İraq fevralda 95 milyon barrel neft ixrac edib02 Mart 2018, 09:01 (GMT +4) Bakı, 2 mart, SalamNews. İraq fevralda 95 milyon barrel neft ixrac edib.
SalamNews xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb. Bildirilir ki, İraq Milli Neft Şirkəti (SOMO) fevral ayında gündəlik 3 milyon 425 min barrel olmaqla, ümumilikdə 95 milyon barrel neft ixrac edib.
“Neft satışından ümumilikdə 5 milyard 769 milyon dollar gəlir əldə edilib. Hər bir barrel neft orta hesabla 60 dollara satılıb. Fevral ayında ixrac edilən neftin hamısı ölkənin mərkəzində və cənubundakı quyulardan çıxarılıb. Kərkükdəki quyulardan heç bir ixrac həyata keçirilməyib”, - deyə İraqın Neft Nazirliyinin sözçüsü Asim Cihad bildirib.
Yanvar ayında isə İraq gündəlik 3 milyon 500 min barrel olmaqla, ümumilikdə 108 milyon barrel neft ixrac etmişdi.
|