Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Əmanətlərin Sığortalanması Fondu “Elektron hökumət” portalına inteqrasiya edilib

10 Mart 2018, 15:44 (GMT +4)

Bakı, 10 mart, SalamNews. Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondunun (ADIF) təqdim etdiyi “Əmanətçilərin məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” adlı elektron xidmət “Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim ediləcək.

SalamNews xəbər verir ki, əmanətçilər depozit məlumatlarının dəqiqləşdirilməsi üçün fonda müraciəti portal üzərindən əldə edə biləcəklər. Bunun üçün ilk növbədə “Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrindən birini istifadə etməklə portaldan qeydiyyatdan keçmək lazımdır. Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür.

Təqdim olunan anket üzrə tələb olunan digər zəruri məlumatları isə vətəndaş özü əlavə edir. İstifadəçi əlaqə nömrəsi, əmanət müqaviləsinin nömrəsi, e-mail və əmanət müqaviləsinin tarixini qeyd edib, əmanətçinin təmsil olunduğu bank kateqoriyası üzrə ona uyğun olan bankı seçib, əmanət müqaviləsini əlavə edir və müraciətdəki məlumatların doğruluğunu təsdiq edib “göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur.

Qeyd edək ki, hazırda depozit məlumatlarını dəqiqləşdirmək üçün müştərilər yalnız “Dəmir bank” üzrə fonda müraciət edə bilərlər.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Fərmanına əsasən yaradılıb, həmin il avqustun 12-də isə fəaliyyətə başlayıb. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasında məqsəd banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Fondun sığorta ehtiyatları Fonda üzv olan banklardan rüblük olaraq yığılan təqvim haqlarının hesabına formalaşır. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ADIF Nazirlər Kabinetinə məktub ünvanlayıb

Mərkəzi Bank ADIF-ə 480 milyon manat kredit verəcək

ADİF “Dəmirbank”ın kreditorlarına müraciət edib

ADIF “Dəmirbank”a borcu olanlara müraciət edib

ADIF 4 bağlanmış bankın qorunan əmanətçilərinə müraciət edib

ADIF “Atabank” və “CDB Bank”ın birləşməsi ilə bağlı açıqlama yayıb

Daha iki bankın kreditorlarının tələblərinin qəbulu başa çatıb - ADIF

Bağlanan on bank üzrə 651 milyon manat kompensasiya ödənilib - ADIF

Maliyyə Nazirliyi ADİF-ə ayrılacaq kreditə dövlət zəmanəti verilməsi ilə bağlı qərar qəbul edib

9 bankın əmanətçilərinə 232 mln. manat kompensasiya ödənilib - ADİF

ADİF “Atrabank”ın əmanətçilərinə və banka borcu olanlara müraciət edib

ADİF “Parabank” və “Dekabank”a qarşı tələbləri olanlara müraciət edib

ADİF “Qafqaz İnkişaf Bankı” və “Atrabank”a tələb və borcu olanlara müraciət edib

ADIF “Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın qorunan əmanətçilərinə müraciət edib

21 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycan kərə yağı idxalını 29% artırıb

21 Oktyabr 2020, 17:50 (GMT +4)
Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

21 Oktyabr 2020, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21 Oktyabr 2020, 16:07 (GMT +4)
Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

21 Oktyabr 2020, 15:54 (GMT +4)
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlanıb

21 Oktyabr 2020, 15:45 (GMT +4)
“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

21 Oktyabr 2020, 15:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 31 mini ötüb

21 Oktyabr 2020, 15:30 (GMT +4)
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

21 Oktyabr 2020, 15:10 (GMT +4)
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub

21 Oktyabr 2020, 14:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

21 Oktyabr 2020, 14:51 (GMT +4)
Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti texnikalar (VIDEO)

21 Oktyabr 2020, 14:46 (GMT +4)
Türkiyə Suriyanın şimalında doqquz PKK üzvünün zərərsizləşdirildiyini bildirib

21 Oktyabr 2020, 14:35 (GMT +4)
TBMM sədri: Qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracağıq

21 Oktyabr 2020, 14:28 (GMT +4)
Azərbaycan ət idxalını 10%-dən çox azaldıb

21 Oktyabr 2020, 14:11 (GMT +4)
Kanadada koronavirusa yoluxanların sayı 203 mini keçib

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Liviyada münaqişə tərəfləri quru və hava yollarının açılmasında razılığa gəliblər

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər ucuzlaşıb

21 Oktyabr 2020, 13:45 (GMT +4)
Şəmkirdə 29 yaşlı kişi qonşusunu bıçaqlayıb

21 Oktyabr 2020, 13:34 (GMT +4)
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda 4 yarımstansiyanın tikilməsi nəzərdə tutulub

21 Oktyabr 2020, 13:28 (GMT +4)
Qırğızıstanda təkrar parlament seçkiləri 20 dekabrda keçiriləcək

21 Oktyabr 2020, 13:18 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 78 obyektdə epidemiya əleyhinə rejim pozulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66