Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » RAMAZAN

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən iftar süfrəsi təşkil olunub (FOTO)

30 May 2018, 11:35 (GMT +4)

Bakı, 30 may, SalamNews, M.Sadiq. Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün iftar süfrəsi təşkil olunub.

SalamNews xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov iftar süfrəsinə təşrif gətirənlərə xoş arzularını bildirib, onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. M.İsmayılov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına verdiyi önəmdən bəhs edib. Bildirib ki, Prezidentimiz tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına xüsusi qayğı göstərir. İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir.

M.İsmayılov vurğulayıb ki, dövlət başçısının Fərmanı ilə yaradılan Fondun əsas fəaliyyət istiqamətlərini də milli-mənəvi dəyərlərin qorunması və təbliği, bu istiqamətdə maarifləndirmə işinin aparılması təşkil edir.
Fondun icraçı direktoru, eyni zamanda şəhidlik məqamının dinimizdə yüksək qiymətləndirildiyini qeyd edib, dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı diqqətə çatdırıb ki, xalqımız əsrlərboyu öz milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var.
DQİDK sədrinin birinci müavini islami dəyərlərin qorunub saxlanılmasının Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Bildirib ki, dövlət başçısının hər il Ramazan ayında İslam və qeyri-islam dini konfessiyalarının nümayəndələri ilə iftar süfrəsində iştirak etməsi Prezidentin milli-mənəvi və dini dəyərlərə həssas münasibətini bir daha təcəssüm etdirir.
Sonda şəhidlərin ruhuna dualar oxunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aİİ-nin 30 tələbəsinə Mənəvi Dəyərlərin Təbliği Fondunun təqaüdü verilib

Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Bilik Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondu şagirdləri sevindirib

Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayırıb

“Loqos”la əməkdaşlıq etmək istəyirik - Mənəvi Dəyərlərin Təbliği Fondu

Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi Türkiyədə bir sıra görüşlər keçirib

Mənəvi Dəyərlərin Təbliği Fondunun loqosu müəyyənləşib

Mənəvi Dəyərlərin Təbliği Fondu loqo müsabiqəsi elan edir

Mənəvi Dəyərlərin Təbliği Fondunda yeni komitə yaradılıb

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Gəncədə iftar süfrəsi təşkil edilib

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən İsmayıllıda iftar süfrəsi təşkil edilib

Mənəvi Dəyərlərin Təbliği Fondu iftar süfrəsi təşkil edib

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondu işçilərinin aylıq vəzifə maaşları artırılıb

Prezident Mənəvi Dəyərlərin Təbliği Fonduna 6,1 mln. manat ayırıb

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib

Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb

22 Avqust 2019, 18:01 (GMT +4)
Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

22 Avqust 2019, 17:57 (GMT +4)
Egey dənizində təxminən bir ton ağırlığında beş metrlik köpək balığı tutulub

22 Avqust 2019, 17:55 (GMT +4)
“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirilib

22 Avqust 2019, 17:53 (GMT +4)
Rəsmi Moskva Xan-Şeyxunun azad edilməsinə münasibət bildirib

22 Avqust 2019, 17:41 (GMT +4)
“Azərişığ"ın rəhbərliyi  Qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

22 Avqust 2019, 17:41 (GMT +4)
Bərdədə top mərmisi tapılıb (FOTO)

22 Avqust 2019, 17:31 (GMT +4)
Taxta bazarındakı yanğında FHN-nin iki əməkdaşı xəsarət alıb

22 Avqust 2019, 17:25 (GMT +4)
BMT-in Yəmən üzrə rəsmisi husilərin lideri ilə görüşüb

22 Avqust 2019, 17:23 (GMT +4)
Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22 Avqust 2019, 17:12 (GMT +4)
“Kənddən Şəhərə” yarmarkası davam edir

22 Avqust 2019, 17:11 (GMT +4)
Çində güclü yağışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

22 Avqust 2019, 17:01 (GMT +4)
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

22 Avqust 2019, 16:50 (GMT +4)
“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

22 Avqust 2019, 16:36 (GMT +4)
Bakıda taxta bazarı yanır (FOTO/VİDEO)

22 Avqust 2019, 16:30 (GMT +4)
XİN: Rusiya İdlib üzrə Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək

22 Avqust 2019, 16:22 (GMT +4)
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

22 Avqust 2019, 16:17 (GMT +4)
Suriya Ordusu tərəfindən mühasirədə qalan Türkiyə post patrul mövqeyinə atəş açılıb

22 Avqust 2019, 16:13 (GMT +4)
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

22 Avqust 2019, 16:13 (GMT +4)
Türkiyədə ilin əvvəlindən 635 terrorçu zərərsizləşdirilib

22 Avqust 2019, 15:52 (GMT +4)
Bakı polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22 Avqust 2019, 15:40 (GMT +4)
Belçika millətçiləri Trampa Valoniyanı 1 avroya almağı təklif edirlər

22 Avqust 2019, 15:20 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Paraqvay HƏMAS və Hizbullahı terror təşkilatı elan edib

22 Avqust 2019, 15:10 (GMT +4)
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

22 Avqust 2019, 15:10 (GMT +4)
Ukraynanın ABŞ-dakı səfirliyi G7 liderlərinə müraciət edib

22 Avqust 2019, 14:57 (GMT +4)
Zaqatalada bir həftə əvvəl ağacdan yıxılan kişi xəstəxanada ölüb

22 Avqust 2019, 14:47 (GMT +4)
Nazir müavini: bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq

22 Avqust 2019, 14:31 (GMT +4)
Məhəmməd Cavad Zərif: Müharibəni başladan biz olmayacağıq 

22 Avqust 2019, 14:23 (GMT +4)
Avropa İttifaqı Rusiyanın G8-ə qayıtmasına qarşı çıxır

22 Avqust 2019, 14:18 (GMT +4)
Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

22 Avqust 2019, 14:08 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12