Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

AMŞ yazı müsabiqəsi elan edib

24 Aprel 2018, 10:40 (GMT +4)

Bakı, 24 aprel, SalamNewsAzərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Mətbuat Şurası Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qismlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübələrin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ic­ti­maiy­yətlə ordu arasında əlaqələrin genişləndirilərək daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

“Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsi Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunur.

Müsabiqəyə 2018-ci il mart ayının 30-dan iyun ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılacaq.

 Müsabiqəyə təqdim olunan istiqamətləndirici mövzular aşağıdakılardır:

 

-   Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Ali Baş Komandan cənab İlham Əliyevin davam etdirdiyi müasir ordu quruculuğu;

-   Azərbaycan Ordusunun döyüş hazırlığı, şəxsi heyətin nizam-intizamı, sosial-məişət şəraiti, təminat və təchizatı;

-   Azərbaycan Ordusunun beynəlxalq hərbi əməkdaşlığı;

-   Azərbaycanın hərb tarixi, uğurlu döyüş əməliyyatları, qazanılan qələbələr;

-   Hərb elminin inkişafı, hərbi təhsilin perspektivləri;

-   Azərbaycan əsgərinin hərbi-vətənpərvərlik tərbiyəsi. Vətənə, dövlətə, hərbi anda sədaqət, hərbi dostluq, şücaət, igidlik və qəhrəmanlıq;

-   Ordu-ictimaiyyət əlaqələri.

 

Müsabiqəyə təqdim olunan yazılarda üstünlük veriləcək:

 

-   Mövzunun dolğun əhatə edilməsi;

-   Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

-   İfadə vasitələrinin zənginliyi;

-   Oxucu üçün informativlik dərəcəsi;

-   Müqayisəli təhlil üslubundan istifadə.

 

Müsabiqəyə təqdim edilən yazılarda janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar Azərbaycan, ingilis və rus dillərində olmalı, 9-11 min işarə həcmindən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

 

Yazıda “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir” qeydi olmalıdır.

 

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən və ya müəllifin elektron ünvanından elektron qaydada təqdim edilməlidir.

 

Yazı müəllifi aşağıdakı sənədləri təqdim etməlidir:

 

§  şəxsiyyət vəsiqəsinin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);

§  kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);

§  əlaqə vasitələri - iş və mobil telefonları (təqdimat elektron qaydadadırsa, Word faylında, Times New Roman şriftində);

§  müsabiqə üçün təqdim edilən yazının yayımlandığı qəzet və jurnalın 1 (bir) nüsxəsi (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);

§  yazı elektron media resursunda dərc olunubsa, bunu təsdiqləyən link;

  • yazının A4 formatında ayrıca vərəqdə nüsxəsi (təqdimat elektron qaydadadırsa,  müəllifin adı qeyd edilməməklə Word faylında);

Qeyd: yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri ms.musabiqe@gmail.com elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqə üçün yazılar 2018-ci il iyunun 10-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Həmçinin müsabiqə üçün yazılar müvafiq şərtlər yerinə yetirilməklə ms.musabiqe@gmail.com elektron poçt ünvanına da göndərilə bilər.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

 

Şərtlər:

 

- Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir;

- Müsabiqə üçün təqdim edilən yazı müəllifin çalışdığı kütləvi informasiya vasitəsində yayımlanmalıdır;

- Müsabiqəyə təqdim edilən yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması qadağandır.

 

Yazı müsabiqəsinin mükafat fondu aşağıdakı qaydada nəzərdə tutulub:

 

- I yer - 1 nəfər - 1500 manat;

- II yer         - 2 nəfər - 1000 manat;

- III yer - 3 nəfər - 700 manat;

 

- Həvəsləndirici mükafatlar - 5 nəfər - 200 manat;

 

Müsabiqə qaliblərinin adları 2018-ci il iyun 25-dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birgə təşkil ediləcək tədbirində açıqlanacaq.

 

Əlaqə telefonu:

                   (012) 441 35 96

                   (055) 201 99 26

                   (050) 242 09 91


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başlayıb

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

AMŞ sədri Fuad Abbasovun həbsinə münasibət bildirib

İngiltərə müdafiə naziri Qevin Uilyamson istefaya göndərilib

Tillerson Trampı "intizamsız" və "oxumağı sevməyən" insan adlandırıb

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum olub

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti 

Husilər Səudiyyənin ABŞ istehsallı bir Abrams tankını vurublar (FOTO)

“Samsung” şirkəti 6 kameralı smartfonunu təqdim edəcək

AMŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb

Türkiyənin Səfirliyinin mətbuat müşaviri AMŞ-də olub

“Samsung” yeni 5G modem təqdim edib

“Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın!

Solikamskda Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş tədbir keçirilib (FOTO,VİDEO)

“Full” stendinə gəl, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan

Jurnalistin söyülməsi biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir - AMŞ sədri

"Reket jurnalistika" ilə bağlı 104 yekun rəy qəbul edilib - AMŞ sədri

Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilib

“Full” paketinə qoşulmuş “Nar” abunəçiləri “Samsung Galaxy S8”, “Ipad Pro” və “Samsung Gear S3” qazandılar

AMŞ sədri jurnalistlərin vəfatı ilə əlaqədar başsağlığı verib

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66