Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Nobel Oil Services və GAMA Industry Inc. birgə müəssisə yaradıb

28 Fevral 2018, 14:35 (GMT +4)

Bakı, 28 fevral, SalamNews. Nobel Oil Services şirkətlər qrupuna daxil olan PROKON və qlobal səviyyədə sənaye obyektlərinin tikintisini həyata keçirən GAMA Industry Inc. yeni birgə müəssisə yaradıblar.

Nobel Oil şirkətindən SalamNews-a bildirilib ki, ProkonGama adlanan yeni şirkət ən yüksək səviyyədə xidmətlər göstərmək məqsədilə hər iki şirkətin təcrübə və bacarıqlarını özündə birləşdirəcək.

PROKON bir sıra uğurlu layihələri həyata keçirməklə sürətli inkişafa nail olub. PROKON müştəri gözləntilərini üstələyən etibarlı tərəfdaş və xidmət təchizatçısı kimi peşəkar reputasiya qazanıb və ölkədə irimiqyaslı tikinti layihələrini həyata keçirmək təcrübəsinə və imkanlarına malik aparıcı şirkətlərdən birinə çevrilib. PROKON-un ən son iştirak etdiyi layihələrdən biri Karbamid zavodunun tikintisidir. SOCAR, Samsung Engineering, BP, Technip, Norm, Biwater, CTIEC, GAMA Industry Inc. kimi şirkətlər onun əsas müştəriləri və tərəfdaşları sırasındadır.

GAMA Industry Inc. Türkiyə, Rusiya, Malayziya, Səudiyyə Ərəbistan, Azərbaycan, Qazaxıstan, eləcə də Yaxın Şərq, Mərkəzi Asiya və Avropanın bir sıra digər ölkələrində 300-dən çox irimiqyaslı layihələri həyata keçirərək sənaye tikintisi sektorunda böyük iş təcrübəsinə malikdir. GAMA Industry Inc. şirkətinin portfelinə istilik və hidroelektrik stansiyalarının, neft emalı, qaz emalı, neft-kimya, dəmir və poladəritmə və sement zavodlarının, boru kəmərlərinin, dambaların, yeraltı nəqliyyat sistemlərinin, infrastruktur obyektlərinin tikintisi və quraşdırılması daxildir.

Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services şirkətinin tikinti və layihələrin idarəedilməsi üzrə törəmə müəssisəsi kimi, 2012-ci ildə Azərbaycanda yaradılan PROKON qısa müddətdə ölkədə böyük sənaye layihələrinin tikintisini həyata keçirən şirkətlərdən birinə çevrilib.

PROKON həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. PROKON, eləcə də Nobel Oil, şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

“Nobel Oil Services” Yay Təcrübə Proqramını yekunlaşdırıb

Nobel Oil Services ISO 37001:2016 sertifikatını əldə edib

“Nobel Oil” şirkətlər qrupu regionda ilk dəfə turbin avadanlığı üzrə təlim keçirib

“Nobel Oil” və “Wood” şirkətləri Azərbaycanda birgə müəssisə yaradır

“Nobel Oil Services” təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir

Nobel Oil Services əməkdaşları üçün ADA Universitetində təlim layihəsi həyata keçirilib

"Nobel Oil" şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb

"Azərsu", “Biwater” və “Nobel Oil” şirkətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

23 Oktyabr 2019, 18:00 (GMT +4)
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

23 Oktyabr 2019, 17:58 (GMT +4)
Tramp: ABŞ və Türkiyə uğurla Suriyada təhlükəsizlik zonası yaratdılar

23 Oktyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda tikdiyi binadan dövlətə pay verənlərə vergi güzəşti ediləcək

23 Oktyabr 2019, 17:46 (GMT +4)
Prezident İlham Əliyev: Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin

23 Oktyabr 2019, 17:40 (GMT +4)
Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə hazırlığına cəlb edib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı razılaşmaların yerinə yetirilməsinə dair xəritə dərc edilib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Prezident: İndi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar (VİDEO)

23 Oktyabr 2019, 17:32 (GMT +4)
Daha beş gənc meşəçilik ixtisası üzrə xaricdə təhsil alacaq (FOTO)

23 Oktyabr 2019, 17:23 (GMT +4)
Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

23 Oktyabr 2019, 17:15 (GMT +4)
Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

23 Oktyabr 2019, 17:08 (GMT +4)
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

23 Oktyabr 2019, 17:05 (GMT +4)
Moskva YPG/PKK terrorçularına xəbərdarlıq edib

23 Oktyabr 2019, 17:00 (GMT +4)
Akif Əli Zadə “Əmək” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:55 (GMT +4)
Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

23 Oktyabr 2019, 16:46 (GMT +4)
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib (FOTOLAR)

23 Oktyabr 2019, 16:41 (GMT +4)
“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı olub

23 Oktyabr 2019, 16:37 (GMT +4)
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq

23 Oktyabr 2019, 16:30 (GMT +4)
Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul edib

23 Oktyabr 2019, 16:24 (GMT +4)
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib

23 Oktyabr 2019, 16:15 (GMT +4)
Ramiz Mehdiyev vəzifəsindən azad edilib

23 Oktyabr 2019, 16:07 (GMT +4)
Suriya Ordusu kürdlərin çıxdığı sərhəd zolağında 15 nəzarət məntəqəsi və postu inşa edəcək

23 Oktyabr 2019, 16:06 (GMT +4)
MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

23 Oktyabr 2019, 16:02 (GMT +4)
Rusiya XİN Suriyadakı neft yataqlarının Dəməşqin nəzarətinə qaytarılmasına çağırıb

23 Oktyabr 2019, 16:00 (GMT +4)
Vüsal Hüseynov CEO Lunch Baku-nun fəxri qonağı olub

23 Oktyabr 2019, 15:54 (GMT +4)
UFAZ tələbələri NASA Space Apps Azerbaijan 2019 hakatonunun qalibi olub

23 Oktyabr 2019, 15:52 (GMT +4)
2020-ci ildən elektron vergi hesab-fakturası ləğv olunur

23 Oktyabr 2019, 15:30 (GMT +4)
Türkiyə Suriyadakı əməliyyatların dayandırıldığını açıqlayıb

23 Oktyabr 2019, 15:19 (GMT +4)
Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

23 Oktyabr 2019, 15:12 (GMT +4)
ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66