Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Qəbələdə “Tarixin canlı səhifələri” adlı Gənclər Festivalı keçirilib

08 İyun 2018, 09:37 (GMT +4)

Bakı, 8 iyun, SalamNews. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlət Sərhəd Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Vəndam qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı keçirilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, festivalda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Akademik Milli Dram, Gənc Tamaşaçılar, Rus Dram, Şəki Dövlət Dram və Mingəçevir Dövlət Dram teatrlarının pəşəkar aktyorları və tələbələr tərəfindən tarixi faktlar əsasında hazırlanan tamaşa nümayiş olunub. Layihənin elmi rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, rejissoru Xalq artisti Vaqif Əsədov, ssenari müəllifi filologiya elmləri doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmlidir.

Gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər ilk olaraq festival çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi dekorasiyalı sərgi ilə tanış olublar. A.Rəhimov bildirib ki, hər tərəfi yaşıllıqlarla əhatə olunan sahədə demək olar ki, yeni bir şəhərcik tikilib. Nazir keçirilən layihənin mahiyyəti haqqında danışarkən diqqətə çatdırıb ki, əsas məqsəd zəngin tariximiz haqda faktları gənc nəslə ötürmək, onlarda vətənpərvərlik hissini daha da artırmaqdır.

Tamaşa 1918-ci ilin martında azərbaycanlıların Novruz bayramını qeyd edərkən qəflətən quldur ermənilərin hücumlarına məruz qalması və amansızlıqla qətlə yetirilməsi səhnələri ilə başlayıb. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bu yolda yaşanan çətinliklər, tarixi şəxsiyyətlər və onların fəaliyyəti o dövrün milli geyimlərini geyinmiş peşəkar aktyorlar və gənclər tərəfindən canlandırılıb.

1500-dən çox aktyor, xalq sənətkarı, gənclər və məktəblilərin iştirak etdikləri festivalda Azərbaycanın hərb tarixi, 1918-ci ilin mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və 23 aydan sonra süqut etməsi əyani olaraq müxtəlif səhnəciklərlə tamaşaçılara təqdim edilib.

Festival atəşfəşanlıqla başa çatıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisinə 45 milyon manat ayrılıb

Qəbələdə ayı əti satmaq istəyən şəxs cəzalandırılıb

Qəbələdə yol tikintisi üçün 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edib

“Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

Prezident Qəbələdə gülçülük istixanası ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələyə səfəri başlayıb

"Qəbələ" yeni məşqçi ilə anlaşıb

Qəbələyə dəmir yolu xətti ilə bağlı torpaq işləri bu ilin sonuna qədər yekunlaşacaq

Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

“Azərişıq” rəhbərliyi Qəbələ və Oğuzda vətəndaşları qəbul edəcək

Qəbələdə meşə yanır, əraziyə FHN-in helikopteri və təyyarəsi cəlb edilib

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb

Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb

AQTA Qəbələdə toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Qəbələdə toyda zəhəhrlənənlərin sayı 89-a çatıb- RƏSMİ

Qəbələdə toyda zəhərlənənlərin sayı 75 nəfərə çatıb

"Qəbələ Qızıl Balıqartırma Zavodu" investisiya müsabiqəsinə çıxarılıb

Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək

16 Dekabr 2019, 17:00 (GMT +4)
Peskov: Putin hələ də Davosdakı forumda iştirak etməyi planlaşdırmır

16 Dekabr 2019, 16:58 (GMT +4)
İran Səudiyyə Ərəbistanı ilə danışıqların aparılmasını təkzib edib

16 Dekabr 2019, 16:47 (GMT +4)
Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidentini qəbul edib

16 Dekabr 2019, 16:41 (GMT +4)
Parisdə Azərbaycan elmi diasporasının təməli qoyulub

16 Dekabr 2019, 16:35 (GMT +4)
Xırdalanda avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb

16 Dekabr 2019, 16:28 (GMT +4)
Liviyanın daxili işlər naziri sui-qəsdə məruz qalıb

16 Dekabr 2019, 16:20 (GMT +4)
“Qala Sığorta” və “Qala Həyat” FHN işçiləri üçün xüsusi kampaniyaya başlayıb

16 Dekabr 2019, 16:15 (GMT +4)
Azərbaycanlı rejissorun filmi «Best USA Film» nominasiyasında qalib olub

16 Dekabr 2019, 16:11 (GMT +4)
AİP parlament seçkilərində iştirakla bağlı qərarını açıqlayıb

16 Dekabr 2019, 16:05 (GMT +4)
“Əbədi ezamiyyət” sənədli filminin BDU-da nümayişi keçirilib

16 Dekabr 2019, 15:56 (GMT +4)
Lukaşenko məmurların məhkəməsiz məhkum edilməsini təklif edib

16 Dekabr 2019, 15:48 (GMT +4)
Riyaziyyatın tədrisi metodikasına dair konfrans keçirilib

16 Dekabr 2019, 15:32 (GMT +4)
AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi oldu

16 Dekabr 2019, 15:20 (GMT +4)
“Həqq məndədir” adlı konsert olacaq

16 Dekabr 2019, 15:15 (GMT +4)
Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayışla bağlı rəsmi açıqlama verilib

16 Dekabr 2019, 15:12 (GMT +4)
İran Rusiya ilə Fordo nüvə təsisatının əməkdaşlığının dayanmasına aydınlıq gətirib

16 Dekabr 2019, 15:03 (GMT +4)
ADRA-nın üç Regional İdarəsinin əməkdaşları Gəncəyə toplaşıb

16 Dekabr 2019, 14:55 (GMT +4)
Parisdə tətillər 600 kilometrlik tıxaclara səbəb olub

16 Dekabr 2019, 14:52 (GMT +4)
Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə görüşüb

16 Dekabr 2019, 14:48 (GMT +4)
“Azəri-Çıraq-Günəşli – 25” kitabı ictimaiyyətə təqdim olunub

16 Dekabr 2019, 14:42 (GMT +4)
Filippində zəlzələ nəticəsində üç nəfər ölüb

16 Dekabr 2019, 14:37 (GMT +4)
“Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirilib

16 Dekabr 2019, 14:34 (GMT +4)
Sabah Bakıda 14 dərəcə isti gözlənilir

16 Dekabr 2019, 14:21 (GMT +4)
Bakı Metropolitenində Nəsiminin 650 illik yubileyi çərçivəsində sərgi keçiriləcək

16 Dekabr 2019, 14:05 (GMT +4)
Diplomatik korpusun nümayəndələri “Sitrus vadisi” aqroturunda iştirak ediblər

16 Dekabr 2019, 13:56 (GMT +4)
İraqda yeni baş nazirin seçilməsi məsələsi dalana dirənib

16 Dekabr 2019, 13:48 (GMT +4)
Çin ABŞ-ın diplomatlarını qovmasına etiraz edib

16 Dekabr 2019, 13:30 (GMT +4)
MN: Dekabr ayının sonunadək Azərbaycan Ordusunda 200 mindən artıq ağac əkiləcək

16 Dekabr 2019, 13:17 (GMT +4)
Braziliya İsraildəki səfirliyi Qüdsə köçürəcək

16 Dekabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66