Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ADNSU və “Microsoft” arasında əməkdaşlığa dair saziş imzalanıb

18 Aprel 2018, 15:28 (GMT +4)

Bakı, 18 aprel, SalamNewsAzərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Microsoft Azərbaycan” şirkəti arasında qarşılıqlı əməkdaşlığa və “Microsoft”un proqram təminatının lisenziyalaşdırılmasına dair saziş imzalanıb.

Sazişə əsasən, ADNSU-nun “Microsoft” məhsulları əsasında qurulan bütün İT-infrastrukturu tam lisenziyalaşdırılıb və nəticədə Universitetin 11 min tələbəsi üçün lisenziyalı “Windows”, “Office” və s. əlçatan olub. ADNSU Azərbaycanın ali təhsil ocaqlarının top-beşliyinə daxildir və ilk Universitetdir ki, İT-infrastrukturunu tam leqallaşdırıb.

“Tərəflər arasında imzalanan sazişin əsas məqsədi ADNSU-nun İT-infrasturkturunun tam leqallaşdırılması, tələbələr arasında eyni hüququ və maliyyə vəsaitlərinin səmərəli istifadəsini təmin etməkdir. Bu, həm də Universitetdə təhsilin rəqəmsal transformasiyasının bir hissəsidir. Eyni zamanda, saziş ADNSU-nun nəzdində olan “eazi START” inkubatorunda fəaliyyət göstərən gənc startaplara pulsuz proqram təminatı və bulud imkanlarından yararlanmaq və tələbələrə öz startaplarını beynəlxalq bazarlara çıxarmağa imkan yaradır. Onu da bildirmək istərdim ki, “Microsoft”un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir”, - deyə “Microsoft Azərbaycan” şırkətinin baş direktoru Sərxan Həşimov bildirib. “Microsoft”un “Office 365” imkanları sayəsində ADNSU bütün müəllim və tələbə heyətini “Outlook” korporativ poçt, “OneDrive” fayl saxlancı, “Skype for Business” vasitəsilə audio-video konfranslar qurmaq kimi məhsullarla təmin edir. Bununla yanaşı, tədris prosesinin idarəetmə sisteminin “Azure” bulud məkanında yerləşdirilməsi Universitetin maliyyə xərclərini azaldır. Saziş sayəsində bütün tələbə və müəllimlər lisenziyalaşdırılmış proqram təminatından pulsuz istifadə edə bilir.

Bununla da Universitet müəllif hüquqlarına hörmət nümayiş etdirir və əqli mülkiyyət məhsullarının yaradılması üçün münbit zəmin yaradır. “Biz “Microsoft” korporasiyası ilə onun informasiya resurslarının Universitetin təhsil proqramına inteqrasiyası sahəsində uzun illərdir əməkdaşlıq edirik. Sözügedən saziş bizim əməkdaşlığımızın uğurlu davamıdır. “Microsoft”un lisenziyalı proqram təminatından istifadə etməmiz təhsil fəaliyyətində İKT-dən yararlanmağımızı və Universitetin İT-infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tələbatlarımızın ödənilməsini təmin edəcək. Müxtəlif İT-servislər işimizdə bulud texnologiyalarından istifadə etməyimizə imkan yaradacaq ki, bu da bizə təhsil xidmətlərimizi daha effektli şəkildə təqdim etməyə şərait yaradacaq.

Gələcəkdə bu saziş bizə distant təhsili tətbiq etməyə imkan verəcək”, - deyə ADNSU-nun rektoru, professor Mustafa Babanlı bildirib. Bundan başqa, sözügedən saziş ADNSU tələbələrində istehsalçıların əqli mülkiyyət hüquqlarına hörmət mədəniyyətini tərbiyə etdirəcək. “ADNSU-da kompüter texnologiyaları, proqramçılıq və İT ixtisasları üzrə təhsil alan 2 mindən çox tələbə mövcuddur. Gələcəyin mütəxəssisləri kimi onlar dərk etməlidirlər ki, fərdi inkişaf məhz özgəsinin işləyib hazırladığı bir şeyə hörmətlə yanaşmaqdan başlayır”, - deyə Mustafa Babanlı vurğulayıb.

Yaradıcılıq qabiliyyətinin və birgə iş bacarıqlarının inkişafı, habelə problemlərin həlli tələbələrin gələcək karyeraya hazırlanmasında mühüm rol oynayır.

Tələbələri ilhamlandıran texnoloji həllər onları gələcəyə hazırlaşdırmaqda kömək edərək müəllimlərə dəstək olur. “Microsoft”un məlumatların təhlili, bulud texnologiyaları, iş bacarığı üzrə təhsil, mobillik və məhsuldarlıq üzrə həlləri müasir təhsilin tələbatlarını tam ödəyir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb

“Microsoft” və “Gilan Holding” arasında saziş imzalanıb

“Microsoft” təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb

Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb

“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

"Microsoft" Azərbaycanda tələbələr üçün laboratoriya açacaq

“Microsoft” korporasiyası “Bakutel2018” də innovasiya texnologiyalarını təqdim edəcək

“Microsoft” Azərbaycanda “Əşyaların İnterneti” laboratoriyasını yaradacaq

“Microsoft” regional Virtual Sammitinə ev sahibliyi edəcək

Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“AzInTelecom”un Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“Microsoft Imagine Cup” müsabiqəsinin finalçıları məlum olub

“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir

“Microsoft” serverləri eksperiment üçün dənizdə batırılıb

“Microsoft” kapitallaşma dəyərinə görə “Google”u geridə qoyub

Prezident “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini qəbul edib

Azərbaycanda hər yüzüncü “Microsoft Office” istifadəçisi eksploitlərlə rastlaşıb

“Nar”-ın dəstək olduğu “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri bəlli olub

21 Avqust 2019, 17:53 (GMT +4)
Pekin ABŞ-ı Çinlə yaxşı münasibətlər qurmağa çağırır

21 Avqust 2019, 17:50 (GMT +4)
Sabah Sabunçu stansiyasının girişi istiqamətindəki keçiddən avtomobillərin hərəkəti dayandırılacaq

21 Avqust 2019, 17:49 (GMT +4)
İsrail İraqa hava zərbələri endirib - İraq rəsmisi

21 Avqust 2019, 17:44 (GMT +4)
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

21 Avqust 2019, 17:30 (GMT +4)
“Neftçi”nin rəqibi Avropa Liqasında iştiraka görə 260 min avro qazanıb

21 Avqust 2019, 17:17 (GMT +4)
DYP Sabunçuda maarifləndirici tədbirlər keçirib (FOTO)

21 Avqust 2019, 17:10 (GMT +4)
Rusiya və Ukrayna dənizçilərin və məhbusların mübadiləsinə hazırlaşır

21 Avqust 2019, 17:05 (GMT +4)
Milli valyutada olan əmanətlər 24,7 faiz artıb

21 Avqust 2019, 17:02 (GMT +4)
Yəməndə vurulan hərbi pilotsuz təyyarənin ABŞ ordusuna məxsus olduğu təsdiqlənib

21 Avqust 2019, 16:51 (GMT +4)
Füzulidə daha bir mərmi tapılıb

21 Avqust 2019, 16:34 (GMT +4)
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

21 Avqust 2019, 16:26 (GMT +4)
Zaxarova Rusiyanın G8-ə qayıdış ehtimalını şərh edib

21 Avqust 2019, 16:24 (GMT +4)
Poroşenko Ukraynanı tərk edib

21 Avqust 2019, 16:15 (GMT +4)
Fələstin hərəkatları əl-Əqsa məscidinin yandırılması ildönümündə müsəlmanlara çağırış ediblər

21 Avqust 2019, 16:03 (GMT +4)
ETSN: Sürücülərə maarifləndirici məlumatlar verilir

21 Avqust 2019, 15:57 (GMT +4)
Maduro Putinə ismarıc göndərib

21 Avqust 2019, 15:45 (GMT +4)
Azərbaycan gömrükçüləri şokoladın içində narkotik aşkarlayıblar (FOTO)

21 Avqust 2019, 15:32 (GMT +4)
KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb

21 Avqust 2019, 15:30 (GMT +4)
"Roskomnadzor" Rusiyanın himnini təhqir edən iki saytı blok edib

21 Avqust 2019, 15:22 (GMT +4)
Ayətullah Xamenei Hindistanın Kəşmirlə bağlı siyasətinə münasibət bildirib

21 Avqust 2019, 15:01 (GMT +4)
Dəmiryolçular üçün sağlam və təhlükəsiz iş mühiti mövzusunda treninqlərə start verilib

21 Avqust 2019, 14:59 (GMT +4)
Maduro Venesuelanın ABŞ-la danışıqlar apardığını təsdiqləyib

21 Avqust 2019, 14:46 (GMT +4)
Şoyqu Rusiyanın qərb sərhəddinin gücləndirildiyini açıqlayıb

21 Avqust 2019, 14:38 (GMT +4)
Ərəb ölkələri milyardlarla dollarlıq qərb silahı ilə təhlükəsizliyi təmin edə bilməyəcək - Cavad Zərif

21 Avqust 2019, 14:30 (GMT +4)
Bakıda yeni liftlərin quraşdırılması davam edir

21 Avqust 2019, 14:10 (GMT +4)
MN: Təmas xəttində monitorinq insidentsiz başa çatıb

21 Avqust 2019, 13:59 (GMT +4)
İsmayıllı sakinindən tüfəng götürülüb

21 Avqust 2019, 13:50 (GMT +4)
Tramp "Apple"ı Çini tərk etməyə çağırıb

21 Avqust 2019, 13:33 (GMT +4)
Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır

21 Avqust 2019, 13:22 (GMT +4)
PAŞA Sığorta «Zərif Əllərin Gücü» sosial layihəsini uğurla reallaşdırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12