Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Taksi sürücüsünü öldürüb cibindən 19 manat aparan dəstə üzvləri həbs olunublar

14 May 2018, 13:46 (GMT +4)

Bakı, 14 may, SalamNews. Ölkənin daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində Sumqayıt şəhərində baş verən qətl hadisəsinin üstü açılıb.

Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub. Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyidi tapılan şəxsin “Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məmmədov, Sumqayıt şəhərində yaşayan Rahin Hüseynov və Şəmkir rayon sakini Şamil Bayramov tutulub.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili H.Z.Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər. Bu niyyətlə hər 3 şəxs mayın 8-də metronun “20 Yanvar” stansiyasının yaxınlığında A.Şıxəliyevin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşiblər. Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Ş.Bayramov və R.Hüseynov üzərlərində olan bıçaqlarla A.Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Sonra onlar sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşını təltif edib (SİYAHI)

BMqT-nin təmsilçiləri Daxili İşlər Nazirliyində olublar

Daxili İşlər Nazirliyi işə qəbul elan edib

Daxili İşlər Nazirliyi 500 işçi axtarır

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 27 il ötür

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib

Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edilib

Daxili İşlər Nazirliyi 3 vakant yerə işçi axtarır

Daxili İşlər Nazirliyi müsabiqə elan edib

Daxili İşlər Nazirliyi Abşeronda çörəkbişirmə sexində partlayış barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyi gücləndirilmiş iş rejiminə keçir

Daxili İşlər Nazirliyi vakansiya elan edib

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

09 Aprel 2020, 14:48 (GMT +4)
AB üzv ölkələrə Şengen bölgəsinə giriş qadağalarını uzatmağa çağırıb

09 Aprel 2020, 14:48 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 4 mini keçib

09 Aprel 2020, 14:31 (GMT +4)
“Azərişıq” abunəçilərə yeni onlayn xidmətlər göstərir (VİDEO)

09 Aprel 2020, 14:17 (GMT +4)
"Brent" markalı neftin qiyməti artıb

09 Aprel 2020, 14:07 (GMT +4)
ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

09 Aprel 2020, 13:51 (GMT +4)
"Kapital Bank" biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib 

09 Aprel 2020, 13:42 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşıb

09 Aprel 2020, 13:41 (GMT +4)
Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

09 Aprel 2020, 13:20 (GMT +4)
Sabah Bakıda 15 dərəcə isti gözlənilir

09 Aprel 2020, 12:45 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq yeni siyasətçinin adı rəsmən açıqlanıb

09 Aprel 2020, 12:45 (GMT +4)
Rusiyada koronavirusa yoluxanların sayı 10 mini keçib

09 Aprel 2020, 12:44 (GMT +4)
İşsizlər üçün birdəfəlik ödəmələrin kimlərə veriləcəyi açıqlanıb

09 Aprel 2020, 12:35 (GMT +4)
“Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” adlı proqrama start verilir

09 Aprel 2020, 12:18 (GMT +4)
Tramp: Amerika istehsalçıları neftin istehsal həcmlərini azaldıb

09 Aprel 2020, 11:53 (GMT +4)
Baş nazir: Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var 

09 Aprel 2020, 11:51 (GMT +4)
İtaliyada son sutka 2099 nəfər koronavirusdan sağalıb 

09 Aprel 2020, 11:48 (GMT +4)
Koronavirus dünya dövlətləri və xalqları üçün bir sınaq və imtahandır – Ayətullah Xamenei

09 Aprel 2020, 11:46 (GMT +4)
“Gilavar” Azərbaycan Foto Klubu yeni layihə həyata keçirir

09 Aprel 2020, 11:39 (GMT +4)
Gender-əsaslı zorakılığa qarşı mübarizəyə dair layihə həyata keçirilir

09 Aprel 2020, 11:32 (GMT +4)
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

09 Aprel 2020, 11:10 (GMT +4)
Milli Məclisin iclası başlayıb

09 Aprel 2020, 11:06 (GMT +4)
AB Avropadan kənarda COVID-19 ilə mübarizə aparmaq üçün 20 milyard avro ayıracaq

09 Aprel 2020, 11:06 (GMT +4)
Xəlifə Haftarın ordusu Livayada Türkiyənin iki PUA-sını vurduğunu bildirib

09 Aprel 2020, 11:00 (GMT +4)
Məhbuslar ödənişsiz psixoloji yardım alacaqlar

09 Aprel 2020, 10:45 (GMT +4)
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

09 Aprel 2020, 10:33 (GMT +4)
İran koronavirusa görə nüvə sahəsində 122 məhsulun təqdimatını təxirə salıb

09 Aprel 2020, 10:30 (GMT +4)
Azərbaycanda "Könüllü donor" kampaniyasına start verilib

09 Aprel 2020, 10:21 (GMT +4)
"Azərpoçt" Bakıətrafı qəsəbələrdə səyyar xidmətlərin göstərilməsinə başlayıb (FOTO)

09 Aprel 2020, 10:15 (GMT +4)
Türkiyə və Çin liderləri Covid-19 ilə mübarizə addımlarını müzakirə edib

09 Aprel 2020, 10:10 (GMT +4)
Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66