Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün Xanım Fatimənin (s.ə) mövlud günüdür

09 Mart 2018, 08:00 (GMT +4)

Bakı, 9 mart, SalamNews. Bu gün, Cəmadiul-axir ayının 20-də, İslam Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimənin (s.ə) doğum günüdür.

SalamNews-un məlumatına görə, Həzrəti Fatimə (s.ə) besətin 5-ci ilində dünyaya gəlib. Bu zaman Peyğəmbərin (s) 45 yaşı olub. Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxtliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur.

Fatimə (s.ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatıb ki, atası Rəsulullah (s) onun haqqında buyurub: "Həqiqətən, Allah Fatimənin razılığına razı olur və qəzəbinə qəzəblənir."

Xanım Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladdır. Belə ki, Həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan yeddi övladının olmasına baxmayaraq, Həzrəti Fatimə (s.ə) istisna olmaqla, onların hamısı Peyğəmbərdən (s) əvvəl vəfat ediblər. Beləliklə, Peyğəmbərin (s) nəsli Həzrət Fatimənin (s.ə) övladları ilə davam edib.

Qurani-kərimin bir çox ayələrində, xüsusilə "Əhzab" surəsinin 33-cü ayəsində Peyğəmbər (s) ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu məsələyə Peyğəmbərdən (s) nəql edilən hədislərdə daha çox yer verilib.

Xanım Fatimənin (s.ə) uşaqlıq illəri atasının müşriklərlə mübarizəsinin şiddətli vaxtına təsadüf edir. Bu vaxt Həzrət peyğəmbər (s) həyat yoldaşı Həzrət Xədicəni (s.ə) itirir, Fatimeyi-Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artır. Həzrət Fatimə (s.ə) müşriklərin atasına verdikləri əzab-əziyyətləri görür və hiss edirdi. O, belə vaxtlarda daim atasının yanında olur. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını “Atasının anası” deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni Peyğəmbərin vəfatından cəmi 90 gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı Həzrət Əli (ə) müxəliflər məzarın yerini bilməsinlər deyə, onu gecə ikən dəfn edir. Məhz buna görə də Həzrət Fatimənin (s.ə) məzarının yeri naməlum olaraq qalır.

Bu əlamətdar, Xanım Fatimənin (s.ə) mövludu günündə bütün dünya müsəlmanlarını təbrik edirik.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakıda Xanım Zəhranın (s.ə) mövluduna həsr olunmuş tədbir keçirilib (FOTO)

Gürcüstanın Rustavi şəhərində Xanım Zəhranın (s.ə) mövludu təntənəli qeyd olunub (FOTO)

Xanım Zəhranın (s.ə) dərəcəsi Allah yanından çox alidir - ilahiyyatçı

Moskvada xanım Zəhranın (s.ə) şəhadət gününə həsr olunmuş mərasim keçirilib

Moskvada Xanım Zəhranın (ə) şəhadət günü qeyd olunub (FOTO)

Cəlilabadda xanım Zəhranın (ə) şəhadət günü ilə bağlı mərasim keçiriləcək

Sumqayıtda Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı anım mərasimi keçirilib (FOTOLAR)

"Xanım Zəhra" məscidinin dini icması balaca Zəhranın məzarını ziyarət edib (FOTOLAR)

Xanım Zəhranın (s.ə) mövlud gününə həsr olunmuş Quran gecəsi keçirilib (FOTO)

Hacı Cavad məscidində xanım Zəhranın (s.ə) şəhadət günü anılıb (FOTO)

Ukraynada xanım Zəhranın (s.ə) şəhadət günü ilə bağlı anım mərasimləri keçirilib

Qafqaz Müsəlmanları İdarəsində xanım Zəhranın (s.ə) şəhadət günü ilə bağlı anım mərasimi keçirilib

Ağstafada xanım Zəhranın (s.ə) mövludu qeyd olunub

Xanım Zəhra (s.ə) bütün müsəlman ümmətinin anasıdır - ilahiyyatçı

QMİ-də Xanım Zəhranın (s.ə) şəhadəti anılıb

Gürcüstanda xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı mərasim keçirilir

Xanım Zəhra (s.ə) qadın problemlərinin həlli yolunu göstərib - ilahiyyatçı

08 Aprel 2020, 22:39 (GMT +4)
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri koronavirusa yoluxub

08 Aprel 2020, 21:35 (GMT +4)
Qənirə Paşayeva aztəminatlı ailələr üçün 3000 maska hədiyyə edib

08 Aprel 2020, 19:25 (GMT +4)
Vaxtı bitən şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti artırılıb

08 Aprel 2020, 19:05 (GMT +4)
DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

08 Aprel 2020, 18:51 (GMT +4)
Jalə Əhmədova: Azərbaycan xalqının bütün uğurlarının təməlində xalq-iqtidar birliyi dayanır

08 Aprel 2020, 18:36 (GMT +4)
Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil

08 Aprel 2020, 18:30 (GMT +4)
“AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir

08 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 1 tibb işçisi koronavirusa yoluxub 

08 Aprel 2020, 18:05 (GMT +4)
TƏBİB: Karantinə riayət etməsələr, ölkə rəhbərinə müraciət edəcəyik

08 Aprel 2020, 18:00 (GMT +4)
Şaban ayının 15-i on ikinci imamın mübarək mövlud günüdür

08 Aprel 2020, 18:00 (GMT +4)
Nazirlik: Sabahın dərs cədvəli açıqlanıb

08 Aprel 2020, 17:59 (GMT +4)
ÜST Belarusun COVID-19 ilə mübarizə üsullarını qiymətləndirəcək

08 Aprel 2020, 17:53 (GMT +4)
Azərbaycanda karantin rejiminin müddəti uzadıla və tədbirlər sərtləşdirilə bilər

08 Aprel 2020, 17:47 (GMT +4)
Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub

08 Aprel 2020, 17:41 (GMT +4)
Hikmət Hacıyev: Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi təşkil edilib

08 Aprel 2020, 17:38 (GMT +4)
Putin "koronavirus infeksiyası" üzərində qələbə vəd edib

08 Aprel 2020, 17:35 (GMT +4)
“Könüllü donor” kampaniyasına başlanıb

08 Aprel 2020, 17:31 (GMT +4)
UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

08 Aprel 2020, 17:20 (GMT +4)
“AccessBank” tender elan edib

08 Aprel 2020, 17:12 (GMT +4)
ÜST Trampın vəsaitin dayandırılmasının mümkünlüyü barədəki fikirlərinə münasibət bildirib

08 Aprel 2020, 17:08 (GMT +4)
Azərbaycanda 822 nəfər koronavirusa yoluxub, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib

08 Aprel 2020, 17:07 (GMT +4)
İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

08 Aprel 2020, 17:04 (GMT +4)
Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

08 Aprel 2020, 16:57 (GMT +4)
Kreml Putinin böyük çıxışının anonsunu verib

08 Aprel 2020, 16:44 (GMT +4)
Bakıda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

08 Aprel 2020, 16:37 (GMT +4)
Misir koronavirusa görə komendant saatı rejiminin müddətini artırıb

08 Aprel 2020, 16:30 (GMT +4)
Dövlət Komitəsi Həcc ziyarətinə getmək istəyənlərə çağırış edib

08 Aprel 2020, 16:10 (GMT +4)
"Twitter" qurucusu COVID-19 ilə mübarizə aparmaq üçün 1 milyard dollar bağışlayıb

08 Aprel 2020, 16:07 (GMT +4)
Gənclərlə iş sahəsində çalışan təlimçilərə müraciət edilib

08 Aprel 2020, 15:57 (GMT +4)
Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66