Neft ucuzlaşıb27 Fevral 2018, 09:17 (GMT +4) Bakı, 27 fevral, SalamNews. Dünya birjalarında neft ucuzaşıb.
SalamNews xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,22% ucuzlaşaraq 63,77 dollar təşkil olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,12 dollar və ya 0,18% azalaraq 67,38 dollar təşkil edib.
|