Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində tanınmış rəssamın sərgisi açılıb

17 Fevral 2018, 10:18 (GMT +4)

Bakı, 17 fevral, SalamNewsBakıda, Heydər Əliyev Mərkəzində “Alfons Muxa: gözəllik axtarışında” adlı sərgi açılıb.

SalamNews xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Muxa Fondu ilə qarşılıqlı əməkdaşlıq şəraitində təşkil edilən sərginin açılış mərasimində bu fondun prezidenti, Alfons Muxanın nəvəsi Con Muxa sərginin bu möhtəşəm binada təşkil olunmasından məmnunluğunu vurğulayaraq dedi: “Mən sizin gözəl ölkənizə və şəhərinizə səfər etməkdən məmnunam. Ümidvaram ki, bundan sonra ölkənizə daha çox səfər edəcəyəm”. Con Muxa qeyd etdi ki, 2018-ci il Çexiya, istərsə də Azərbaycan üçün mühüm ildir. Belə ki, bu il Çexiya dövlətinin qurulmasının 100 illiyi qeyd edilir. Eləcə də bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd olunacaq.

“Siz sərgidə babamın əsərləri ilə ölkəniz arasında bir sıra bağlantını duyacaq və müşahidə edəcəksiniz”, - deyən Con Muxa dünya şöhrətli rəssamın əsərləri sırasında Sibirdə bir qadının əks olunduğunu, həmin qadının məhz şal ilə təsvir olunduğunu qeyd etdi.

Rəssamın nəvəsi diqqətə çatdırdı ki, kəşməkəşli vaxtlarda, böhranların hökm sürdüyü zəmanədə yaşamış babasının yaratdığı əsərlərin əsas məqsədi insanlar arasında körpülər salmaq, münaqişələrə yol verməmək olub.

Sərginin kuratoru Tomako Sato Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Alfons Muxanın sənətinə bu cür qayğı ilə yanaşmasını, bu layihənin gerçəkləşdirilməsində göstərdiyi dəstəyi vurğulayaraq ona dərin təşəkkürünü bildirdi. O dedi: “Bu sərgidə rəssama məhz dünya şöhrəti gətirən əsərləri nümayiş etdirilir. O, əsərlərində adi təbii hüdudları aşaraq, ümumiyyətlə, bəşəriyyətə aid ideyalar arasında bağlantı yaradıb, ideyaların əsasında duran mənanı öz əsərləri ilə canlandırıb. O, əsərlərini Çexiya torpağında yaratsa da, ismarıcını bütün dünyaya ünvanlayırdı”.

Sərgilənən əsərlərdə rəssam ilə Azərbaycan arasında bağlantı olduğunu diqqətə çatdıran kurator dedi: “Ötən ilin oktyabr ayında sizin gözəl şəhərinizdə oldum. Muxanın həndəsi elementlərini, onun çəkdiyi xətləri Azərbaycanın ən mühüm memarlıq nümunələrində gördüm. Rəssamın yaratdığı əsərlərdə Azərbaycanın birləşdirici rolunu, xüsusən ölkənizin Şərq ilə Qərbin qovuşuğunda yerləşməsindən irəli gələn birləşdirici rolunu özündə ehtiva edən motivlər və nümunələr var. Bu sərgi həm də yeni dialoq formasıdır ki, bu da Şərq ilə Qərb arasında daha çox yaxınlaşmağa xidmət edəcək”.

Daha sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə tanınmış rəssam, illüstrator və dizayner Alfons Muxanın bədii fəlsəfəsinin əsasını təşkil edən gözəllik mövzusunda əsərləri təqdim edilir.

Sərgidə Alfons Muxanın 80-dən çox əsəri – rəsmləri, fotoları, afişa və plakatları nümayiş olunur.

“Art Nuvo” (Yeni incəsənət) üslubunun məşhur nümayəndələrindən olan Alfons Muxa (1860–1939) Cənubi Moraviyada (Çexiya) doğulub, 1890-cı illərin sonlarında Parisdə teatr və reklam afişaları, dekorativ lövhələrin dizaynı ilə məşhurlaşıb.

Alfons Muxa 1894-cü ildə tanınmış aktrisa Sara Bernarın rol aldığı “Jismonda” tamaşası üçün afişa dizayn edib və bu iş ona uğur gətirib. Altı il Sara Bernarla səhnə, kostyum, afişa tərtibatı sahəsində əməkdaşlıq edən rəssam Fransanın “Şampenua” nəşriyyatı ilə eksklüziv müqavilə bağlayıb, müxtəlif məhsulların etiket və reklamlarının müəllifi, həmçinin interyer, zərgərlik məmulatları dizayneri, dekorator kimi şöhrət qazanıb.

1906–1910-cu illərdə ABŞ-da yaşamış rəssam orada da görkəmli rəssam-tərtibatçı kimi qəbul olunub, Çikaqo İncəsənət İnstitutunda dərs deyib, Nyu-Yorkda teatrda dekorator kimi fəaliyyət göstərib.

Alfons Muxa 1910-cu ildə, təxminən 25 illik ayrılıqdan sonra vətəni Çexiyaya dönüb. 17 il ərzində çex və slavyan tarixlərini əks etdirən 20 rəsmdən ibarət “Slavyan dastanı” əsərini yaradıb.

Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgidə rəssamın Parisdə ərsəyə gətirdiyi, “Art Nuvo” hərəkatına töhfə verən əsərləri, eləcə də Çexiyaya dönəndən sonrakı yaradıcılığı təqdim olunur.

Ekspozisiyada Alfons Muxanın Sara Bernar üçün hazırladığı və ona şöhrət gətirən “Jismonda” afişası da var.

Sərginin maraqlı eksponatlarından biri isə rəssamın həyat yoldaşı Mariyanın (Maruska) kəlağayıda əks olunan fotosudur. Qeyd edək ki, rəssam məşhur “Səhrada qadın” əsərini həmin şəkil əsasında yaradıb. Rəngli çəkilən əsərdə əsas diqqət kəlağayıya yönləndirilib və baş örtüyünün naxışları çox dəqiq təsvir edilib.

Sərgi Heydər Əliyev Mərkəzində mayın 16-dək nümayiş olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Mərkəzində ikona sənəti sərgisi açılacaq

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüş olub

Heydər Əliyev Mərkəzinin parkında Reza Deqatinin sərgisi açılıb

Heydər Əliyev Mərkəzində I Autizm Mədəniyyət Festivalı keçirilib

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi açılıb

Heydər Əliyev Mərkəzinin memarının yeni əsəri əl-Vəkra stadionunun açılışı olub (VİDEO)

Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib (FOTOLAR)

Özbəkistanin portalı Heydər Əliyev Mərkəzində açılan kukla sərgisinə dair videomaterial yayımlayıb

Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər” konqresi keçirilib

Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl səkkiz konsert zalı arasında yer alıb

Heydər Əliyev Mərkəzində fransız heykəltəraşın ərgisi açılıb

Şəkidə Heydər Əliyev Mərkəzinin açılışı olub

Heydər Əliyev Mərkəzində Nəsimi şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində sərgilər açılıb

Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə ustad dərsləri keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında həndbol dərsi keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək

Heydər Əliyev Mərkəzinin binası üzərində “Heydər Əliyev 95” kompozisiyası təqdim olunub

Heydər Əliyev Mərkəzində Çin rəssamı Vanq Yuyanqın sərgisi açılıb

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək

Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək

18 Sentyabr 2019, 14:51 (GMT +4)
“Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihə başlayıb

18 Sentyabr 2019, 14:46 (GMT +4)
Prezident Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

18 Sentyabr 2019, 14:35 (GMT +4)
ABŞ dövlət katibi Aramco-ya edilən hücuma görə Səudiyyə və BƏƏ-ə gedib

18 Sentyabr 2019, 14:27 (GMT +4)
Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub

18 Sentyabr 2019, 14:14 (GMT +4)
Rusiyanın 6 iri şəhərində Azərbaycanın turizm potensialı təbliğ ediləcək

18 Sentyabr 2019, 14:01 (GMT +4)
ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub

18 Sentyabr 2019, 13:55 (GMT +4)
Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

18 Sentyabr 2019, 13:30 (GMT +4)
ATƏT cəbhə xəttində monitorinq keçirib

18 Sentyabr 2019, 13:12 (GMT +4)
Ruhani və Zərifin Nyu-York səfəri ləğv edilə bilər

18 Sentyabr 2019, 13:09 (GMT +4)
Azərbaycan və Gürcüstan elektrik enerji xətlərinin tikintisini müzakirə ediblər

18 Sentyabr 2019, 13:00 (GMT +4)
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

18 Sentyabr 2019, 12:47 (GMT +4)
KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

18 Sentyabr 2019, 12:39 (GMT +4)
“İdman jurnalistikası” magistr proqramına ölkə xaricində də maraq artmaqdadır

18 Sentyabr 2019, 12:32 (GMT +4)
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb

18 Sentyabr 2019, 12:24 (GMT +4)
Mehriban Əliyeva: "Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik"

18 Sentyabr 2019, 12:23 (GMT +4)
İran Aramco-ya hücumdan sonra İsveçrə səfirliyi vasitəsilə ABŞ-a mesaj göndərib

18 Sentyabr 2019, 12:10 (GMT +4)
DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

18 Sentyabr 2019, 12:03 (GMT +4)
DİN: Ötən gün qəzalarında 7 nəfər ölüb

18 Sentyabr 2019, 11:53 (GMT +4)
Nazir müavini: Aqrar sektorda 13%-lik artım qeydə alınıb

18 Sentyabr 2019, 11:47 (GMT +4)
AÇG bu il öz 25 illiyini qeyd edir

18 Sentyabr 2019, 11:41 (GMT +4)
Cavid Qurbanov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

18 Sentyabr 2019, 11:38 (GMT +4)
Azərbaycan və Tacikistan birgə müəssisələr yaratmaq istəyir

18 Sentyabr 2019, 11:31 (GMT +4)
Elmar Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb

18 Sentyabr 2019, 11:18 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

18 Sentyabr 2019, 11:18 (GMT +4)
Ruhani husilərin Abqaiq neft zavodunu vurmasına münasibət bildirib: Səudiyyə kimi məktəbi vurmayıblar

18 Sentyabr 2019, 11:11 (GMT +4)
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib (FOTOLAR)

18 Sentyabr 2019, 10:56 (GMT +4)
Zakir Həsənov genişmiqyaslı təlimlərin gedişi barədə məruzələri dinləyib

18 Sentyabr 2019, 10:45 (GMT +4)
Neft zavodunun vurulmasından sonra Səudiyyə ABŞ-ın yaratmaq istədiyi koalisiyaya qoşulub

18 Sentyabr 2019, 10:43 (GMT +4)
Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib

18 Sentyabr 2019, 10:26 (GMT +4)
Tunisdə prezident seçkilərinin ikinci turu keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66