Zərif

21 Avqust 2019, 14:30 (GMT +4)
Bakıda yeni liftlərin quraşdırılması davam edir

21 Avqust 2019, 14:10 (GMT +4)
MN: Təmas xəttində monitorinq insidentsiz başa çatıb

21 Avqust 2019, 13:59 (GMT +4)
İsmayıllı sakinindən tüfəng götürülüb

21 Avqust 2019, 13:50 (GMT +4)
Tramp "Apple"ı Çini tərk etməyə çağırıb

21 Avqust 2019, 13:33 (GMT +4)
Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır

21 Avqust 2019, 13:22 (GMT +4)
PAŞA Sığorta «Zərif Əllərin Gücü» sosial layihəsini uğurla reallaşdırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12