Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün Həzrət Zeynəbin (ə) vəfat günüdür

02 Aprel 2018, 10:05 (GMT +4)

Bakı, 2 aprel, SalamNews, M.Sadiq. Bu gün hicri-qəməri təqvimlə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Həzrət Zeynəbin (ə) vəfat günüdür.

SalamNews-un məlumatına görə, Həzrət Zeynəbi-Kübra (ə) hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya gəlib. Zeynəb (ə) İmam Əlinin (ə) və Həzrət Fatimənin (ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir.

Məlumata görə, bu adı ona babası Həzrət Muhəmməd (s) qoyub. Həzrət Zeynəb (ə) 5 yaşına qədər Peyğəmbərlə (s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Hər kəsə qarşı şəfqətli olan Həzrət Peyğəmbər(s) ilk qız nəvəsini sevərək əzizləyər və "tövsiyə edirəm, hamı bu qıza hörmət etsin, o, Xədiceyi-Kübra kimidir" deyərmiş.

Həzrət Zeynəbin (ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli-beyt(ə) ailəsində keçir və yetkinlik yaşına çatdıqda o, İmam Əlinin (ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur. Qeyd edək ki, tarixi mənbələrə əsasən, Həzrət Zeynəbin (ə) həyat yoldaşı Abdullah ərəblər arasında ən dövlətli insanlardan biri hesab olunub. Müxtəlif mənbələrdə Abdullahın və həyat yoldaşının böyük xeyriyyə fəaliyyətləri haqqında məlumatlar yer alıb.

Hicrətin 40-cı ilində Həzrət Əli (ə) Kufədə şəhid olarkən Həzrət Zeynəbin (ə) 35 yaşı var idi. Bu aıc hadisədən sonra onsuz da çətinliklər, münafiqlərin təzyiqləri altında yaşayan Peyğəmbər (s) ailəsinin vəziyyəti bir qədər də pisləşir. İmam Həsənin (ə) və İmam Hüseynin (ə) dövründə Həzrət Zeynəb (ə) hər zaman qardaşlarının yanında olur, onların qarşılaşdığı çətinlikləri bölüşür, dərdlərinə şərik çıxırdı. Hicrətin 61-ci ilində İmam Hüseyn (ə) Mədinəni tərk edərəkə Kərbəlaya yola düşərkən Həzrət Zeynəb (ə) də onunla birlikdə olur.

Qeyd etmək lazımdır ki, Kərbəla şəhidlərinə ilk dəfə əza saxlayan da Xanım Zeynəb (ə) olub. Həzrət Zeynəb (ə) ilk dəfə Əhli-beyt (ə) ailəsinin sağ qalanlarını bir araya gətirərək Kərbəla çölündə şəhidlərə yas məclisi qurur. Bununla da müsəlmanların 1400 ilə yaxındır davam etdiyi Aşura əzadarlığının əsası qoyulurdu.

Həzrət Zeynəb (ə) İmam Hüseynin (ə) şəhadətindən bir il sonra - hicrətin 62-ci ilində Şamda vəfat edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Quru yolla həzrət Zeynəbin (s.ə) məqbərəsinə ziyarət turlarına start verilib

Bu gün həzrət Zeynəb Kübranın (s.ə) mövlud günüdür

Zərif həzrət Zeynəbin ziyarətgahından mesaj verib: İdlib terrorçulardan təmizlənməlidir (Video)

Bu gün Həzrət Zeynəbin (ə) mövlud günüdür

Bu gün Həzrət Zeynəbin (ə) vəfat günüdür

Gürcüstanda Həzrət Zeynəbin (ə) mövlud günü qeyd olunub (FOTO)

Moskvada Həzrət Zeynəbin (ə) mövlud günü qeyd olunub

Bu gün Həzrət Zeynəbin (ə) mövlud günüdür

Aşura hərəkatının təbliğatçısı Həzrət Zeynəbin (ə) vəfat günüdür

Bu gün Aşura hərəkatının təbliğatçısı həzrət Zeynəbin (s.ə) vəfat günüdür

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66