Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

MİDA və Təhsil Nazirliyi yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq edir

04 İyun 2018, 16:01 (GMT +4)

Bakı, 4 iyun, SalamNews. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ölkədə inşaat sektorunda çalışacaq gənc kadrların bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlıq edir.

MİDA-dan SalamNews-a verilən məlumata görə, ölkədə peşə-ixtisas və ali təhsil müəssisələrinin inşaat, tikinti və memarlıq ixtisasları üzrə təhsil alan şagird və tələbələrin Agentlikdə və onun tikinti ərazilərində istehsalat təcrübəsi keçməsinin təşkil edilməsi və bu sahədə uzunmüddətli əməkdaşlığın yaradılması qarşıya qoyulan əsas vəzifələrdəndir.

Təcrübəkeçmənin əsas məqsədi peşə təhsilinə yiyələnən gənclərin öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaq, yüksək ixtisaslı kadrların hazırlanmasına və əmək bazarında səriştəli işçi qüvvəsinə olan tələbatın ödənilməsinə töhfə verməkdir.

Bununla əlaqədar olaraq Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 8 nömrəli Bakı Peşə Liseyində təhsil alan şagirdlərin 2016-2017-ci və 2017-2018-ci tədris illərində güzəştli mənzillərin tikintisinin aparıldığı ərazidə istehsalat təcrübəsi keçməsi layihəsi uğurla başa çatdırılmışdır.

Qeyd edilən dövrdə Liseyin “Əl elektrik qaynaqçısı” ixtisası üzrə təhsil alan 30-a yaxın şagirdi Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin inşa olunduğu ərazidə 1 ay müddətində istehsalat təcrübəsi keçmişdir. 8 nömrəli Bakı Peşə Liseyi ilə bu layihənin uğurla reallaşdırıldığını nəzərə alaraq, bu ildən daha bir təhsil müəssisəsinin şagirdləri üçün təcrübəkeçmə proqramı təşkil edilmişdir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci ilə qurulan əməkdaşlıq nəticəsində 2017-2018-ci tədris ilində bu təhsil müəssisəsinin “Dizayn” və “Bina və qurğuların tikintisi və istismarı“ ixtisasları üzrə təhsil alan 28 şagirdinin təcrübəkeçməsinə şərait yaradılmışdır. Şagirdlərin təcrübəkeçmə işinə Agentliyin şəhərsalma, memarlıq və tikinti sahəsi üzrə yüksək ixtisaslı mütəxəssisləri rəhbərlik etmişdir.

Bu müddət ərzində gənclər iş prosesi ilə tanış olmuş, ixtisasları üzrə praktiki biliklərə yiyələnmiş, öz peşə bacarıqlarını inkişaf etdirmək və onları real iş şəraitində tətbiq etmək imkanına sahib olmuşlar. Bununla yanaşı, təcrübə rəhbərləri tərəfindən şagirdlərə ixtisasları ilə bağlı praktiki tapşırıqlar verilmiş və onların icrasına nəzarət edilmişdir.

Gələcəkdə Agentlik tərəfindən reallaşdırılan layihələrinin sayı artdıqca ali təhsil müəssisələrinin tələbələri üçün də təcrübəkeçmə imkanlarının yaradılması planlaşdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MİDA güzəştli mənzillərin əldə edilməsi imkanlarını genişləndirib

MİDA Hövsan Yaşayış Kompleksindən mənzil satışına hazırlaşır

MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

MİDA növbəti mənzil satışının vaxtını açıqlayıb

MİDA növbəti mənzil seçimi ilə bağlı açıqlama yayıb

MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək

MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək

MİDA ulu öndərin  doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib

MİDA “Güzəştli mənzil” sistemində dəyişikliklər edib

MİDA 40 milyon manatlıq özəl investisiya cəlb edəcək

MİDA: “Ernst & Young” güzəştli mənzillərin ilk satışının şəffaf keçdiyini təsdiqləyib

MİDA yanvarın 25-də həyata keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

MİDA güzəştli mənzil almaq istəyənlərə müraciət edib

Prezident İlham Əliyev MİDA-nın Yasamal yaşayış kompleksinin açılışında iştirak edib

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satış tarixini elan edib

MİDA-nın Yasamal Yaşayış Kompleksində ilk mənzillərin satışı başa çatıb

MİDA Bank VTB və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb

MİDA-nın satış sistemində yaranmış problemə aydınlıq gətirilib

MİDA-nın Yasamal Yaşayış Kompleksində İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri ilə görüş olub

MİDA-da gənclər təşkilatları üçün görüş keçirilib

19 Fevral 2020, 18:01 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Avropa İttifaqının səfiri Gömrük Akademiyasında olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

19 Fevral 2020, 17:53 (GMT +4)
Ötən il Azərbaycanda 22,5 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub

19 Fevral 2020, 17:53 (GMT +4)
İran ötən noyabr ayının iğtişaşları və toqquşmalarında ölənlərin sayını rəsmən açıqlayacaq

19 Fevral 2020, 17:43 (GMT +4)
Uxanda koronavirusa yoluxanların müalicəsi üçün müvəqqəti xəstəxanalar açılıb

19 Fevral 2020, 17:35 (GMT +4)
Azərbaycan Prezidenti İtaliyaya gedib (FOTOLAR)

19 Fevral 2020, 17:26 (GMT +4)
Çində daha bir xəstəxananın baş həkimi koronavirusa yoluxub

19 Fevral 2020, 17:11 (GMT +4)
Yəmənin müdafiə nazirinin avtomobili partladılıb

19 Fevral 2020, 17:07 (GMT +4)
Cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır

19 Fevral 2020, 16:56 (GMT +4)
“Avro-2020”nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq

19 Fevral 2020, 16:47 (GMT +4)
Pompeo: Tramp Afrika ölkələri ilə ticarət sazişləri bağlamaq istəyir

19 Fevral 2020, 16:42 (GMT +4)
30 saylı Suraxanı birinci seçki dairəsi üzrə dörd məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

19 Fevral 2020, 16:39 (GMT +4)
“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytarıb

19 Fevral 2020, 16:20 (GMT +4)
Səfir: OYU-nun diplomlarının Türkiyədə tanınmasında heç bir problem yoxdur

19 Fevral 2020, 16:06 (GMT +4)
WSJ: Blumberq prezident seçilsə media şirkətini satacaq

19 Fevral 2020, 16:03 (GMT +4)
Martın əvvəli Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü gözlənilir

19 Fevral 2020, 15:58 (GMT +4)
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

19 Fevral 2020, 15:30 (GMT +4)
Ərdoğan Rusiya ilə Türkiyə arasındakı İdliblə bağlı danışıqları şərh edib

19 Fevral 2020, 15:30 (GMT +4)
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

19 Fevral 2020, 15:13 (GMT +4)
İranda iki nəfərin koronavirusa yoluxması ilə bağlı testlər müsbət çıxıb

19 Fevral 2020, 14:57 (GMT +4)
ABŞ-dan olan nümayəndələr Bakı Limanına səfər ediblər

19 Fevral 2020, 14:56 (GMT +4)
Lavrov Rusiyanın Türkiyə ilə danışıqlarda İdliblə bağlı nəticə əldə edilmədiyini təsdiqləyib

19 Fevral 2020, 14:48 (GMT +4)
Hələb sakinləri ordunun uğurlu əməliyyatına görə şənlik mərasimi keçiriblər (VİDEO)

19 Fevral 2020, 14:46 (GMT +4)
Ötən il Azərbaycanda qaz istehlakı artıb

19 Fevral 2020, 14:33 (GMT +4)
Kreml Türkiyənin İdlibdə əməliyyat keçirmə ehtimalını şərh edib

19 Fevral 2020, 14:28 (GMT +4)
"Azərbaycan Dəmir Yolları"nın rəsmiləri Avropada görüşlər keçirib

19 Fevral 2020, 14:11 (GMT +4)
AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

19 Fevral 2020, 13:58 (GMT +4)
Ərdoğan: İdlibdəki əməliyyat istənilən vaxt başlaya bilər

19 Fevral 2020, 13:47 (GMT +4)
Bakıda uşaqlara siqaret satanlar cərimələnib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66