Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Aşıq Şəmşirin yubileyinə həsr edilmiş “Saz-söz bayramı” adlı tədbir keçirilib

16 Mart 2018, 13:18 (GMT +4)

Bakı, 16 mart, SalamNewsMədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşəbbüsü ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş “Saz-söz bayramı” adlı tədbir keçirilib.

SalamNews xəbər verir ki, foyedə aşığın həyat və yaradıcılığına həsr edilmiş sərgi nümayiş olunub. Tamaşaçılar görkəmli aşığın kitabları, aşığa həsr edilmiş elmi-nəzəri ədəbiyyat nümunələrinə və onun ömrünün müxtəlif anlarını əks etdirən fotolara maraqla baxıblar.

Tədbir Aşıq Şəmşirə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar İncəsənət Xadimi, professor Məhərrəm Qasımlı Aşıq Şəmşirin yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, ustad aşıq 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu olub. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb.

Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən vacib cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb. Onun 40-dan artıq şagirdi olub. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbi əvəzsiz rol oynayıb. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.

Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilib, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi müqayisəedilməzdir. Nadir istedad və fitrət sahibinin lent yazıları bu günümüzədək gəlib çatıb.

Məhərrəm Qasımlı Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşirin bütün Azərbaycana daha yaxından tanıdılmasında böyük Səməd Vurğunun əvəzsiz rolu olduğunu diqqətə çatdırıb. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə tanış olduğunu və ona məşhur qoşmasını həsr etdiyini xatırladıb. Bildirib ki, ilk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. Bu lent yazılarından bəziləri Azərbaycan Dövlət Radiosunun qızıl fondunda saxlanılır.

Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Öyüdlər” və sair kitabları işıq üzü görüb.

Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Saxla izimi, dünya”, “Dədə Şəmşir yaddaşlarda” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Sazı-sözü ilə ürəklərdə əbədi məskən salan Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib. Mənfur erməni cəlladları Kəlbəcərin işğalı zamanı aşığın məzarını vəhşicəsinə dağıdıb, yerlə-yeksan ediblər. Lakin aşığın ruhu onun şeirlərində yaşayır.

Aşığın oğlu Qəmbər Şəmşiroğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda aşıqların ifasında ölməz sənətkarın qoşmaları səsləndirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı "Evdə qal" kampaniyasına qoşulur (FOTO)

"Aşıq Şəmşir"Mədəniyyət Ocağı Prezidentin təşəbbüsünə qoşulub

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Məmməd Aslanın 80 illik yubileyini qeyd edib

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Şamaxıda tədbir keçirib

Aşıq Şəmşirin yeni deyişməsi əldə olunub

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimi Birliyində ulu öndər Heydər Əliyev anılıb

Xaçmazda Aşıq Şəmşirin büstü ucaldılıb

Binəqədidə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı Xocalı faciəsi ilə əlaqədar anım tədbiri keçirib

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-nin sədri Mehriban Əliyevanı təbrik edib

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-nin nümayəndəsi YUNESKO Simpoziumunda Qarabağ həqiqətlərindən danışıb

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İB-də Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib 

"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi YUNESKO-da məsləhətçi statusu qazanıb

07 Aprel 2020, 14:48 (GMT +4)
YAP: Əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir

07 Aprel 2020, 14:40 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 27 mini sağalıb

07 Aprel 2020, 14:38 (GMT +4)
Lukaşenko: Belarus neft oyunlarından asılı olmamalıdır

07 Aprel 2020, 14:36 (GMT +4)
Azərbaycanda tibbi maska istehsalına başlanıb

07 Aprel 2020, 14:26 (GMT +4)
Neft Fondu maliyyə bazarlarında dalğalanmaların portfelinə təsirini şərh edib

07 Aprel 2020, 14:19 (GMT +4)
“Azexport” portalına sifarişlər artıb

07 Aprel 2020, 14:02 (GMT +4)
Tramp ABŞ-ın neft hasilatını azaltması ehtimalını şərh edib

07 Aprel 2020, 13:48 (GMT +4)
Fransa qüvvələri Bağdadda hərbi qərargahı ölkə ordusuna təhvil veriblər

07 Aprel 2020, 13:39 (GMT +4)
Ağsuda silsilə oğurluq hadisəsi törədilib (FOTO)

07 Aprel 2020, 13:22 (GMT +4)
BMT Təhlükəsizlik Şurası aprelin 9-da pandemiya ilə bağlı videoiclas keçirəcək

07 Aprel 2020, 13:17 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

07 Aprel 2020, 13:03 (GMT +4)
"Azeri Light" nefti ucuzlaşıb

07 Aprel 2020, 13:01 (GMT +4)
Azərbaycan Hərbiçiləri Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə olublar (FOTO)

07 Aprel 2020, 12:58 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 9 mini ötüb

07 Aprel 2020, 12:57 (GMT +4)
Rusiyada gün ərzində 1 154 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

07 Aprel 2020, 12:46 (GMT +4)
Ötən gün karantin rejimini pozan 1 499 sürücü cərimələnib

07 Aprel 2020, 12:30 (GMT +4)
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda ötən il 55 gəmi təmir olunub

07 Aprel 2020, 12:18 (GMT +4)
ƏƏSMN işsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi ilə bağlı açıqlama yayıb

07 Aprel 2020, 12:06 (GMT +4)
İran Parlamenti koronavirusun yayılmasından sonra ilk toplantısını keçirib (FOTO)

07 Aprel 2020, 12:03 (GMT +4)
Rusiya rublunun dəyəri qalxıb

07 Aprel 2020, 11:36 (GMT +4)
Azərbaycan Ordusunun yeni heyəti Cənubi Sudanda fəaliyyətə başlayıb

07 Aprel 2020, 11:32 (GMT +4)
Koronavirusdan müalicə üçün dərmanı gələn həftə Rusiyaya gətiriləcək

07 Aprel 2020, 11:17 (GMT +4)
Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsi yenidən qurulur

07 Aprel 2020, 11:16 (GMT +4)
Taliban Kabildə hökumətlə danışıqları dayandıracağı ilə bağlı xəbərdarlıq edib

07 Aprel 2020, 11:04 (GMT +4)
"Toyota" qoruyucu maskaların istehsalına başlayacaq

07 Aprel 2020, 10:56 (GMT +4)
Xaçmazda karantində olanlara mənəvi dəstək göstərilib (FOTO)

07 Aprel 2020, 10:39 (GMT +4)
Ayətullah Xamenei koronavirusa görə Milli İnkişaf Fondundan bir milyard avronun götürülməsinə razılıq verib

07 Aprel 2020, 10:31 (GMT +4)
İcazəsi olmayan şəxslərin küçədə hərəkəti barədə qanunvericiliyə uyğun tədbirlər davam etdirilir 

07 Aprel 2020, 10:28 (GMT +4)
Meksikada koronavirusdan 24 saat ərzində 30-dan çox insan ölüb

07 Aprel 2020, 10:15 (GMT +4)
Xüsusi karantin qaydalarını pozan sürücü həbs edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66