Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib

03 Mart 2018, 10:05 (GMT +4)

Bakı, 3 mart, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” ADA Universiteti tərəfindən təşkil olunmuş 6-cı Karyera sərgisində iştirak edib.

Şirkətdən SalamNews-a verilən məlumata görə, ADA Universitetinin 2000-ə yaxın tələbəsi və məzununun iştirak etdiyi sərgidə “AzerTelecom” bir sıra vakant iş yerlərini təqdim edib. Sərgi zamanı tələbələr və məzunlar ölkənin telekommunikasiya sektorunda qabaqcıl və inkişaf edən şirkətlərdən olan “AzerTelecom”-da vakant iş yerləri və təcrübə keçmək imkanları barədə məlumat əldə ediblər, onları maraqlandıran suallara müvafiq cavablar alıblar.

6-cı Karyera sərgisi “AzerTelecom” şirkəti və gənc tələbə və məzunlar arasında birbaşa ünsiyyətin qurulması, gənclərin gələcək karyera imkanları haqda fikir mübadiləsinin aparılması və gənc istedadların kəşf edilməsi istiqamətində imkanlar yaradıb.

2008-ci ildən ölkənin telekommunikasiya sferasında uğurla fəaliyyət göstərən və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti olan “AzerTelecom” insan resurslarının inkişafına hər zaman böyük önəm verərək gənc kadrların işə cəlb edilməsi və peşəkar inkişafı istiqamətində müxtəlif işlər aparır.

 

Şirkətin insan resursları sahəsində fəaliyyətinin əsasında insan amilinin ön plana çəkilməsi, gənclər üçün karyera imkanlarının genişləndirilməsi, onların davamlı inkişafı üçün müvafiq şəraitin yaradılması kimi prinsiplər dayanır. Şirkət həmçinin karyera sərgilərində fəal iştirak edir və mövcud vakansiyalar barədə tələbə və məzunları məlumatlandırır.

“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Daha ətraflı məlumatı şirkətin www.azertelecom.az internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (www.linkedin.com/company/azertelecom.az) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək olar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom "BakuTel" sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

21 Sentyabr 2019, 17:00 (GMT +4)
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019, 16:53 (GMT +4)
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib (VİDEO)

21 Sentyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

21 Sentyabr 2019, 16:32 (GMT +4)
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21 Sentyabr 2019, 16:15 (GMT +4)
"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

21 Sentyabr 2019, 16:06 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

21 Sentyabr 2019, 15:48 (GMT +4)
BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

21 Sentyabr 2019, 15:25 (GMT +4)
İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21 Sentyabr 2019, 15:23 (GMT +4)
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

21 Sentyabr 2019, 15:03 (GMT +4)
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

21 Sentyabr 2019, 14:38 (GMT +4)
Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

21 Sentyabr 2019, 14:27 (GMT +4)
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sentyabr 2019, 14:11 (GMT +4)
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

21 Sentyabr 2019, 14:01 (GMT +4)
İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66